Moderator.az şair-publisist Nurəddin İsmayılın yenicə qələmə aldığı daha bir şeirini oxuculara təqdim edir:
Cavabı içində
sual dünya
Bir
üzü xeyir,
bir
üzü şərdi dünyanın.
Axtarma
cavabını bəlli olanın,
yaranışdan
ahdır,
cavabı
içində sual dünyanın.
Ahdır
hər doğuşun sonu
başlanan
həyat,
Ahla
yetəcək sona
sevdasına
düşdüyümüz,
hər
dadlı xəyalat.
Sən
içinə girdiyin qlafdır
qapısı
bağlı,
Yırt
pərdəsini,
gör
nə aləmlər var,
ey
sinəsi dağlı.
Dəmini
tutmaq asan,
qəmini
tut,
səni
səndən alan dünyanın.
Qəhqəhələr
hoqqasıdır fələyin,
fərqində
ol,
nəfsi
içində boğulduğumuz,
şeytan
üzlü yalan dünyanın.
Gur
axan çaylara bax,
göz
yaşı-təsəllidir torpağa,
Buludlardır,
ahından
can suyu səpər
hər
çiçəyə, yarpağa.
Yarpaqların
ahıdır,
düşüb
rəngi üzünə payızın,
Oyanar
qəm yuxusundan ana təbiət,
gəlişi
ilə hər yazın.
Sözə
bax, ah eylər,
çıxar
ağız dustağından,
Bu,
qəmin nə sirridir,
doymaq
olmur
ahı
ürəklər dağlayan aşiqin
sevgi
dolu dastanından.
Dəmi
burax qardaşım,
dəm
qəmdən aşağı,
Halını
dərdli bilər dərdlinin,
sevməz
kimsə dildən yanşağı.
Köksündə
dağlardır ucalıb,
qarnı
dərddən şişən yerləri,
Hikməti
özündədir
eyvanından
qəm çilənən
göylərin.
Eniş-yoxuş
varsa,
Dəryalar
müdam coşub,
qeyzdən
çalxalanırsa,
Naləsi
neyin,
qəm
fəryadını qoparırsa,
Və
bir də,
hələ
göz açmamış körpə,
zindanına
girdiyi dünyanın
harayını
salırsa,
Agah
ol, bunlar ahla,
həyata
can atmalardır,
Cavabı
içində sual dünyada
insana
haqqı yaşatmalardır.