Rusiya təhlükəsinin davam etdiyi mövcud şəraitdə Ukrayna tərəfindən müharibə əhval-ruhiyyəli açıqlamaların sayı artmaqdadır. Hətta bəzi Ukrayna siyasiləri hesab edir ki, rus ordusu bu dövlətin ərazi bütövlüyünə müdaxilə edərsə, o zaman Ukrayna Rusiya üçün ikinci Çeçenistana çevrilə bilər.
Moderator.az-a açıqlama verən politoloq Fərhad Mehdiyev isə hesab edir ki, əslində məlum bəyanatlar mübarizlikdən daha çox təslimiyyətdən xəbər verir:
“Əvvəla, qeyd etmək lazımdır ki, bu cür bəyanat təslimiyyətçi bəyanatdır. Bu, o deməkdir ki, ruslar tez bir vaxtda Ukraynanı işğal edəcəklər. Ukraynalılar da partizan müharibəsinə keçəcəklər.
Bəli, ukraynalıların partizan müharibəsi təcrübəsi var. Tam iki dəfə - bendera hərəkatı olub və faşistlərə qarşı yönəlib. Lakin bendera hərəkəti uğursuzluğa düçar olub. Faşistlərə qarşı sovet ordusunun köməyi olub. Hesab edirəm ki, rus ordusu Ukraynaya girə bilər, lakin bütün Ukraynanı işğal edə bilməz, etməyəcək”.
Seymur Əliyev