MTN Leyla Yunusun həbsi ilə bağlı məlumat yayıb
Oxunub: 2092
31 Jul 2014 | 13:38
MTN Leyla Yunusun həbsi ilə bağlı məlumat yayıb
Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi (MTN) Leyla Yunusun həbsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, ibtidai istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Mirqədirov Rauf Həbibula oğlunun 2008-ci ilin aprelindən etibarən Ermənistan Respublikasının xüsusi xidmət orqanının əməkdaşlarına qəsdən kömək edərək casusluğu ilə dövlətə xəyanət etməsinə əsaslı şübhələr olduğundan o, 2014-cü il 19 aprel tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulub, 2014-cü il aprelin 21-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Müəyyən edilib ki, Yunusova Leyla İslam qızı Azərbaycanın təhlükəsizliyi zərərinə 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu, hüquqi qeydiyyatı olmayan “Sülh və Demokratiya İnstitutu” adlı qurumla Şahnazaryan David Qurgenoviç, Baqdasaryan Laura Seyranovna və digərləri ilə birlikdə Ermənistanın “Region” Tədqiqatlar Mərkəzi və digər qeyri-hökumət təşkilatları arasında “xalq diplomatiyası” üzrə birgə layihələrin həyata keçirilməsi adı altında beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri, eləcədə Karen Ohacanyan tərəfindən Böyük Britaniyadakı bankdan 2002-ci ildə, Ermənistanda fəaliyyət göstərən “Jurnalist Araşdırmaları” qeyri-hökumət təşkilatı tərəfindən isə Yerevan şəhərindəki bankdan 2004-cü ilin iyulundan 2005-ci ilin mayınadək olan müddətdə rəhbərlik etdiyi qurumun şöbə müdiri olan, əri Yunusov Arif Seyfulla oğlunun Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarındakı hesablarına köçürülmüş külli miqdarda pul vəsaitləri müqabilində, maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün şəxsi keyfiyyətlərini araşdırıb maddi vəziyyətlərini yaxşılaşdırmaq niyyətlərinə əmin olaraq Mirqədirov Rauf Həbibula oğlunun dəfələrlə Gürcüstan Respublikasının ərazisindən Ermənistan Respublikasına səfərlərini Arif Yunusov ilə birlikdə təşkil edib. Həmin səfərlərin bir qismində Arif Yunusov da Rauf Mirqədirov ilə birlikdə iştirak edərək Ermənistan Respublikasının sabiq milli təhlükəsizlik naziri David Şaxnazaryan və xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən digər qurumların nümayəndələri ilə görüşlər keçiriblər.

Eyni zamanda, Leyla və Arif Yunusovlar Azərbaycan Respublikasının hələlik adları açıqlanmayan ayrı-ayrı vətəndaşlarını da məxfi əməkdaşlığa cəlb edilmələri üçün Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələndirərək, Azərbaycan Respublikasına qarşı istifadə məqsədilə ictimai-siyasi, sənaye, energetika, hərbi texniki təchizat sahələrində mövcud vəziyyət barədə məlumatlar toplanılması, işğal altındakı torpaqlarımızın azad edilməsi müqabilində Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyinin tanınmasının zəruriliyinin təbliğ edilməsi barədə onlara konkret tapşırıqlar verilməsi ilə üzərinə düşən vəzifəni başa çatdırıblar. Bunun nəticəsində Rauf Mirqədirov tərəfindən hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin fotoşəkillər ilə birlikdə düşmən ölkənin kəşfiyyat orqanlarının nümayəndələrinə ötürülməsinə nail olublar. 

