Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Bişkekdə akademik Kamal Abdullanın “Dilçiliyə səyahət- dilçi olmayanlar üçün dilçilik” kitabı qırğız dilinə tərcümə edilib nəşr olunmuşdur. Kitaba Qırğızstanda geniş tanınan filologiya elmləri doktoru, professor Kuban Mambetaliyev önsözü yazmışdır.
Kitabı Azərbaycan dilindən
qırğız dilinə tanınmış şair- tərcüməçi Mukan Asanaliyev və Baxıt Junusaliyev tərcümə
etmişdir.
500 tirajla “Uluu Tolor”
nəşriyyatında çap olunan kitabın pulsuz yayılması və bütün kitabxanalara və elm
ocaqlarına verilməsi nəzərdə tutulub.
Qeyd edək ki Kamal
Abdullanın əvvəllər də “Yarımçıq əlyazma” əsəri fondun sifarişi ilə qırğız
dilinə tərcümə edilib nəşr olunmuşdur.
Xatırladaq ki kitabın tərcümə
olunub nəşr edilməsində əsas məqsəd Qırğızstanda dilçilik elminin zənginləşməsində
əsərin mühüm rolu olacağıdır.
Xüsusi ilə vurğulayaq ki
bu, Fondun Bişkekdə qırğız, rus, ingilis, qazax dillərinə tərcümə və nəşr
etdirib pulsuz yaydığı 61 kitabdır
Bu haqda artıq
Qırğızstanın tanınmış mütəxəssisləri öz fikirlərini söyləməkdədirlər.
Hörmətlə, Nüsrət Məmmədov
Türkdilli dövlətlərin
siyasətinə dəstək fondunun prezidenti