Moderator.az xəbər verir ki, Azərbaycan Respublikası Prezdenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənclər arasında “Öz regionunu qalib et” adlı paint boll turniri keçiriləcəkdir.
Layihə Azərbaycan Respublikası Prezdenti Yanında Gənclər Fondunun proritet məsələləri olan
- Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi
- Həvəskarlar arasında idman yarışlarının təşkili
- Gənclər arasında sağlam həyat tərzinin təbliği
Və Respublika Prezdentinin imzalamış olduğu Gənclər Proqramı 2011-2015 in bəndlərinə uyğun olaraq həyata keçirilir.
Layihə çərçivəsində Azərbaycanın müxtəlif regionlarından olan gənclər Bakıda Paint Ball mərkəzin- də bir araya gətirilərək “öz regionunu qalib et” adlı paint boll turnirində yarışacaqlar.Müsabiqə- də gənclər üç regionu təmsil edən 3 komanda şəklində yarışacaqlar.Yarışlar 2 gün ərzində davam edəcəkdir.Turnir Azərbaycan sistemi ilə keçiriləcək və bütün turniri üç nəfərdən ibarət münsüflər heyyəti izləcək,ədalətin qorunmasında və komandaların qiymətləndirilməsində iştirak edəcək-lər.Layihə 14-29 yaş arası 12 nəfər gənc 3 müxtəlif komandada mübarizə aparacaq-lar. Layihənin əsas məqsədi müharibə şəraitində yaşayan ölkəmizin gənclərini vətənpərvərlik ruhunda tərbiyə etmək, həvəskarlar arasında idman yarışlarını təşkil edərək sağlam həyat tərzini təbliğ etməkdir.