Haqsız haqlının haqqını yedi,
Tülkü siyasilər kələk
qurdu
xalqın malını yedi.
Dəvə ovsarı bağlandı
eşşək quyruğuna,
Bəyzadələr məruz qaldı
gədalar buyruğuna.
Tərs düşdü dünyanın işi,
Qıcandı mərdlərə namərdin
dişi.
Başda oturtduq başı boşları.
Yağdırdıq məzlum başına
qalaq-qalaq daşları.
Ara qarşıdı, şər bitdi,
Aramızdan inam, məhəbbət
getdi.
Dəyər verilmədi insanlığa,
Getdi nadanlar əli ilə
neçə kişi qurbanlığa.
Hər şeyin bu qədər
ucuzlaşdığı,
Insanın haqdan dönüb,
şeytana qucaq açdığı,
bu yurda, siz deyin,
ədalət bir də, gələr, ya
gəlməz.
Halal harma qarışdı,
Məzlum zalımın zülmü ilə
barışdı.
Boyun əydik rəzalətə,
Dözdük hər bir rəzalətə.
Seçmədik yaxşını pisdən,
Hər nə gəldisə başımıza,
gəldi, tamah dolu nəfsdən.
Apardıq bir-birimizlə
məhəllə, çəpər davası,
Çıxdı yadımızdan bizim,
çəpərləri dağıdılmış Azərbaycanın
qalibiyyət, zəfər davası.
Yarısı güneyində
yaralandı Azərbaycanın,
Yarısı qüzeyində
paralandı Azərbaycanın.
Dərdi dərd üstünə
kefin çəkən millətin,
Dəmkeş, qəmkeş havası ilə
biri sağa, biri sola
çəkən millətin,
yaman günə saldığı
bu yurda, siz deyin,
ədalət bir də gələr, ya gəlməz.
Məzarları sahibsiz qalan,
Vətən gülzarı düşmən
tapdağında
saralıb solan.
Dağlarına izimizi aparan
qərib yolları küskün,
Aşiqlər nəğməsindən boy
atan
bağların çəməni, kolları
küskün.
Qanun yerinə zopa işləyən,
Kimi gündəlik şörəyə,
kimi müftə qazanc gətirən
firıldağa, gopa işləyən.
Insanın keçi qiymətinə
satıldığı,
Şərin dəyirman suyunun
aşımıza qatıldığı,
bu yurda, siz deyin,
ədalət bir də gələr, ya gəlməz.
Yalanın düzlüyə meydan
oxuduğu,
Məddah şairlərin
saray əhlinə
tərifdən çələng toxuduğu.
Haqqa divan tutulan,
Kölə əclaflıq
azad düşüncədən uca
tutulan.
Hakimləri buyruq qulu,
siyasətin köləsi,
Tükənmiş bu yerlərdə
insaf,
mürüvvət,
vallah bu millət öləsidir,
öləsi.
“Alim”ləri ad almaq üçün
elm adını bazarladıb,
satdıran,
Küt beyni ilə neçə zəka
sahibinin
dərin qəbrin qazdıran.
Əyrinin düzə yazıldığı,
Düzə hər zaman həqarətlə
baxıldığı,
bu yurda, siz deyin,
ədalət birdə gələr, ya gəlməz.
Həqiqət yerinə yalan
sırınan
insanı insanlıqdan çıxıb
bir qarın çörəyə əl açan,
yarınan.
Plov görməyincə
dil açmayan “mollası”,
Ver yağlı tikəsin
şah ünvanı əlli “yasin”
zollasın.
Məmurları baş kəsməyə,
qan tökməyə hazır, müntəzir,
Haqqı deyən dillər, qalır
düzdə,
sərgərdan gəzir.
Qan üstə qurulub burda
imarətlər, saraylar
Hər kərpici kərpic üstə
candır, bədəndir,
sıxıldıqca imdad dilər,
bizi haraylar.
Qızıl qanımızın
əjdahalar caynağında
axdığı,
İnsanın insana ov,
şikar kimi baxdığı,
bu yurda, siz deyin,
ədalət bir də gələr, gəlməz.
Nurəddin İsmayıl