Bu gün Azərbaycan əsilli Almaniya vətəndaşı Vüsal Şilderin qətlə yetirilməsinin ildönümüdür. Moderator.az V.Şilderə həsr olunan mahnını oxuculara təqdim edir. Məlumat üçün qeyd edək ki, mahnının sözləri V.Şilderin dayısı Mahir bəyin, musiqisi Elçin İmanovundur.
Azərbaycan xalqının böyük sənətkarı, xalq artistimiz Flora Kərimovanın ifasında səslənən mahnının meydana gəlməsinin qəribə tarixçəsi mövcuddur. Belə ki, V.Şilder dəfn olunan zaman məzar ətrafındakı nəhəng insan izdihamına baxmayaraq ağ bir göyərçin səmadan aşağı enmiş, mərhumun məzarı üzərinə qonmuşdur. Baş verən bu olaydan təsirlənən V.Şilderin dayısı Mahir bəy gördüyü mənzərədən riqqətə gələrək öz hislərini “Ağ göyərçin” şerində ifadə etmiş, sonda bu cür gözəl və nisgil dolu bir mahnı meydana gəlmişdir.
FOTO, VİDEO" src="//old.moderator.az/fotobaza/original/1257.jpg">FOTO, VİDEO" src="//old.moderator.az/fotobaza/original/1258.jpg">FOTO, VİDEO" src="//old.moderator.az/fotobaza/original/1259.jpg">FOTO, VİDEO" src="//old.moderator.az/fotobaza/original/1260.jpg">FOTO, VİDEO" src="//old.moderator.az/fotobaza/original/1261.jpg">FOTO, VİDEO" src="//old.moderator.az/fotobaza/original/1262.jpg">FOTO, VİDEO" src="//old.moderator.az/fotobaza/original/1263.jpg">