Mətbuatdan oxudum ki, İngiltərə səfirliyi bundan
sonra bütün homoseksual cütlüklərə qapılarını açacaq və onların rəsmi nigaha
alacaq. Doğrusu, bu xəbər mənə çox da qəribə gəlmədi. İngiltərə səfirliyinin bu
qərarını pisləməkdənssə, öz halımıza baxmamağımız daha doğru olardı. Çünki
bizim cəmiyyətdə bu cür tələblər var ki, Böyük Britaniya dövləti də adi insan
hüququ hesab etdiyi homoseksual evliliklərin Azərbaycanda nigahını bağlamaq
haqqında qərar verir.
Məndən soruşsanız deyərdim bütün bu hallar əslində
ilahi ədalətin bizim cəmiyyətimizə verdiyi cəzadır. Tarix boyu harınlaşan,
haramla halalı ayrıd edə bilmətyən toplumlar məhz bu yollara düşür və ilahi ədalət
nəticəsində Yer üzündən silinirlər. Lut qövmünü həlak edən əxlaqsızlıqlar hətta
müqəddəs kitablarda belə Allahın qəzəbi kimi qiymətləndirilib və insanlığa bir
örnək olaraq göstərilib. Bildirilib ki, haram yoldan dönməyəcəyi təqdirdə bütün
qövmlər eyni cür cəzalandırılacaqlar.
İstənilən imperialist qüvvə bir toplumu işğal etmək
istəyəndə ilk növbədə onun əxlaqını əlindən alır. Bu da səbəbsiz deyil. Əxlaqi
xüsusiyyətləri əlindən alınmış toplumların müqavimət gücü olmaz, onlar hər kəs
qarşısında gözükölgəli gəzərlər. Nə yazıq ki, bu gün Azərbaycanda da eyni siyasət
yürüdülür. Bu mənəvi həyatı işğal etmək siyasəti yalnız homoseksual evliliklərin
məşru hala gətirilməsində də özünü büruzə vermir. Rüşvət, haram yemək, xalqın əmlakını
talamaq və s. sahələrdə də eyni mənzərənin şahidi oluruq. Hətta deyərdim ki,
homoseksuallıq kimi iyrənc əməl belə bu əxlaqazidd xarakterin ortaya çıxartdığı
nəticədir. Xalqın mənəvi həyatının işğalı bu günün məsələsi deyil. Uzun illərdir ki, bu proses gedir.
İngiltərə səfirliyi
İngiltərənin inzibati ərazisi sayılır. Bütün xırda iradları rədd edə və deyə
bilərlər ki, biz heç kəsi məcbur etmirik, öz ərazimizdə necə davranmaq, qüsurlu
hesab etmədiyimiz nigahları bağlamaq hüququmuz da var. Siz əgər bunu məqbul
hesab etmirsinizsə buyur, elə edin ki, ölkənizdə homoseksual ailə qurmağa
meylli insanlar meydana gəlməsin.
Fərqindəsinizmi, bu gün biz layiq olduğumuzu alırıq,
cənablar! Bu rəzalətdən hərəkətsizlikdə suçladığınız heç bir kəs də kənarda
qalmayacaq. Qətiyyən
narahat olmaq lazım deyil. Dünya o qədər az əyilməyib ki, onu sizlər düzəldə biləsiniz. Bir qədər də səbirli
olmaq gərəkir, görək, kimlərsə nə vaxt yolları düzəldib qurtaracaq, sifətlərindən
şeytanlıq tökülən icra başçıları uşaq bağçalarını nə vaxt satıb ciblərini
dolduracaqlar, prokurorluq ildırıma açdığı cinayət işini nə vaxt məhkəməyə göndərəcək.
Ondan sonra ayılıb görəcəyik ki, ölkəmizin haram yeməkdən harınlamış övladları
Britaniya səfirliyində nigaha girirlər.
Müdrik Sokrat ömrü boyu öyrəndikdən sonra "mən
onu bildim ki, heç nə bilmirəm " dedi . Mən də heç bilmirəm. Bildiyim sadəcə
bir qanunauyğunluq var. Onun da adı İLAHİ ƏDALƏT-dir! Çoxları elə düşünürlər
ki, ƏDALƏT onların cah-cəlal içində istədikləri kimi yaşayacağı an bərpa
edilmiş olacaq. Ya da ki, əyri yeriyib düz yol axtaranların sarsaqcasına özlərində
xəyal etdikləri uyğunsuzluqdur ƏDALƏT. Qətiyyən siz düşündüyünüz kimi deyil!
İfadəm üçün çox üzr istəyirəm, indi heç kəsin boğazdan yuxarı rəsmi olan amma
qeyri-rəsmi bəyanatları heç bir gücə malik deyil.
Kişilər, inanın ki, haram narkotikdən çox təhlükəlidir.
Narkoman narkotik maddəyə görə bütün ləyaqətini alçaltmağa, haram yeyənlər isə bir
haram tikə üçün hamıya xəyanət etməyə hazırdırlar. Heç olmazsa narkomana istədiyini verməyəndə
bir müddət əziyyət çəkir, sonra özünə gəlir. Haram yeyənlər isə
haramsız bir an belə yaşaya bilmirlər. Haram elə zəhərli maddədir ki, vəzifəsindən
çölə atılanlar xiffətdən qısa zaman içərisində ölürlər. Çünki haramxor haramdan
uzaq qala bilməz. Onun haram tikəsini əlindən almaqdansa canını alsan daha
yaxşıdır.
Haramxorluq insan mənəviyyatına yeridilmiş mərəz
kimidir. Bu mərəz hökmən haradansa baş qaldırıb üzə çıxmalıdır. O, bəzən içki
düşgünlüyü, bəzən narkomalıq, bəzən isə homoseksuallıq şəklində zühur edir.
Yeri gəlmişkən qeyd edim ki, ədalət insanların xoşbəxtlik
saydıqları həyat deyil. Ədalət hər kəsin layiq olduğuna çatmasıdır.