“Asan İmza” elektron hökumət sisteminin təkmilləşdirilməsində
özünəməxsus rol oynayır. Amma təəssüflər olsun ki,onun belə sərt və müddətli
qaydalarla tətbiqi bəzi nəzərə alınmayan hallarla müşayət olunmağa başladı.
KİV-lər vasitəsilə elan edildi ki, əmək müqavilələri müəyyən olunmuş vaxta qədər
vahid məlumat bazasına daxil edilməsə həmin xidmət dayandırılacaq və qanunvericilikdə
nəzərdə tutulan sərt tənbeh tədbirləri tətbiq ediləcək. İş yerləri üzərində tətbiq
olunan bu məcburi öhdəlik faydalı olsa da unudulan bir sıra məqamlar var-əgər əmək
münasibətlərinin subyekti yeni əmək müqaviləsi bağlayırsa, yeni işçi işə qəbul
edirsə elektron xidmət isə qapısını hamının üzünə bağlayıbsa şəxslər( istər
hüquqi, istər fiziki şəxslər) nə etməlidirlər? Belə çıxır ki, verilən müddət
tamam olandan sonra heç kəs işə götürülə bilməz.
Digər məsələ isə
ondan ibarətdir ki, biz demokratik təəssisatları daim inkişaf etdirilməli olan
ölkəyik. İnkişaf etmiş bütün ölkələrdə insan haqlarının əsası sayılan yaşamaq
hüququnun təmin olunması üçün qidalanma aktının həyata keçirilməsi məsələsi
işgüzar adətlər fonunda da yer alır. Hər bir şəxs obyektiv və subyektiv səbəblərdən
çətin vəziyyətə düşə bilər. Bioloji varlıq kimi özünün qidalanma ehtiyacını
qarşılamaq üçün şifahi və yazılı əqdlər və ya razılaşmalar yaradaraq hər hansı əməyin
müqabilində ödənişlər insan və vətəndaş hüquqlarının bir hissəsi kimi təfsir
edilir.
Gerçək həyatdan bir
misala diqqət yetirək, xarici ölkədə təhsil alan vətəndaş hər hansı səbəbdən
maliyyə çətinliyinə düşə bilər. Onun gündəlik ehtiyacının əcac hissəsi olan
qidalanmanı təmin etmək üçün hər hansı sahibkarlıq subyektinə müraciət etməklə
müəyyən işləri görmək üçün razılaşma əldə edir. Məsələn, qab yumaq, zibil
atmaq, ofisiant xidmətləri, otları təmizləmət və.s. Belə hallar miqrasiya xidmətinin
müdaxiləsi ilə həyata keçirilərsə onda gərək həmin şəxs işə girməmişdən acından
ölsün. Bütün bü kimi məsələləri nəzərə alaraq qeyd etmək istəyirəm; elə təsərrüfat
subyektləri vardır ki, orada əmək funksiyalarını həyata keçirənlər bu qəbildən olan şəxslərdir. Məsələn şadlıq
evlərində, restoranlarda, mağazalarda belə cari ehtiyaclarını qarşılamaq üçün
ayaqüstü razılaşmalar əldə edən şəxslər adətən tələbələr, aztəminatlı ailə fərdləri
və.b. olurlar. Onlar hər 5 gündən bir başqa-başqa yerdə iş axtarmaq məcburiyyətində
qalırlar. Bəzən də həmin gənclər yalnız tətil və bayram günlərində işləyə
bilirlər. Hesab edirəm ki, belə hallar hökmən nəzərə alınmalıdır. Hər bir vətəndaş
cəmiyyətdə özünə göstərilən qayğı hiss etməlidir. Ona görə də oxşar hallara
münasibətdə güzəştlər olmalıdır.
İstənilən cəmiyyət yeni
tətbiq olunan qaydalara adaptasiya prosesi yaşamalıdır. Özəlliklə də hüquqi cəmiyyətlərdə
bu prosesə xüsusi diqqət yetirilir. Odur ki, hesab edirəm, belə ifrata varmaq
qayda- qanun deyil, korrupsiya üçün şərait yaradacaq. Çünki qanun əgər tərbiyəedici
xarakteri daşımırsa, tərbiyəsizlik üçün zəmin yaradır.