Baş Prokurorluğun mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə,
“Parabank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır.
Aparılmış istintaqla cəmiyyətin
Nizami filialının kredit mütəxəssisləri Orxan Uğurluzadə və Toğrul Mirzəzadənin
tanışları Əfqan Vəliyev və Seymur Abdullayevlə qabaqcadan razılaşıb cinayət
əlaqəsinə girərək müvafiq
sənədlərin məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil
etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə edib aldatma yolu ilə 228 şəxsə kreditlərin
ayrılmasına nail olaraq ümumilikdə 127 min 804
manat məbləğində banka məxsus külli
miqdarda əmlakı ələ keçirməklə “Parabank” ASC-nin qanunla qorunan mənafelərinə
mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan Orxan Uğurluzadəyə Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü
(vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan
ittiham elan edilməklə barəsində həbs, Toğrul Mirzəzadəyə həmin məcəllənin 178.3.2 və 313-cü, Seymur
Abdullayevə 178.3.2-ci, Əfqan Vəliyevə isə 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilməklə
barələrində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilmişdir.
Cinayət
işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır
Cinayətlər Məhkəməsinə göndərilmişdir.