Qəzza zolağı fəlakət zonası elan edilib. Moderator.az Türkiyənin Anadolu Agentliyinə istinadən xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas bu haqda sərəncam imzalayıb.
Agentliyin məlumatına görə, bölgədə vəziyyət doğrudan da ağırdır. Bir tərəfdən İsrailin bombardımanı altında qalan Qəzza digər tərəfdən də ekoloji fəlakətlə üz-üzədir. İsrail ordusunun elektrik stansiyasını və su quyularını bombalaması bölgədə xeyli çətin vəziyyət yaradıb. Qəzzanın bələdiyyə sədri Nizar Hicazi agentliyə bildirib ki, bölgədə elektrik enerjisi istehsalının dayanması nəticəsində çirkli suyun təmizlənməsi müəssisəsinin işini də tamamilə iflic vəziyyətə salıb: “Xalq içməli su tapa bilmir, bələdiyyə təmizlənməmiş dəniz suyundam istifadə etmək məcburiyyətindədir. Bu isə insanların səhhətində ağır problemlərə yol aça bilər.”
Hicazi həmçinin kanalizasiya sistemlərinin də işlək vəziyyətdə omadığını qeyd edib: “Elekrtik enerjisinin istismarında yaranan problemlər kanalizasiya sistemlərinin də yetərincə işləməməsinə gətirib çıxarıb. Çirkab sularının küçələrə daşmasından, evlərin bu sular altında qalmasından narahatıq”.
Bələdiyyə sədrinin bildirdiyinə görə, elektrik generatorlarının işləyə bilməsi üçün gündə ən azı 15 min litr yanacağa ehtiyaç var: “Amma savaş mühitində bunu tapmaq olduqca çətindir.”
Açıqlamasının sonunda Hicazi bütün dünya dövlətlərini bu insanlıq dramına “dur” deməyə çağırıb.