Bircə qarış yol varıymış, Adəmdən Akif Səmədə
Oxunub: 5114
18 Jul 2014 | 14:02
Bircə qarış yol varıymış, Adəmdən Akif Səmədə


1989-cu ilin iyul ayının 5-i  idi. Beş  gündü ki, Saatlı RTŞ-yə inspektor vəzifəsinə təyin olunmuşdum.Hamı məzuniyyətə getdiyindən idarədə tək qalmışdım. İçəri bir cavan oğlan girdi və özünü təqdim etdi:

-Sımada kənd orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Osman Musayev.

- Çox gözəl, əyləşin.

Xeyli söhbət etdik. Hər ikimiz Saatlıya təyinatla gəlmişdik.Qazaxdan olduğunu söylədi və mənim də yoldaşımın qazaxlı olduğunu biləndən sonra söhbətimizi çayxanada davam etdirməyi qərara aldıq.

Birdən qayıtdı ki:

-“Dönüş” qəzetində şeirləri dərc olunan Şəmsi Qoca sənsən?

-Bəli, mənəm.

Bir qədər tənqidi mülahizələrini söylədi və düzü onun bu cür təhlili mənə ləzzət elədi. Hiss olunurdu ki, Osman müəllim Bakı ədəbi mühitinə yaxındır. Məndən Akif Səmədi tanıyıb-tanımadığımı xəbər aldı.

-Düzü tanımıram-dedim.

-Cox nahaq. Yoldaşınla bir kənddəndi, İncəlidir. Bilirsən necə gözəl şairdir? Mən deyərdim ki, müasir dövrdə ən yaxşı yazanlardan biri Akifdir. Sadə, təvazökar adamdır. Mütləq sizi tanış edərəm. Amma bir şey də deməliyəm.

-Nədir o?

- Səndə Akif Səməd ruhuna qəribə bir yaxınlıq var. Şeirlərindən Akif ruhu duyulur. Ona görə xəbər aldım.

-Vallah, elə bir şairlə tanışlığım da yoxdur, şeirlərini də oxumamışam-dedim.

-  Çantasından iki kitab çıxardı:

-Akifin kitablarıdır. Sənə verirəm. Oxu, onda fikirlərin daha mükəmməl olacaq.

Kitabları aldım. Əl boyda olan bu kitablarda Akifin 70-ci illərdə yazdığı şeirlər toplanmışdı.

          İşdən qayıdanda kitabları da özümlə götürdüm. Evdə yoldaşıma göstərib:

-Bu şairi tanıyırsanmı?-deyə soruşdum.

-Əlbəttə, bu ki, mənim sinif yoldaşımdır,qohumumdur, necə tanımaya bilərəm? Sonra Akifdən bir xeyli söhbət elədi. Şeirlərdən oxuyub Akif ruhunun qonağı olduq. Mənim Akif Səmədlə ilk tanışlığm belə oldu.

Bunu yazmamışdan da mətləbə keçə bilərdim. Amma yazının girişində bunu qeyd eləməyimin səbəbi var. Hörmətli oxucunun səbri çatsa sonda məqsədimi biləcək.

                                        ****

Aslanbəyli kəndi unikal kənd olduğu kimi, adamları da bənzərsiz və təkrarolunmazdır. Və bu kəndin ən unikal adamı da Akif Səməddir. Kənddə hamının sanballı Səməd deyə çağırdığı Səməd kişi öz ağır və ağayana təbiəti ilə seçilirdi. Kişinin bu xasiyyəti Akifdə də vardı. Sözü salğarlı, özü salğarlı və sanballı kişi olmağı ilə.