Bundan başqa, Yunusova Leyla İslam qızı hüquqi qeydiyyatı olmayan “Sülh və Demokratiya İnstitutu” adlı qurumun təsisçisi və direktoru kimi dövlət qeydiyyatına 1996-cı il 27 mart tarixdə alınmış “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının 2002-ci il 21 noyabr tarixdə “Unibank” Açıq Səhmdar Cəmiyyətində yerləşən hesablaşma hesabları üzrə əməliyyatları həyata keçirməyə səlahiyyət verən rəsmi sənədlərə guya həmin qurumun direktoru olması barədə bilə-bilə yalan məlumatlar daxil edib banka təqdim etməklə ciddi mühasibat uçotu sənədi olan çek kitabçalarını əldə edib, 2006-2014-cü illərdə isə Amerika Birləşmiş Ştatlarının Demokratiyaya Kömək Milli Fondu (NED), German Marşal Fondu və digər donor təşkilatlarla bağlanılmış qrant müqavilələri üzrə həmin təşkilatın bank hesabına ümumilikdə 167 min 199 manat, 620 min 878 ABŞ dolları, 263 min 745 avro məbləğində pul vəsaitlərinin köçürülməsini təmin edib “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla köçürülmüş pul vəsaitlərini nağdlaşdırıb və dövlət orqanlarında qeydiyyata alınmayan qrant müqavilələri üzrə cəmi 526 min 943 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirib vergi qanunvericiliyinə əsasən dövlət büdcəsinə ümumilikdə 369 min 378 manat məbləğində külli miqdarda vergiləri ödəməkdən yayınıb. 

Eyni zamanda, Leyla Yunusova Amerika Birləşmiş Ştatlarının Demokratiyaya Kömək Milli Fondu (NED), German Marşal Fondu, “OSİ Asistence Foundation” təşkilatı tərəfindən 2009-2012-ci illər ərzində “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının “Unibank” Açıq Səhmdar Cəmiyyətində yerləşən hesablarına köçürülmüş cəmi 88 min 910 ABŞ dolları məbləğində pul vəsaitinin 88 min 468 ABŞ dollarlıq hissəsini hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla nağdlaşdırıb əldə edərək həmin puldan 71 min ABŞ dollarını özünün bankda olan əmanət hesablarına mədaxil edib üzərinə toplanmış faizlərlə ümumilikdə 78 min 130 ABŞ dolları məbləğində nağd pul vəsaitini 2014-cü il aprelin 24-də hesablarından çıxarıb əri Arif Yunusov ilə əvvəlcədən aralarında olan razılığa əsasən sonuncunun həmin bankda olan şəxsi hesabına mədaxil etdikdən sonra Arif Yunusov dərhal həmin pul vəsaitini Çexiya Respublikasının “Sberbank CZ” kommersiya bankındakı şəxsi hesabına köçürülməsini təmin edib etibardan sui-istifadə etməklə əvəzsiz olaraq ələ keçirmələrinə əsaslı şübhələr mövcuddur.

Göstərilən xüsusatlar üzrə dindirilmələri üçün Leyla və Arif Yunusovlar dəfələrlə istintaqa dəvət olunmalarına baxmayaraq, müxtəlif bəhanələrlə, heç bir üzrlü səbəb olmadan çağırışa gəlməkdən yayındıqlarından 2014-cü il 25 iyul tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 178-ci maddəsinə əsasən istintaq orqanına məcburi gətirilmələrinə dair qərarlar qəbul edilib. 

Leyla Yunusovanın Cinayət Məcəlləsinin 274-cü, 178.3.2-ci, 192.2.2-ci, 213.2.2-ci, 320.1-ci və 320.2-ci, Arif Yunusovun isə həmin məcəllənin 274-cü və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrində əsaslı şübhələr olduğundan 2014-cü il 30 iyul tarixdə onlar qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib, Leyla Yunusovanın ölkəni tərk etməyə cəhd göstərməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsi, eləcə də iş üzrə şahid qismində dindirilmiş Əzizova Mətanət Mürşüd qızı və digərlərinin obyektiv ifadə vermələrinə qanunsuz təsir göstərməsinə dair məlumatlar nəzərə alınaraq, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, ibtidai istintaqın normal gedişinə mane olacağını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Arif Yunusovun isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

Təqsirləndirilən şəxslər Leyla Yunusova və Arif Yunusovun cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş hüquqi yardım almaq, müdafiə və sair hüquqları təmin edilib, onların hüquqları özlərinin dəvət etdiyi vəkillər tərəfindən müdafiə olunmaqla istintaq hərəkətlərinin icrası və prosessual məcburiyyət tədbirlərinin tətbiqi zamanı cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməyib. 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilərək bütün əməllərə hüquqi qiymət verilməklə nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin olunacaq.

Oxşar xəbərlər
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:26, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 11:15
BDU-da elmi seminar keçirilib - FOTO
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 11:28
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 11:15
BDU-da elmi seminar keçirilib - FOTO
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 11:28
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR