Meypərəstlik və şairlik
Köşə
Oxunub: 6615
21 Sep 2014 | 10:25
Meypərəstlik və şairlik

Şeir hisslərin kövrəkləşməsi, şairin öz duyğularına təslim olma məqamıdır. Təsadüfi deyil ki, gözəl şeir dinləyəni əksər hallarda göz yaşlarına sövq eləyir.                                       

        Sevincdən hamı ağlayır. Musiqinin dili bəşəridir. Ərəbin bəstələdiyi musiqi ingilisi ağlada bilər. Amma şeirin öz dili var. Bu dili bilməyənlər onu başa düşməz. Dünyada o qədər ortabab və zəif şair var ki, özlərini bəyənib durublar. Bu o deməkdir ki, onlar gözəl şeirin nə demək olduğunu anlamırlar. Əgər anlasaydılar özləri də gözəl şeirlər yazardılar. Bu səbəbdən şairlər də kateqoriyalara bölünürlər. Kvint Horatsi Flakk deyirdi ki, şairə ortabablıq yaraşmaz.                                                                                                                                 

        Yazmaq istədiyim mövzunun şairliklə əlaqəsi olmasa da, sənətkarın mənən ölməsi ilə bir başa əlaqəsi var. Söhbət alkoqolizmdən gedir.                                                                                                

         

Şair kimə deyirlər? Şairin adi insanlardan fərqi varmı?

    

Mən bu sualların cavabını özüm başa düşdüyüm kimi cavablandıracaq, alimlərin təcrübə vasitəsi ilə əldə etdikləri fikirlərlə izah etməyə çalışmayacağam.

Şair o kəsə deyilir ki, hisslərini poetik şəkildə ifadə eləyə bilir. Poetik ifadə şeiriyyətdir. Şeirdə fikir yükü nə qədər çox olsa, o qədər çox dərinlik ifadəsini mənimsəmiş olur. Məsələn, şeir var ki, qafiyəsi, rədifi yerli-yerindədir, amma şeiriyyət, fikir yükü yox dərəcəsində. Şeir də var, şeiriyyət fəlsəfi fikri üstələyir və yaxud, əksinə, fəlsəfi fikir şeiryyəti. Bu saydığım şeir növünün heç biri gözəl sənət nümunəsi sayıla bilməz. O zaman ki, fəlsəfə ilə şeiriyyət müvazilik təşkil eləyir, o zaman M. Füzulinin “Leyli və Məcnun”-u yaranır, N. Gəncəvinin “İsgəndərnamə”-si doğulur, İ. V. Hötenin “Faust”-u dilə gəlir. Sonuncu fikrimi daha dolğun ifadə etmək üçün aşağıdakı beyt çox gözəl nümunədir:

 

                     “Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir,

                       Mən kiməm, saqi olan kimdir, mehi-səhba nədir”.

 (M. Füzuli)

 

          İkinci sualın hamının başa düşəcəyi dildə cavabı odur ki, şairin adi insanlardan fərqi olmasaydı, hamı şair olardı.  

         İnsan sevincdən niyə ağlayır? Xoşbəxtlik gözlənilmədən baş verəndə hissləri elə çalxalayır ki, bəndini-bərəsini aşır. Yeni hadisənin yaratdığı güclü hiss axınını əngəlləməyi bacarmayan insanın gözündən yaş gəlir. Görünür, insan öz hisslərinə yaxınlaşdıqca, səbəb kədər, ya sevinc  olsun,  kövrəkləşir. Yəni göz yaşları hisslərin güclənmiş halında baş verir. Ola bilsin, elə bu səbəbdən də, şairlərdən ciddi  məsələlərdə ciddi qərar gözləməyənlər var. Yəni şair hadisəyə daha çox qəlbinin gözü ilə nəzarət eləyir.

         Şeir var, insanı düşündürür, şeir var ağladır. Birinci halda idrak hissi özünə qədər yüksəldir, yəni ona tam nəzarət eləyir. İkinci halda şair hisslərinə o qədər yaxınlaşır ki, özü də onlarda əriyib yoxa çıxır:

 

“Qorxub budu, görsəm səni ləzzət tapa çeşmim,                                                    

  Şadəm ki, belə həsrəti-didar ölürəm mən”.