Anası Akifi şair doğmuşdu. Təpədən dırnağacan, bütün varlığı ilə şair idi Akif Səməd. Adəmdən özünəcən bircə qarışlıq bir ömür yolunda özünü və ruhunu yazırdı bu adam. Heyrətamiz  dərəcədə Azərbaycan və dünya ədəbiyyatına və mədəniyyətinə bələd olan Akifin nə zaman bu qədər oxuduğunu, nə zaman bu qədər yazdığını məncə kimsə bilmədi, daha doğrusu bilə bilmədi. Hörmətli akademikimiz Nizami Cəfərovun təbiri ilə desək, adam mat qalırdı ki, bu dərvişin nəyinə lazım idi bu qədər hər şeyi dərindən bilmək? O, ki sadə bir sufi ömrü yaşayırdı. Dünyanın malında, mülkündə zərrəcə gözü və tamahı olmayan bu adam bildiyini şeirlərindən başqa heç yerdə nə istifadə,nə də nümayiş elətdirmirdi.

Özünü yazırdı. Yazdıqca da Tanrı verdiyi ömrü dəlicəsinə xərcləyir, anbaan, saniyəbəsaniyə qocalırdı. Müdrik qocalar kimi, dünyanın dərinliyinə, həyatın ənginliyinə varır, sözün canına can qatırdı. Söz onun üçün hər şey idi, çünki özü söz idi. Adi söz deyildi, amma. Tanrı pıçıltısı, göylərin səsi idi. İlhamının mayası haqdan, özü uzaqdan gəlirdi:

Bir meşədə bir ağacam, kölgəsiz,

Arzularım, gümanlarım bəlkəsiz.

Dağ döşündə bir bulağam, kimsəsiz,

Öz zümzüməm, öz gümültüm, həyanım.

Dörd tərəfində adamlar, ətrafında sözünün istisinə qızınanlar, ocağından köz götürənlər çox olsa da Akifdə qəribə bir təklik, yalqızlıq vardı.O, özüylə danışırdı. Üzü müsahibinə tərəf olsa da ürəyi, beyni öz dünyasında idi. Özündə, sözündə olmazdı, cezv məqamından enməzdi. Təbrizin, Şuşanın dərdini çəkir, həsrətin, ağrının, acının içindən qıvrılıb gələn nisgilini Arazın rənginə çevirib gözlərinə hopdururdu:

Görəsən necədi murazın rəngi?

Yenə yaşıldımı bu yazın rəngi?

Gözümə çəkilib Arazın rəngi,

Təbriz saçlarımda-dəndə yaşayır.

Kəndi şəhərə daşıyan İncə yollarının həsrətini çəkə-çəkə üz tutdu doğma Qazaxa, ruhunun pərvəriş tapdığ yerə. Bərələri, bəndləri,qarış-qarış gəzib təzədən Bakıya qayıtdı.”Səhraya qaçan Məcnuna, Olub bəhanə dərvişlik” -deyib də özünün ən mübhəm sirrini açdı, açılmayan sirr qalmaması üçün sözün pərvanəsinə döndü Akif Səməd:

Pərvanə könlümün

Oda yanmağı var.

Bir dənizdə susuz

Ada yanmağı var.

 

Kərəm bilib güldün,

Yar qoynundan sürgün,

Akifin də bir gün,

Dədə, yanmağı var.

Həmin o bir günün sorağıyla haralara getmədi, kimlərə üz tutmadı? Həmin o bir gün isə onu qarabaqara izləyir, onu yandırıb-yaxacağı anı gözləyirdi. Elə yandırmaq ki, tüstüsü çıxmasın, amma səsi, sorağı aləmi başına götürsün.

Sazın Yunus Əmrə kökünü, Mövlana kökünü, Ədalət kökünü, təkcə Akif bilirdi. Öz bildiyi kimi də havaları ürəyində çalırdı. Çaldıqca da alnındakı qırışdan qan damırdı mizraba, sazın simlərinə. Allahı insafa çağıran Akif, insanı Allahın köməyi, Allahın da elə insaf olduğunu bildirir, ona görə də insafı  salamlayırdı:

Allah insaf deməkdir,

İnsafa salam olsun.

İnsan sana köməkdir,

İnsana salam olsun.

İnsanda insafı görməyib onun allahsızlığını dərk edən Akif qoşa infarkt keçirməyib neyləməliydi?

