“Səba” Səxavət Gününü səbirsizliklə gözləyənləri “Səba” öz məhsulları ilə yenidən sevindirəcək.
“Səba”-nın
daha bir sosial məsuliyyət layihəsinə çevrilmiş “Səba” Səxavət Günü yaxınlaşır.
“Səba” ənənəvi olaraq, bu ay da səxavət kisəsini açacaq. İyunun 15-də
Bakı və Abşeronun böyük marketlərində alıcılar “Səba” səxavət payından
bəhrələnəcəklər. “Yarı bizdən, yarı sizdən!” deyən "Səba" bu gün üçün
xüsusi hazırladığı məhsullara 2-qat aşağı qiymət qoydu.
Hər ay olduğu kimi, bu gün yenə də yeniliklə doludur. Əsas
yenilik məhsul çeşidinin ötən aylardakından daha bol olmasıdır. Səxavət payına
“Səba” toyuq əti məhsulu bağlaması və tez bir zamanda istehlaçı rəğbəti
qazanmış “Səba” süd məhsulları paketləri ”“ ayran və xama daxildir.
Məhsulların veriləcəyi marketlərin sayı da ötən aydan
fərqlənir - iki dəfəyə yaxın artmaqla, bu say 220-ni aşıb. Bu isə o deməkdir
ki, “Səba” daha çox istehlakçının bu aksiyadan faydalanmasına şərait yaradıb və
daha çox ailə “Səba"-dan pay alacaq.
“Səba” Səxavət günü barədə xəbərsiz olanlar üçün bir daha
vurğulayaq ki, aprel ayından başlayaraq, hər ayın 15-i “Səba” Səxavət günüdür.
Həmin gün üçün hazırlanmış “Səba” məhsullarından alan müştərilər eyni miqdarda
məhsulu da pay əldə etmiş olurlar.