 (S.Ə.Şirvani)       

 

         Hər iki halda şeir gözəl sənət nümunəsidir. Onu söyləmək olmaz ki, bir şair həmişə birinci versiyada nəzərdə tutulan ruhda şeirlər yazır, bir ayrısı ikinci, xeyr. Şeir müxtəlif məqamlarda, müxtəlif hisslərin köməyi ilə yarandığından həqiqi şairin şeirləri rəngarəngliyi ilə seçilir.

         Deməli, hər bir insan duyğuları ilə ən yaxın məsafədə olanda göz yaşı axıdır. Yuxarıda qeyd etdiyimiz kimi, bu, kədərdən də ola bilər, sevincdən də. Hisslər hamıda eyni olmur. Hamı eyni təəssüratdan eyni hissləri yaşamır. Birinə mənasız görünən hadisə başqasının ruhunu tarimar edə bilər.          

         Hisslərin büruzə verilməsi prosesi zəka ilə tərs mütənasibdir. Əsrlər boyu hissin ağlı üstələməsi və yaxud ağılın hissi üstələməsi halları insanilik baxımından kənar vəziyyət kimi dəyəndirilib. Onu da nəzərdən qaçırmaq lazım deyil ki, şair hisslərinə yaxınlaşdıqca gözəl şeirlər yaradır. Lakin bu anlarda idrakın hisslərə nəzarət mexnizmi şeirin mahiyyətini təşkil eləyir.

         Mən yaradıcı insanın həyatında hansı idrakın daha mühüm olmağı barədə “İdrakı vəcd nədir” adlı məqaləmdə danışmışam. Orda yazdıqlarımı burda təkrarlamaq niyyətində deyiləm. Sadəcə, onu qeyd etmək istəyirəm ki, əgər şeir təkcə hisslərin ifadəsi olsaydı, ən gözəl şeir nümunəsi dəlilərə məxsus olardı.  

         İndi keçək əsil mətləbə. O mətləb ki, məni bu məqaləni yazmağa vadar edib.   

        

 Alkoqolizm nədir?                                                                                                  

         Alkoqolizm, sui-istifadə zəminində spirtli içkilərdən ruhi, fiziki asılılıq yaradan və digər mənfi tibbi-sosial nəticələrlə ifadə olunan xroniki intoksasiya mənşəli ağır xəstəlikdir. Bu xəstəliyə düçar olan insanın məişəti və şəxsi həyatı içki ətrafında qurulur. Alkoqolla əlaqəsi olmayan bütün qalan maraqlar isə sonrakı yerlərdə durur.                                                        

          Həkimlərin söylədiyinə görə, spirtli içkilər ruhi xəstəliklərin əsas amilidir. Təsadüfi deyil ki, xəstəxanalarda müalicə olunan ruhi xəstələrin əksəriyyəti ömürlərinin çox hissəsini içki ilə baş-başa keçirənlərdir. İngiltərə alimlərinin tədqiqatları nəticəsində sübuta yetirilmişdir ki, dəliliyin təqribən səksən faizi spirtli içkilərdən əmələ gəlmişdir.

          Mən niyə bu mövzuda yazmaq qərarına gəldim?                                                              

          Məgər bizim o qədər də uzaq olmayan tariximizdə dünya şöhrətli ola biləcək yazıçımız olmayıb?

           Alkoqolizm bir başa beyin hüceyrələrini öldürdüyü üçün bu xəstəliyə düçar olanlar idrakından sona kimi istifadə edə bilmirlər.                                                                                

           Bu yaxınlarda şəxsən tanımadığım və haqqında heç bir məlumatım olmayan şairin bir şeirini oxudum. Şeir, insafən, pis deyildi. Əksinə, son günlərdə oxuduğum şeirlərin, bəlkə də, gözəli idi. Amma şair hisslərinə iki səmtdən yaxınlaşmışdı. Birinci səmt onun poetik uğuru, ikinci səmt içkinin təsiri ilə korşalmış mənəviyyatın səbəbi bilinməyən narazılıq ifadəsi, özünü yazıq göstərmək cəhdi idi. Şeirdən hiss olunurdu ki, şair öz hisslərinə süni şəkildə yaxınlaşıb və bu sünilik ondakı gözəl poetik duyğuları zədələyib.                                   

