Moderator.az tanınmış şair-publisist Nurəddin İsmayılın yeni şeirini oxuculara təqdim edir
Bu
üzündə abır-həya qoymadıq,
Adam,
gedək dünyanın o üzünə.
Həşəm
oldu, təravəti qalmadı,
Adam,
gedək dünyanın o üzünə.
Neynirsən
dumanlı, qarlı dağını,
Çəkdirir
sinəmizə hicran dağını,
Çoxdan
itirmişik solunu, sağını,
Adam,
gedək dünyanın o üzünə.
Dəmini
çəkdin, qəminə sahib ol,
Gedir
karvanın, gəminə sahib ol,
Allah
deyilsən, ölümə sahib ol,
Adam,
gedək dünyanın o üzünə.
Toxunuşdur,
ilmə-ilmə toxunub,
Yanağına
çox yanaqlar toxunub,
Fərmanın
verilib, hökün oxunub,
Adam,
gedək dünyanın o üzünə.
Yuvasını
dağıtdığın quşlara bax,
Gözlərdən
axıtdığın yaşlara bax,
Xarabatdır,
dön, bayquşlara bax,
Adam,
gedək dünyanın o üzünə,
Çıxart
bədənindən, ruha nicat ver,
Tanrı
qismətidir, onu ucalt, ver,
Aşiqə
nə eybi, canı yüz qat ver,
Adam,
gedək dünyanın o üzünə.
Bir
can idi, qondu könül taxtına,
Yazılıbdır,
ölüm sənin baxtına,
Göz tikmə
sən Süleymanın taxtına,
Adam,
gedək dünyanın o üzünə.
Qalmadı
bağında daha, gözəli,
Yoldur
gedilən sabaha gözəli,
Allaha
versən can, daha gözəli,
Adam
gedək dünyanın ö üzünə.
Nurəddin
İsmayıl