Filologiya elmləri doktoru, professor, nəğməkar şair Vüqar Əhməd Leyla Əliyevanın ikinci şeirini eksklüziv olaraq Moderator.az oxucuları üçün ruscadan Azərbaycan dilinə tərcümə edib:
Çoxdan boşdur mənim dünyam...
İnan mənə, mən gedirəm,
İnanmayın möcüzəyə.
Heç vaxt,heç nə mənim deyil,
Sən ağlama,mən gedirəm.
Sərsəmlərdir çox ağlayan,
Gözü yaşlı hey çağlayan.
Fəda etmə hislərini
Mənə görə sən xərcləmə,
Mən yaşaya bilməyirəm,
Başqa bir yol görməyirəm.
Deyirlər ki,hər insanın,
İkinci bir yarısı var.
Mən düşünmək istəmirəm,
Heç haqqında o insanın.
Belə yaşam mənə xoşdur.
Deyirlər ki,Allah bütün
insanları cüt yaradıb.
Heç inanmaq istəmirəm,
Tənhalığım mənə xoşdur.
Mən gedirəm, gəl yalvarma,
Qalmağımçın rica etmə.
Kədərlənmə,məyus olma,
Söyləmə ki,mənə:-Getmə!
Bilirəm xatırlayacaqsan
Mən gedirəm neyçin,nədən?
Soruşursan nələr etdin?
Qiymət vermədin öncədən.
Buxarlandı hara getdi?
Dəli hislər bada getdi.
Mənim dünyam hara getdi?
Çoxdan boşdur mənim dünyam.
Dilimizə çevirdi Vüqar Əhməd-filologiya elmləri
doktoru,professor