          Mənə bu şair haqqında nəsə danışsaydılar inanmazdım, amma öz duyğularıma inanmaya bilmədim. Əlbəttə, özüm şair olduğum üçün həmin şairin bu, ya digər şeirlərindən anladım ki, o, içki düşgünüdür və tək yaşayır. Sonralar öyrəndim ki, zənnimdə yanılmamışam.                                                                                                                            

          Alkoqolizm xəstəsi şair nə dərəcədə bəşəri ola bilər? İçki düşgünü yazıçı hara qədər böyüyə bilər?

           C. Cabbarlınn “Oqtay Eloğlu” əsərindən aşağıdakı parçaya nəzər salaq:

          “Sevər:  Ay qardaş, acam, xəstəyəm, kimsəsizəm! Mənə kömək edin.                                          

           Oqtay: Aha! Çox gözəl! İndi sənin doğrudan da ac olduğunu biz nədən bilək?

           Sevər:  Vallah, qardaş, acam! Özüm də xəstəyəm.

           Oqtay: Bax, mənim çörəyim var, sənə verərdim, ancaq nədən bilək ki, bu sözlər doğrudur. Bu iniltilər yalan deyildir. Ürəyində “onu aldatdım” deyə, gülməyəcəksən. (Sevər ağlayır.) Yox, ağlama! Bilirsənmi nə var! Dur, mən gedim bıçaq tapım. Yox, yox, bu şüşə ilə sənin qarnını cırıb baxım. Doğrudan da acsansa, onda bax, bu çörəyi sənə verərəm”.

           Cəmi bir neçə sətirdə qəhrəmanın içkiyə aludə olması yazıçı tərəfindən ustalıqla qələmə alınıb. Bu bir neçə cümlədə öz əksini tapmış böyük qəddarlığa baxın. C. Cabbarlının bu əsərindən məlum olur ki, kim olur-olsun, adi insan, ya seçilmiş, içki düşgünü olandan sonra insani keyfiyyətlərini qoruya bilmir.                                                                                               

           Alkoqolizm, faktiki olaraq, narkomaniyanın bir təzahürüdür və necə ki, narkoman narkotiki əldən buraxmamaq üçün min bir vasitəyə, hiyləyə əl atır, eləcə də spirtli içki düşgünü məhdudiyyət və qadağanı qarşılamaq üçün özünü və atrafdakıları aldatmaqla məşğuldur.   
           Spirt dünyada ən çox istifadə edilən məstecidir, çünki onu əldə etmək qeyri-qanuni narkotik maddəni əldə etməkdən asan başa gəlir. Digər tərəfdən bir şüşə spirtli içki, bəzən bir şüşə sərin sudan ucuzdur. Spirtli içkinin narkomaniyadan fərqi yoluxucu olmamağındadır.  
Hər iki halda bu xəstələr ətraf üçün təhlükə mənbəyidir.

        Çox içmək düşünmə qabiliyyətini kütləşdirir. İnsan özü dərk etsə də, etməsə də, fiziki, əqli və emosional vəziyyətini idarə edən əsas orqanının”“beyninin funksiyası pozulmuş olur. Nə qədər çox içirsə, beynin hadisəni düzgün qiymətləndirmək qabiliyyəti o qədər zəifləyir.

        Şeirindən şairin içki düşgünü olduğunu anlamaq ona görə asandır ki, belələrində qürur hissi ölür. Nə qədər gözəl söz deyir-desin, bədbin, sağlam olmayan əhval-ruhiyyə, yerində olmayan yazıqlıq manevri şeirin ruhuna hopur və oxucuda ikrah hissi oyadır. Məhz sağlam olmayan ruh içki düşgünü şairi ələ verən xüsusiyyətlərin birincisidir. Ən böyük kədəri və ən böyük sevinci böyük insanlar yaşayır. Şairin həyatı keşməkeşlərlə doludur. Üstəlik zəmanənin bəxş etdiyi dəyərləndirilməmək göynərtisi, İNSAN problemi yanğısı həqiqi şairin şeirlərinə təsirsiz ötüşmür.  Lakin bu təsir o ölçüdə olur ki, şeirin zövq vermə xüsusiyyətinə xələl gətirmir.   

         Fikrimizi aşağıdakı beytlə izah etməyə çalışaq:

 

                  “Dust bipərva, fələk birəhm, dövran bisükun,

                    Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun”.

