Dəyərli dostlar! Son zamanlar cəmiyyətimizdə baş verən və demək olar ki, bütün rayon və şəhərlərimizdən hər gün eşitdiyimiz, xüsusilə də gənliyimizi ölümə aparan intihar halları məni də digər vətəndaşlarımız kimi çox narahat edir. Artıq cəmiyyətdə adi bir hala dönən və günlük mövzu təşkil edən intihar hallarının təcrübəli psixoloqlar tərəfindən analiz edilərək cəmiyyətin maarifləndirilməsi istiqamətində aparılması gərəkən əməli işlərin zamanının yetişdiyini deyil, hətta keçdiyini düşünürəm.
Uzun müddət
insan resurslarının idarə edilməsində topladığım təcrübələrimə, müasir dövrün tələblərinə,
cəmiyyətdə təzahür edən psixoloji aspektlərə və hətta gənclərimizin sahib
olduqları düşüncə və şüura əsaslanaraq aşağıda qeyd edəcəyim faktorları hər bir
valideyn, orta və ali tədris ocaqlarının rəhbərləri, müəssisə və təşkilat rəhbərləri,
psixoloqlar, mətbu orqanlar xüsusi ilə nəzərə alaraq cəmiyyətimizin bu bəladan
xilas olunmasında əlindən gələni əsrigəməməlidir:
1.Gəncliyimizin
müasir sferada böyüyərək inkişaf etdiyi unudulmamalıdır. 2.Gənc nəslin keçid
dövründə (13-20 yaş) psixoloji sarsıntılar keçirməməsi üçün bütün tərbiyə
üsullarından istifadə etmək. Xüsusilə fərdi tərbiyəvi söhbətlərə mühüm yer
ayırmaq! 3.Gənclərin ailədaxili münaqişələrdən təsirləndiyini göz önünə tutaraq
hətta adi ailə-məişət problemlərinə belə onları şahid etməmək!. 4.Orta və ali tədris
müəssisələrində bu mövzunun yanlış olduğunu isbat edəcək bir sıra elmi-metodik
tədbirlər toplusunu təşkil edərək keçirmək, xüsusi nüfuz sahibi olan
psixoloqlar tərəfindən mühazirə və seminarlar keçirmək! 5.Mətbuatdan, xüsusi ilə
internet xəbər portallarından belə halların yayılmamasına görə, məsul şəxslər
diqqətli olmalı ki, onsuz da psixoloji sarsıntı keçirmiş gənclərimiz də baş
vermiş intihar hallarına emosionalcasına yanaşıb öz əfsanələrini düşünməsinlər.
İnsanların müxtəlif xarakterli olmasını hər birimiz bilirik və bunu hər zaman
göz önündə tutmalıyıq. Unutmayaq ki, bəzi xarakterik insanların hadisənin acı nəticəsini
deyil, məhz mətbuatda onun adının hallanmasını, cəmiyyət tərəfindən bununla
bağlı heyfislənməni, özünün təmiz, qeyrətli, namuslu, inadkar sevgi və qəhrəmanlıq
obrazının yaradacağını düşünərək bu yola əl atdığını fiirləşirlər!!!
Dəyərli
dostlar, bu yazdıqlarım sadəcə bir giriş və başlanğıc olduğunu nəzərə alaraq
davamını təcrübəli psixoloqlarımıza buraxıram.
Ehtiyatda
olan mayor Ramin Əliyev