“Şahı yekəxana, qulu heyvərə” dünyaya bir dəfə gəlib də bir dad dadmayan bu dərviş təzədən gəlməyə hacət ummur və ömrü birtəhər başa vurub Haqqa qovuşmağa can atırdı. Yaşadığı illərin mahiyyətini Atilaya belə anladırdı:

Yamanın görkü olmadım,

Yalanın kürkü olmadım,

Yamacda tülkü olmadım,

Pələngcə yaşadım, oğul!

Di gəl ki, pələngcə yaşayan Akifin ətrafında həpənd tülkülər də az deyildi. AYB-

nin qurultayından sonra kimlərəsə xoş gəlsin deyə, Akifə salam verməyi özünə 

sığışdırmayan “həpənd dostlar” da

 varıymış. Bunu hələ illər öncə bildiyindən:
Məni dostlarım öldürdü,

Düşmən dirildər, inşallah-demişdi Akif.

Və bir də demişdi ki:

Ocağı mənə göstərin,

Yurdumda daş olum, qalım.

Elə də oldu. Ocağın yerini tapıb İncə dərəsində daş heykələ döndü Akif Səməd. Uşaqlıqda yüyürüb qaçdığı, bənövşələrinin telinə sığal çəkdiyi Aslanbəyli qəbristanlığında uzaqlardan gələn ziyarətçilərini-söz, sənət xiridarlarını salamlayan heykələ....

 

***

4 iyul 2004-cü il. Saatlıdan köçümü dartıb gətirdim Bakıya. Axşam Akifə zəng elədim:

_Qardaş, axır ki, köçü gətirdim.

-Əcəb elədin! Axır ki gəldin. Onda sabah Natəvan klubuna gəl, saat 12-də Rəfailin ( İncəyurd) 50 illiyidir.

- Bəlkə gəlməyim. Evi səliqəyə salmaq lazımdır.

-Fəridə eləyər. Sən mütləq gəl.

Səhəri gün Natəvan klubuna getdim. Bir az gecikmişdim deyəsən. Ayaqüstü görüşdük. Tədbir başladı. Xeyli çıxışlar oldu. Məclisi Akif aparırdı. Mənə də söz verdi.

Tədbir qurtarandan sonra foyedə yenidən görüşdük. Çox pis öskürürdü. Rəngi də qapqara qaralmışdı.Qoluma girdi:

_havam çatmır-dedi- gəl çölə çıxaq.

Çöldə bir qədər  Aşıq Ədalətlə söhbət eləyib AYB-nin qarşısındakı bağa keçdik. Təxminən bir saat mənə son dövrdə baş verənlərdən, etibarsız insanlardan danışdı. Məmməd Dəmirçioğlunu xəbər aldım. Dedi ki, Məmməd Daşkənddədir. Sağ olmuş gəlib çıxmır. O burada olanda özümü rahat hiss edirəm.

Baxışlarını uzaqlara zilləyib dedi:

-Şəmsi, dost Məmməd kimi, Qafar kimi, Nəvai kimi olar. Daha bir bakal pivəyə tost deyən filankəslər kimi( bir düjün ad çəkdi) olmaz.

Siqaretim yox idi. Siqaret istədim. Onda da qurtarmışdı.  Kənarda söhbət eləyən Ramiz Hümmətova yaxınlaşıb söz demək istədim. Arxadan boynumu qucaqlayıb:

-Şəmsi məni tut-dedi. Geri çevrilib onu qucaqladım. Rəngi qapqara qaraldı...

Süni nəfəs verdim. Heyhat:

Bir kənddən çıxmağım keçmişdə olub,

Bağışla, İncəsu, keçmişdi, olub.

Çıxmışam cəhənnəm, bir işdi, olub,

Qayıda biləydim sonda o kəndə-deyən Akif kəndə qayıdırdı. O kəndə ki, orda onu sevənlər, sözünün şəhdinə uyanlar vardı...Ağlıma ilk gələn Osman oldu. Osman Ənvəroğlu. Zəng elədim:

-Osman, Akif rəhmətə  getdi...