(M.Füzuli)

 

         Şair şikayət edir. O, dostdan da, dövrandan da narazıdır. Lakin dilənçilik etmək fikrində deyil. Şeirdə onun kimdənsə yardım diləməsi hiss olunmur. İstənilən şairin kiminsə yardımına ehtiyacı ola bilər. Hamı kimi o da ehtiyac hissindən sığortalanmayıb. Lakin ehtiyac hissi özünü alçatmaq yolu ilə büruzə verilə bilməz.

         Yaradıcı insan içki düşgünü olanda beyni kiçildiyi, mənəviyyatı kirləndiyi üçün istedadını çəpərləyir. İçki düşgünü olmaq zehnin parazitar xəstəliyidir. Istedadı inkişafdan saxlayır. Meypərəst şair, yazıçı yeni nəsə yarada bilmir. “Təkərə düşmüş dovşan” kimi yadında qalan köhnə biliklərin ətrafında fırlanır. Yəni yaradıcılıq bazası genişlənmir.  

          Son bir neçə iln söhbətidir. Spirtli içki düşgünü və hətta nakotik istifadəçisi, əlbəttə, çox yaxşı tanıdığım bir yazarın internetdə povestini oxudum. Povestin əsas xəttini narkotikanın təbliği təşkil edirdi. Yazıçı bunu qəsdən etmişdi, ya elə düşünmədən yaşadığı həyatın özəlliklərini ön plana çəkmişdi, anlaya bilmədim. İnsafən, yaxşı şeirlər yazırdı. Gəncliyində qələmə aldığı nəsr əsərləri daha oxunaqlı və mənalı idi. Münasibətimi bildirdim. İradımı qəbul etmədi. Əslində irad qəbul edəcək vəziyyətdə də deyildi. Çünki insanlığa aid bütün keyfiyyətlərini itirmişdi. Baxışlarımdan nə hiss elədisə: ”“ Mən hələ sona qədər korlanmamışam”“deyə çarəsiz bir görkəm aldı. Bəlkə də, bu anlarda özünün də özünə yazığı gəldi. Belələri pul qoparsınlar deyə, başlarına bu və ya digər bədbəxt hadisə gəlibmiş kimi o qədər yalanlar uydururlar ki... Acınacaqlıdır, deyilmi? Onları bu günə kim salıb? Tamahları.

          İçki düşgünü şairlərin də iki qrupuna rast gəlinir. Bəziləri içmədən yaza bilmirlər. Digərləri içkidən yazmaq məqsədi ilə yox, dincəlmək, rahatlaşmaq üçün istifadə edirlər.       

İçmədən yaza bilməyənlərin yazıları, yuxarıda qeyd etdiyim kimi, müəlliflərini içki aludəçisi kimi tez ələ verir. İkinciləri anlamaq bir az çətin olur. Hər iki halda uzunömürlü sənət nümunəsi yaratmaq müəllifə nəsib olmur. Səbəb? Səbəb - içkili hal ilə içkisiz hal arasında sözlə ifadə olunmayan fərqlilik. İçkiyə bağlılıq çoxaldıqca bu fərq də böyüməyə başlayır. Bu fərq o qədər artır ki, qütbün bir tərəfi sonsuzluğa tərəf yoxa çıxır. Qütbün bir tərəfi qalır”“ən mənfi mənada qeyri-normal vəziyyət, yəni yarıdəlilik. Bu dəlilik, öz aralarında təmasda olub bəzən bir-bi­ri­nin daxilinə keçən və poetik ilham kimi dəyərləndirilən dəlilikdən deyil. Bu o dəliliklərə bənzəyir ki, A. Şopenhauer barəsində deyir: “... Əksinə, dəli öz zəkasında in abstracto olaraq hə­mi­şə keçmişi daşıyır, amma yalançı keçmişi, yalnız onun üçün mövcud olan keçmişi ki, həmişə, ya da yalnız ayrı-ay­rı anlarda onunla belə olur  və bu yalançı keçmişin təsiri düz­gün anlaşılmış indidən də istifadə etməkdə ona mane olur, halbuki,  heyvan üçün bu mümkündür”.

           Ömər Xəyyamın aşağıdakı rübaisinə nəzər salaq:

 

                              “Gül rəngli şərab ver, bizə, ey saqi!

