Moderator.az tanınmış şairə Mahirə Nərimanqızının (Abdullayeva) bir neçə şeir və qəzəlini təqdim edir.
Nə yazdıq
Bir yolun başında dayandıq qoşa,
Tərəddüd içində, güman içində,
Yüz ölçdük, min ölçdük ”“ gəlmədi başa,
Bir düz yol biçmədik zaman içində.
Hayana əl atdıq, bir boşa dəydi,
Əl yetən nə əldi, nə də ətəydi.
Yolumuz qısaydı, elə gödəkdi,
Son ucu itirdi duman içində.
Bir ovuc dumanın içində azdıq,
Bir gözəl dünyanın qəbrini qazdıq,
Alının yazısın sildik”“ nə yazdıq?”“
İndi can çəkirik hicran içində.
Addım məktublar
Bir yazığın gəlsin bizim küçəyə”“
küçəni qaranlıq, toz-duman baslb!
Qorxuram bu küçə səndən inciyə ”“
o daşı-torpağı qəm, hicran basıb!
Həsrətdən qaralmış o daşın üstdə
ayağın yerisin, qoy izin düşsün,
küçədən bir ovuc lil-palçıq istə,
addım-məktubların, sirr-sözün düşsün...
Bir yazığın gəlsin bu dar küçəyə ”“
büzüşüb bu küçə, boynunu burub,
o qədər boylanıb o, sənsizliyə,
boyu ərşə qədər uzanıb-durub...
Həzin bəstə
Bir həzin bəstəydin yorğun qəlbimdə,
Oxuya bilmədim, dilimdə qaldı,
Ən gözəl gül idin könül bağımda,
Töküldü ləçəyi, əlimdə qaldı.
Küləklər sovurdu könül bağçamı,
Fələklər faş etdi hər sirr taxçamı.
Basmışam qoynuma ömür boxçamı,
Gözlərim gedəcək yolumda qaldı.
Fələk rəhm etmədi bu göz yaşıma,
Nə dağlar, dərələr çıxdı qarşıma!
Dağda qar qalmadı ”“ tökdü başıma,
Adın ağ dumantək telimdə qaldı...
YENƏ DƏ
Yenə də qəlbimdən qatarlar keçir,
Başımda dolanır qara tüstüsü,
Xəyalım göylərin qatların keçir,
Bir ilac gözləyir yerdə xəstəsi....
Bir ürək çırpınır körpə budaqda,
Bir sevgi ağlayır qoşa bulaqda,
Bir kaman inləyir yenə uzaqda,
Dilində illərin yarım bəstəsi...
YOLLAR
Elə ki ayağım dəydi yollara,
Yollar alıb qaçdı qədəmlərimi,
Dolaylarda düşdüm müəmmalara,
Kol-kosda tanıdım dərd-qəmlərimi.
Döngəydi, dalandı önü, sağ- solu,
Hər addım tapmaca, min əzab dolu,
Heç anam getməyib getdiyim yolu,
Tək-tənha yaşadım bu dəmlərimi...
Bəzən iməklədim, bəzən süründüm,
Dumana, çiskinə, çənə büründüm,
Dərədə, təpədə, dağda göründüm,
Tale tək yaşadım gizəmlərimi...
Dağdan endim artıq ətəklərinə,
Önüm bir dəryadır, yolum dərinə,
Yollar günahkardır dərdi-sərimə ”“
Yəqin bir Görən var sitəmlərimi...
Qəzəllər
Getmə, ey könlüm, bu yol çox aşiqə olmuş məzar,
Əsməsin yellər, qopar qum tufanı, könlüm azar.
Uçma,ey könlüm quşu, sarlar alar dörd yanını,
Ov bilib ovlar səni, könlümdə növrağın pozar...
Gəlmə, ey hicran, mənim qəm çəkməyə yox taqətim,
Könlümün dustağıyam, fərmanımı könlüm yazar.
Yanma, ey qəm şöləsi, könlümdə nurun tez solar,
Yağmayan gün olmayır, könlüm yağışlardan bezar.
Yağma, ey çeşmim, sənin yağmuruna oldum fəda,
Olmuşam sər-pa ki nəm, könlüm yosun tutmuş, sızar.
Mahi, etməzdim şikayət,mən qəmin fövqündəyəm,
Könlümün divanə halın gördüm, oldum mən də zar
***
Özgə dərdin çox çəkib, öz canıma zülm etmişəm,
Bəxtimə həmrəng edib, al qanıma zülm etmişəm.
Çox nədimdən üz görüb, göz yummuşam əhvalıma,
Çəkmişəm min cür bəla, vicdanıma zülm etmişəm.
Diş sıxıb çox vaxt dilim, haq söyləmək olmuş yasaq,
Guya hörmət gözləyib, ərkanıma zülm etmişəm.
İftira etmişlərə iffət güdüb, susmuş dilim,
Tək deyil öz canıma ”“ dörd yanıma zülm etmişəm.
Susdurb qəlbimdəkin, ağlımda dəfn etdim, demə,
Mahi, haqlıykən könül sultanıma zülm etmişəm.
***
Məni məndən alan aşiq, bəlasanmı, dəvasanmı?
Gecə-gündüz dilim susmaz ”“ dəvasanmı, nəvasanmı?
Əgər sevda dəvadırsa, nədən kölüm çəkir nalə?
Nədən hər yan olub gülşən,”“ nəvasanmı, səfasanmı?
Olub aləm çiçək bağçam, ötür bülbül səhər-axşam,
Gecəm hər gün olur zindan ”“ səfasanmı, cəfasanmı?
Zülümlərdən dönür qəlbim çəkincə ismini hər dəm,
Gülür könlüm, gülür aləm ”“ cəfasanmı, şəfasanmı?
Üzürsən Mahinin könlün ”“ sən aşiq-bivəfasanmı?