Moderator.az xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) rəhbərliyinə daxil olan şəxslər aprelin 24-də Bakının və Azərbaycanın digər ərazilərinin erməni hərbi birləşmələrindən azad edilməsi zamanı həlak olan türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Bu barədə məlumat verən partiyanın mətbuat xidmətindən bildirilib ki, 2005-ci ildən etibarən BAXCP hər il aprelin 24-nü Xilaskar Türk Əsgərlərinin Anım Günü kimi qeyd edir.
Türk əsgər və zabtlərinin
xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyan BAXCP yetkililəri istiqlal
şəhidlərini hörmətlə anıblar.
Ziyarətçilər qarşısında
çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanın erməni
hərbi birləşmələrindən azad edilməsində iştirak edən qəhrəman türk əsgərlərinin
rəşadətinin heç zaman unudulmayacağını vurğulayıb: "Ancaq çox təəssüf
edirik ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ermənilərin uydurma
soyqırımına münasibət bildirdi və dolayısı ilə də olsa bu "soyqırımı"
tanıdı. Baş nazirin 1915-ci ildə həlak olan ermənilərin nəvələrinə baş sağlığı
mesajı verməsi buna bariz nümunədir. Biz onsuz da Türkiyə Cümhuriyyətinin
prezidenti Abdulla Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın ermənilərə olan
sevgisini bilirdik. Məhz bu sevginin nəticəsidir ki, AKP hakimiyyəti bu gün
Ermənistanla ticarət əlaqələrini genişləndirib və həmin ölkədən Türkiyəyə iş
dalınca gedən ermənilərə hər cür şərait yaradılıb".
BAXCP sədri deyib ki,
bütün bunlara baxmayaraq
Azərbaycan xalqına qarşı
həyata keçirilən soyqırımın qarşısını alan, istiqlal mücadiləmizə dəstək verən
qəhrəman türk əsgər və zabitlərinin xatirəsi hər zaman əziz tutulacaq,
könüllərdə yaşayacaqdır: "Əgər beynəlxalq birlik tarixə erməni
yalanlarının deyil, ədalətin gözüylə baxarsa, o zaman 24 aprelin "erməni
soyqırımı" günü yox, Anadoluda və Qafqazda yaşayan xalqların xilası günü
olduğunu görə bilər".
- FOTO" src="//old.moderator.az/fotobaza/original/1172.jpg">- FOTO" src="//old.moderator.az/fotobaza/original/1173.jpg">- FOTO" src="//old.moderator.az/fotobaza/original/1174.jpg">