“Gəncə polisində özbaşınalıqla bağlı şok iddia...” adlı xəbərə //moderator.az/?xeber=47887 DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov münasibət bildirib:
DİN-in Moderator.az-a
açıqlamasında bildirilir ki, dünən Gəncə şəhər BPİ Kəpəz RPİ-nin qarşısında
yüzlərlə Samux sakininin etiraz aksiyası keçirməsi barədə deyilənlər həqiqəti əks etdirmir. Fakt ondan ibarətdir ki, həqiqətən də şəhər
sakini olan bir xanım sərnişini olduğu Gəncə-Samux marşrutu ilə hərəkət edən sərnişin
mikroavtobusunun sürücü tərəfindən həddindən artıq sürətlə və təhlükəli idarə
edilməsi barədə Kəpəz RPİ-yə məlumat verib. Polis əməkdaşları mikroavtobusun
sürücüsünün şəxsiyyətini müəyyənləşdirərək onu ”“ Adil Həsənovu araşdırmalar
aparılması və barəsidə müvafiq tədbirlər görülməsi üçün qanunamüvafiq qaydada
RPİ-yə gətiriblər.
E. Zahidov
adı çəkilən sürücünün döyülməsi ilə bağlı iddiaları da təkzib edib:
“Yol-hərəkət
qaydalarını pozan və özü də bu əməlini səmimi etiraf edən sürücü nəyə görə
döyülməlidir ki? Əsassız və uydurma bir iddiadır. Gündə onlarla qayda pozan
sürücü barəsində polis orqanlarında tədbir görülür, məgər onlardan hansı birisə
polis tərəfindən döyülürmü? Əgər həqiqətən də sürücünün polisin hərəkətindən
narazılığı olsaydı, yəqin ki, özü dərhal şikayət edərdi ”.
Gəncə şəhər
BPİ-nin rəisi Faiq Şabanovun Kəpəz RPİ-nin rəisi Ağahüseyn Məmmədovla quda
olmaları barədə məlumatın da həqiqəti əks etdirmədiyini bildirən Ehsan Zahidov
deyib ki, onların bu günə qədər heç bir qohumluq əlaqəsi yoxdur, gələcəkdə isə
necə olacaq, onu zaman göstərər.