-Dəlisən?

-Yox. Amma Akif yoxdur artıq.

-Gözlə, gəlirik.

Bu da məhz iyulun 5-də oldu. Akifin 45 yaşının tamam oımasına 17 gün qalırdı.

Beləliklə də 

15 ildən sonra Akifin dediyi təsdiqini tapdı:

-Bircə qarış yol varıymış,

Adəmdən Akif Səmədə.

 

 Şəmsi Qoca

[email protected]Bircə qarış yol varıymış, Adəmdən Akif Səmədə
Oxşar xəbərlər
14:40, Bu gün
Qüdrət Həsənquliyev: Milli Məclisdə “Büdcəyə nəzarət komitəsi” yaradılmalıdır
14:30, Bu gün
BDU və RİİB-in birgə təşkilatçılığı ilə ekoloji seminar və təmizlik aksiyası keçirilib - FOTO
14:25, Bu gün
Finlandiyada yeganə Lenin muzeyi bağlanacaq – Stalinin “əsər”iymiş
14:25, Bu gün
Finlandiyada yeganə Lenin muzeyi bağlanacaq – Stalinin “əsər”iymiş
14:20, Bu gün
Şimali Koreya tarixində ilk: Nüvə zərbəsinin imitasiyası təlimi keçirildi - FOTO
14:15, Bu gün
Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu
14:12, Bu gün
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edir - FOTO/CANLI YAYIM
14:10, Bu gün
Azərbaycanla AYİB COP29-la bağlı fikir mübadiləsi aparıb
14:06, Bu gün
Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi, sonra isə... – ŞOK TƏFƏRRÜAT
14:00, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
13:54, Bu gün
ATƏT-in tədbirində erməni diplomatın təxribatı baş tutmadı - VİDEO
13:50, Bu gün
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
13:45, Bu gün
"Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar" - Ərdoğan
13:40, Bu gün
Rəsmi Bakı Malayziyaya başsağlığı verdi
13:35, Bu gün
52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO
13:30, Bu gün
Kseniya Sobçakın qatil nazirin məhkəməsində iştirakı qalmaqal doğurub
13:25, Bu gün
Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirildi - VİDEO
13:20, Bu gün
Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? - Tibb elmləri doktoru ilə MÜSAHİBƏ
13:15, Bu gün
Bu gömrük işçilərinə birdəfəlik kompensasiya ödəniləcək
13:10, Bu gün
Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT
13:06, Bu gün
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
13:02, Bu gün
Gəncədə qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:57, Bu gün
Elnur Məmmədov: “Azərbaycan BƏM-də Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir”
12:52, Bu gün
Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO
12:48, Bu gün
Körpələr evində mənimsəmə: Cinayət işi başlandı
12:44, Bu gün
Bərdədə "Ailə münasibətləri" mövzusunda növbəti tədbir keçirildi - FOTO
12:38, Bu gün
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirilib
12:36, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum oldu
12:33, Bu gün
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
12:31, Bu gün
Gəncədə avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
12:30, Bu gün
"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev
12:28, Bu gün
Azərbaycandan turist axını 32 % ARTIB
12:25, Bu gün
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
12:22, Bu gün
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü - FOTO
12:21, Bu gün
Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
12:18, Bu gün
Oyanmış ayı kəndə gəldi – FOTO + VİDEO
12:17, Bu gün
Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
12:14, Bu gün
Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
12:12, Bu gün
Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
12:08, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb
12:05, Bu gün
Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı
12:03, Bu gün
"İlham Əliyev son 3 əsrin qəhrəmanıdır" - Zahid Oruc
12:01, Bu gün
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
11:58, Bu gün
DYP avtobus sürücülərinə xəbərdarlıq etdi - FOTO/VİDEO
11:58, Bu gün
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
11:55, Bu gün
Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək
11:52, Bu gün
İnfarktın qulaqda üzə çıxan əlaməti – Həkim açıqladı
11:49, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğvinə dair saziş ratifikasiya olunub
11:45, Bu gün
BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - FOTO
11:41, Bu gün
Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi başlayıb
11:31, Bu gün
İcma sədri: Qərbi Azərbaycana qayıdış Ermənistanın 30 illik talançılığını üzə çıxaracaq
