Son dövr Ukraynada baş verənlər, Rusiyanın addımları ciddi diskussiyalara səbəb olub. Krımdakı referendum, Rusiyanın bundan sonra hansı addımlar atacağı, ABŞ-ın, Avropa Birliyinin Rusiyanı dayandırmaq üçün hansı tədbirlər görəcəyi bu gün dünyanın ən ciddi maraq doğuran məsələsidir. Azərbaycana isə bu məsələ üç tərəfdən maraqldır-həm MDB məkanına daxil olan ölkə kimi, həm Rusiyanın Gömrükİittifaqı ilə bağlı təhdidlər müstəvisindən, həm də Dağlıq Qarabağdakı seperatçı rejimin bu presedentdən yararlanmaq cəhdləri baxımından. Zənnimcə, Sovetlər İttifaqı dağılandan sonrakı dövrdə iqtisadi cəhətdən bir qədər dirçəlmiş Rusiyanın neoimperializm cəhdləri bir müddət keçdikdən sonra izolə olunmuş Rusiyanın daha ciddi parçalanmasına səbəb olacaq. Yeltsin dönəmində Rusiya faktiki çöküş həddində idi. Böyük Yeddilik həmin dövr nüvə Rusiyasınin parçalanmasının qarşısını aldı. Sosialist düşərgəsinin dağılmasından dərhal sonra Rusiyanın da parçalanmasının idarəolunmaz bir prosesə səbəb olacağını öncədən görən Qərb prosesin uzadılması xəttini götürdü. Bu gün artıq demək olar ki, dünya birliyi Rusiyanın parçalanmasına hazır vəziyyətdədir. Bu proses nə qədər ağrılı, bəzi millətlər üçün faciəvi nəticələrə səbəb olsa da, artıq bu proses dünya üçün faciəvi, idarəolunmaz heç nə vəd etmir. Bu baxımdan Krımdan sonra Rusiyanın neoimperialist siyasətini davam etdirməsi fatiki olaraq mümkünsüz görünür. Rusiyanın imperiya cəhdləri dünya Birliyinin əsas ölkələrinin iqtisadi sanksiyasına dirənərək sönəcəyi, əks prosesin başlayacağı gün uzaqda deyil. Rusiyanın MDB dövlətlərinin bazasında SSRİ tipli hansısa birliyi, Gömrük İttifaqını yaratmaq cəhdləri də Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı ciddi uğursuzluq zolağına daxil oldu. Rusiyanın tədricən, artan iqtisadiyyat, dünya ilə uyum şərtləri altında MDB ölkələrini daha çox öz təsirinə salmaq imkanları var idi. Dünya ilə ziddiyyət halında, iqtisadi embarqolara məruz qalan Rusiyanın belə bir şansı yoxdur. Qarabağ ermənilərinin bu presedentdən hansısa ciddi nəticələr əldə edə biləcəyi də istisnadır. Əvvala ona görə ki, Ermənistan parlamentinin 1991-ci ildə Dağlıq Qarabağı özünə birləşdirmək haqda qərarı var. Bu qərardan imtina, Rusiyaya reverans ermənilər üçün cox qeyri ciddi bir vəziyyət yaradar. Ikincisi Dağlıq Qarabağın nə Rusiya ilı sərhədləri, nə də Dağlıq Qarabağın Rusiyaya heş bir aidiyyatı yoxdur. Bundan başqa son hadisələr Ukrayna ilə birgə Gürcüstan və Azərbaycanı da Qərblə, NATO ilə daha sıx əməkdaşlığa vadar edir. Bu da regionda NATO-nun güclənməsinə, Rusiya ilə Ermənistan arasında indiki əməkdaşlığın mümkünsüzlüyünə aparır. Bütün bunlarla yanaşı son baş verən hadisələrin Azərbaycan cəmiyyəti üçün də bir sıra düşündürücü nəticələri var. Əvvala Azərbaycan kommunistlərinin ölkə