“Azərbaycanda radioaktiv filizlər çoxdur”.
Yaxın vaxtlarda Azərbaycanın sülh məqsədləri üçün nüvə Dövlət Proqramının hazırlanmasına başlanılacaq.
Bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2014-cü ilin 6 ayının yekunları ilə bağlı keçirilmiş kollegiya iclasında nazir Əli Abbasov bildirib.
“Tam sülh məqsdləri üçün istifadə olunan proqram olacaq. Burada da əsasən tədqiqat nüvə reaktorunun tikintisi, onun tibdə, aqrar sahədə tətbiqi və s. nəzərdə tutulacaq. Həmçinin Azərbaycanda radioaktiv filizlər çoxdur. Sənaye üsulu ilə onaların mənimsənilməsi və sənaye üsulu ilə radioaktiv materialların istehsalı da planlaşdırılır. Gələcəkdə isə lazım olarsa, atom elektrik stansiyasının yaradılması üzrə işlər də aparacağıq”,- nazir deyib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin sərəncamı ilə “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC yaradılıb.