Kaş, mən bu ölkənin
saya salınmayan adamı yox,
Işə yarıyan daşı olaydım.
Kaş bilməyəydim
dərd nədir, ələm nədir,
Haqqı bəyan edən
kəlam nədir, qələm nədir.
Incitməyəydim könlümü,
bir az naşı olaydım,
Mən bu ölkənin
qiymətsiz adamı yox,
saraylar bəzəyən daşı
olaydım.
Daşı olaydım,
əlində, şeytana daş atan
din qardaşlarımın,
Daşı olaydım,
əlində, daşdan bütlər
yapan
dindaşlarımın.
Sevərdi gör nə qədər
mömin məni,
Səcdəmə durardı əmrə
talib
məmurlar mənim.
Naşı olaydım naşılar içində,
Gəzdirməyəydim, bu qədər,
qanmaq dərdini içimdə.
Mərifət badəsin içməyəydim,
Ölürsə, ölsün vətən,
quru candan keçməyəydim.
Daş olaydım,
vecimə almayaydım
öləni, qalanı,
Daş nə bilsin vətən necə
yağmaılanır, talanır.
Kaş, naşı olaydım qanmaqda,
Gec bildim,
yanmaq varmış qanmaqda.
Neyləyim ki, ola bilmədim
daş,
Oldum, vətəninə sadiq vətəndaş.
Nurəddin İsmayıl
11 oktyabr 2014