qanunlarını, konstitusiyanı heç nə hesab edərək Putinə müraciəti bir sıra mətləbləri ortaya qoydu. Bəlli oldu ki, Rusiyanın Azərbaycan daxilində də maliyyələşdirdiyi, idarə etdiyi qüvvələr var. Bundan başqa, bu cəmiyyət hakimiyyət tərəfindən o qədər incidilib ki, hakimiyyətin özbaşınalığından, harınlığından, haqsızlıqlarından, rüşvət və korrupsiyasından qurtara biləcək istənilən alternativ bu cəmiyyət üçün cəlbedici görünə bilər. Bu hakimiyyət Qarabağ qazisini dolanışıq ucundan özünü yandırmağa məcbur edib. Aztəminatlı təbəqə bu rejimin, onun rüşvətxor məmurlarının basqısı altında sözün həqiqi mənasında min bir əziyyət, zülm çəkir. Polis özbaşınalığı, məhkəmələrdəki rüşvət, ədalətsizliklər cəmiyyətin sabaha inamını ciddi surətdə sarsıdıb. Başqa cür desək bu cəmiyyətin öz dövlətinə inamsızlığı, millətin gözünün daim xilaskar axtarması, bütün pisliklər bu hakimiyyətlə, bu reyimlə bağlıdır və bütün fəaliyyətlər bu reyimdın qurtulmağa ölkədə normal bir hakimiyyəyin qurulmasına, millətin özünəinamının bərpasına yönəldilməlidir. Dünyada baş verən proseslər get-gedə intensivləşməsi, böyük dövlətlərin nüfuz davaları bizi əsas hədəfdən yayındırmamalıdır. Əsas diqqət 2015-ci il seçkilərinə yönəlməlidir. Seşkilərə qədər qalan 1il 6 ay ərzində bütün qüvvələr indiki antidemokratik secki qanunun dəyişdirilməsinə yönəlməlidir. Bu məsələdə müxalifətin əməkdaşlığı mütləq təmin olunmalıdır. Müxalifət daxili “əsas müxalifət kimdir, hansı partiya daha güclüdür, filan partiya hakimiyyətlə əməkdaşlıq edəcək “ kimi didişmələri bir tərəfə qoymaq lazımdır. Özünü demokratik düşərgənin nümayəndəsi hesab edən bütün qüvvələrin-partiyaların, QHT-lərin, mətbut nümayəndələrinin, ziyalıların, fərdlərin iştirakına heç bir məhdudiyyət qoymayan bir formatla bu işi görmək olar. Son illərin təcrübəsi göstərir ki, hansısa siyasi partiyaların birliyi, bir neçə şəxsin “Milli Şura”sı kimi formatlar problemin həllinə deyil, həmin qüvvələrin şəxsi maraqlarından qaynaqlanır və yekun olaraq rəyim daha da güclənir. Hamının bir arada olduğu formatlarda 20 ildir ki, hakimiyyətə yalanşı müxalifətşilik edənlərin prosesi hakimiyyətin marağına uyğun yönləndirmək imkanı olmur. Zənnimcə, belə bir format 1998-ci ildəki SİDSUH tipli bir təşkilat olmalıdır. Həmin dövr bu formatın istənilən uğuru qazana bilməməsinin əsas səbəbi prezidentliyə iddialıların bir-birinə güzəştə gedə bilməməsi ilə bağlı idi. Parlament seçkilərində belə problem yoxdur. Əksinə, pərakəndə şəkildə parlament seçkilərində iştirak edıcək müxalifət partiyalarının, liderlərinin seçkidə qalib gəlmək şansı demək olar ki, yoxdur. Son 2010 seçkiləri bunun bariz nümunəsi hesab oluna bilər. Bu gün Azərbaycanda normal bir hakimiyyətin qurulması üşün birliyə ehtiyac var. Birliyin alternativi yoxdur.
Əhməd Oruc
Azadlıq Partiyasının sədri