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
11:28, Bu gün
Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib: Nə vaxt istəyir, biz hazırıq
11:27, Bu gün
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb
11:25, Bu gün
UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşdü - FOTO
11:21, Bu gün
Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib
11:20, Bu gün
Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib
11:15, Bu gün
Bakıda məktəblilərə siqaret satanlar cərimələndi - VİDEO
11:14, Bu gün
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:12, Bu gün
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...
11:10, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
10:57, Bu gün
Sumqayıtda müəllimin ölüm səbəbi bilindi - YENİLƏNİB
10:50, Bu gün
Culfada ağır yol qəzası olub, ölənlər var
10:45, Bu gün
Pendirdən imtina etməyin 4 əsas səbəbi
10:40, Bu gün
“RSK-nın humanitar minatəmizləmə mərkəzi Qarabağda qalacaqmı?”-Rusiyalı ekspert
10:37, Bu gün
Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıb
10:36, Bu gün
Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
10:26, Bu gün
İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq
10:21, Bu gün
Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
10:17, Bu gün
Azərbaycanda tükürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
10:15, Bu gün
Azərbaycanda zəlzələ oldu
10:13, Bu gün
İkardi bu paylaşımı ilə “Fənərbağça” azarkeşlərini qıcıqlandırdı - FOTO
10:12, Bu gün
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
10:10, Bu gün
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
10:05, Bu gün
BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub - FOTO
10:04, Bu gün
Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO
09:58, Bu gün
Əliyev tələb etdi, Ermənistan razılaşdı - 3 variantda delimitasiya ssenarisi
09:56, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
09:52, Bu gün
Azərbaycanda zəlzələ olub
09:51, Bu gün
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
09:47, Bu gün
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:34, Bu gün
Şəmkirdə mağaza yanıb - VİDEO
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
09:22, Bu gün
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb - FAKTİKİ HAVA
09:18, Bu gün
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
09:18, Bu gün
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
09:14, Bu gün
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
09:11, Bu gün
Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:06, Bu gün
Məktəblərdə təhlükəsizlik problemi - iki şagirdin faciəsi kimin üzərindədir?
09:06, Bu gün
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:47, Bu gün
Müğənni Şəbnəmin prodüseri vəfat etdi
08:29, Bu gün
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
08:19, Bu gün
Şimali Koreyada nüvə təlimləri keçirilib
08:02, Bu gün
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
07:57, Bu gün
“Wolt”un xanım sürücüsü qəzada xəsarət aldı - FOTO
07:23, Bu gün
Keçmiş məcburi köçkün: “Füzulidən çıxdığımız yadıma düşəndə saatlarla ağlayıram”
GÜNLÜK
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 16:04
Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub – Heyrətamiz səbəb...
22 Apr 2024 | 15:16
İran Əfqanıstandan Türkiyəyə gedən ilk tranzit qatarını sərhəddən buraxmadı - FOTO
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 15:12
Ərli qadınla subay oğlanın şok hərəkəti: "Rayona getdik, kənddə axşam..." – Təfərrüat
22 Apr 2024 | 15:29
Xamenei İİKK-ya İsrailə hücuma görə minnətarlıq edib və qarşısında iki yeni vəzifə qoyub
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
AYLIQ
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 16:04
Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub – Heyrətamiz səbəb...
22 Apr 2024 | 15:16
İran Əfqanıstandan Türkiyəyə gedən ilk tranzit qatarını sərhəddən buraxmadı - FOTO
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 15:12
Ərli qadınla subay oğlanın şok hərəkəti: "Rayona getdik, kənddə axşam..." – Təfərrüat
22 Apr 2024 | 15:29
Xamenei İİKK-ya İsrailə hücuma görə minnətarlıq edib və qarşısında iki yeni vəzifə qoyub