                                    Uymayaq söhbətə, sözə, ey saqi!

Bir kuzə mey gətir, torpağımızdan

Dövran düzəltməmiş kuzə, ey saqi”

 

         Bu rübai müəllifini ilk baxışdan şərabla dost olan biri kimi xarakterizə edə bilər. Əslində isə çox yüksək çalar və ayıqlıqla ifadə olunmuş poetik nümunədir”“şeriyyətin zirvəsi və müdriklik! Şair saqidən ona görə mey istəyir ki, içib ağı-qaradan seçə bilməsin. Əks halda, M. Ə. Sabir demişkən, anladıqlarını söyləyəcək və buna görə də onu öldürəcəklər. Ölən insanın cəsədi torpağa qarışır. Kuzəni də torpaqdan bişirirlər. Deməli şair məst olmaqla yaxasını sözün məsuliyyətindən kənara çəkmək istəyir. Sərxoş insan daha özü deyil. Özü olmayanın sözü nə olacaq? Hər iki halda sərxoşluq rübaidə qeyri-ciddi hal kimi nəzərdən keçirilir.

          Əgər minlərlə tədqiqat aparıla və bütün tədqiqtçılar deyələr ki, Ömər Xəyyam içki düşgünü olub, mən inanmayacağam. Çünki onun yaradıcılığı bunun əksini nümayiş etdirir. Olsa-olsa mey-saqi məsələsini şairin dövrandan qorunma cəhdi kimi qəbul edə bilərəm.

          Ağıl məsələsində heç kim təbiətdən narazı deyil və hər kəsi ağlı qane eləyir. Çünki bütün dünyanı, dünya hadisələrini dərk eləyən idrak özünü dərk eləyə bilmir. İnsan iki halda  özündən ağıllı birinin olması qənətində olur. Birincisi, yüksək ağıl sahibi olanda, ikincisi, hər hansı çətinlyə düşəndə ki, başqasının məsləhətinə ehtiyac duyur.

          Həkimlərin gəldiyi nəticəyə əsaslanıb qeyd etdik ki, içki düşgünü olmaq beyni kiçildir və ağlı dəlilik həddinə qədər azaldır. Onda sual olunur, içki düşgünü yazar necə böyüklük iddiasında ola bilər?

          İçki düşgünləri bu suala cavab verməyə tələsməsinlər. Yəqin ki, onlar düzgün fikir söyləyəcək qədər sağlam deyillər.

          Dahi Nizami Gəncəvi “Sirlər xəzinəsi” əsərində yazır:

 

Məgər mey nəşəsilə kədəri silmək olar?

Günəşin nur qaynağı məgər gillə suvanar?

 

Dərdlilərin yoldaşı, könüldaşı - dərd, açı,

Şərab düşkünlərinin şərabdadır əlacı.                                                                     

 

          Nizaminin müdrikamiz beytlərindən sonra meypərəslikdən yazmaq, əlbbəttə, çətindir. Lakin mənim məqsədim seçilmiş insanların meypərəstliyini diqqət mərkəzinə gətirmək idi.  

          Nəzərimə görə insan öz üzərinə yüksəlmə, ülvilik məqamında elə məstdir ki, spirtli içki bu anları ancaq murdarlaya bilər. İçki düşgünündən şair də olar, yazıçı da, yeri gəlsə, alim də və s...  Lakin içki düşgünü böyüklük iddiasında ola bilməyəcək. Çünki onun ən böyük iddiası elə içki özüdür. Əlqərəz, özümdən misal gətirdiyim bir neçə misra ilə yazını tamamlamaq istəyirəm:                  

     

                                 “Təbiət ölən üçün kədərlənmir, insanı

Nəslə qurban eləyir, qəbrə ömürlük sakin.

                                   O qədər mey içəsən, duymayasan dünyanı,

Elə meydən içəsən, xalis ola idrakın”.

 

Iyul, 2014                                                                                                        

Oxşar xəbərlər
22:15, Bu gün
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
22:14, Bu gün
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
22:13, Bu gün
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
21:56, Bu gün
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
21:15, Bu gün
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
21:09, Bu gün
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
21:08, Bu gün
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
21:07, Bu gün
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
20:48, Bu gün
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
20:47, Bu gün
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
GÜNLÜK
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq