Uzaqlaşdıqca yaxınlaşan millət sevgilisi...
Köşə
Oxunub: 7134
16 Apr 2014 | 18:48
Uzaqlaşdıqca yaxınlaşan millət sevgilisi...

Təəssüf, amansız ölüm onu bizdən aldı. Vaxsız gələn vəfatı onun milləti üçün, dövləti üçün görəcəyi işləri yarımçıq qoydu. Yaşasaydı bəlkə də indi hər şey dəyişmişdi, bambaşqa idi. “Mən yenidən prezdent olacam, görəcəyim işlər var”- demişdi. Bəlkə də Elçibəyi aparmaqla Tanrı sevdiklərini ona xəyanət etdiyinə, ona daş atdığına, onu anlaya bilmədiklərinə görə cəzalandırdı. Fəqət o, ölümü ilə Tanrının ona bəxş etdiyi ən yüksək zirvəyə yüksəldi, axtardığı haqqa qovuşdu.

Prezident olduğu qısa müddətdə dövlətçilik üçün çox böyük işlərə imza atdı, yenicə müstəqilliyini bərpa etmiş və müharibə şəraitində olan Azərbaycanın  milli atributlarını yaratdı. Rus qoşunlarını Azərbaycan ərazisindən qovdu ki, buna necə nail olduğu hələ də çoxları üçün sirr olaraq qalır. 

Hakimiyyət anti milli, qeyri demokratik qüvvələrin əlindən almaq, xalqı zülmdən qurtarmaq,  Qarabağı düşmən tapdağından azad etmək, müharibəni qələbə ilə bitirmək, qonşu dövlətlərin Azərbaycana qarşı məkrli siyasətinə son qoymaq, İran fars rejiminin əsarətində olan Cənubdakı soydaşlarımızı  azadlığına qovuşdurmaq, Bütöv Azərbaycan ideyasını gerçəkləşdirmək, Təbrizə getmək, Savalanı ziyarət etmək, Türk dövlətlər Birliyinin Parlamentini yaratmaq onun ən böyük ideyalarından idi. Həmin dövrdə bunları dilə gətirmək bir prezident kimi cəsarət tələb edirdi və Elçibəy bunları çəkinmədən dilə gətirirdi.

 Cəsarətdən söhbət düşmüşkən, bəzi bədxahların onu cəsarətsizlikdə suçlamasına cavab olsun deyə xatırlatmaq istəyirəm ki, hakimiyyəti dövründə Azərbaycanın şimalda sərhədi pozan rus gəmilərini həbs etmək göstərişi verdi və həbs etdirdi. Rusiyanın prezidenti Boris Yelçinin xahişindən sonra onları qaytardı. Halbuki, son illərdə İran islam Respublikasının təyyarələri dəfələrlə hava məkanımızda sərhədləri pozub və bu indiki hakimiyyət tərəfindən sükutla qarşılanıb.

Bütöv Azərbaycan məsələsini dilə gətirərkən, Rusiyaya qarşı eynihüquqlu, iki müstəqil dövlət kimi iqtisadi əməkdaşlıq təklif edərkən, Avropaya qarşılıqlı əməkdaşlıq siyasəti yürüdərkən “Elçibəy bizi qonşu dövlətlərlə düşmən edir” deyən partnomenklaturanın tör-töküntüləri indi Azərbaycanı nəinki qonşu dövlətlərlə, az qala bütün dünya ilə düşmənə çevirən xarici siyasət yürüdürlər.   

Partnomenkulaturanın tör- töküntüləri dərk edə bilmədilər ki, 70 il sovetlər dövründə apardıqları saxta  əks təbliğatla, yazdırdıqları saxta tarixlərlə şərqdə ilk demokratik cumhuriyyətin banisi Məhəmmədəmin Rəsulzadəni yaddaşlardan, tarixdən silə bilməyiblərsə, deməli, Ə. Elçibəyi də tarixdən silmək mümkün olmayacaq. Kommunistlərin dəyişmiş siması olan “Yeni Azərbaycanlılar” hakimiyyətdə olduqları müddətdə dövlətin milyardlarla pulunu xərcləyərək, bir qara qəpiyə dəyməyən qalaq-qalaq Heydərizmlə bağlı kitablar yazdırdılar, Azərbaycanda və Azərbaycanın hüdudlarından kənarda liderlərinə heykəllər qoydurdular, onun adına parklar saldırdılar, saxta tarix yazdırdılar, amma onların etdikləri zaman keçdikcə sabun köpüyü kimi çəkilib yox olmaqdadır. Onlar yox olduqca Azərbaycanın ən son tarixindəki həqiqətlər üzə çıxır. Hələ də qədim tarixin qul psixologiyası ilə yaşayan hakimiyyət nümayəndələri tarixin onu saxtalaşdıranlara qarşı amansız olduğunu, tarixi saxtalaşdıranların, əlehinə gedənlərin, çarxına dolaşmaq istəyənlərin elə tarixin öz çarxı altında qalaraq məhv olacaqlarını anlamırlar. Elçibəy isə öz böyüklüyü ilə, millətə sevgisi, xalqa mərhəmətilə milyonların qəlbində yuva saldı, milyonların zehniyətində qalaq-qalaq kitablar yazdı. Bu gün hər kəs tərəddüdsüz  Ə. Elçibəyi türk dünyasının böyük liderlərindən biri kimi tanıyır, ona hörmətlə yanaşır, kitablar yazır, onun haqqında araşdırmalar aparırlar. Həmçinin H. Əliyev haqında yazılanlar sifarişlə və milyonlarlın xərclənməsi nəticəsində baş verirsə, Ə, Elçibəy irsinin, siyasi xəttinin araşdırılması təmənnasız onu sevənlər tərəfindən könüllü olaraq aparılır.

Elçibəy böyük elm adamı, filosof, uzaqgörən siyasətçi idi.  Onun bütün söylədiyi fikirlərdə böyük fəlsəfə var və bunu araşdıranlar çox gözəl bilir.

Siyasi xadim olmaqla bərabər Elçibəy yaxşı insan, yaxşı alimdir, amma ondan siyasətçi olmaz deyənlərə, siyasətdə əxlaq olmaz deyənlərə əxlaqlı siyasətin nə olduğunu göstərdi. Sübut etdi ki, əxlaqlı siyasət aparmaqla da siyasətin ən yüksək pilləsinə yüksəlmək olar. O, öz böyüklüyü, uzaqgörənliyi ilə sübut etdi ki, məqsədə çatmaq üçün bütün vasitələr məqbul sayıla bilməz.

Elçibəyin qansız- qadasız, qardaş qırğını törətmədən hakimiyyətdən  getməsi, onun dövlətinə, millətinə nə qədər vurğun olduğunu, dövlətin mənafeyini hər şeydən üstün tutduğunu göstərdi. O, bununla ən böyük istefa mədəniyyətinə malik olduğunu sübut etdi və Şərq tarixində nadir rast gəlinən istefa mədəniyyətinin nümunəsini  qoydu.

Elçibəy ziyalı olduğu üçün, ölkənin inkşafını, ölkənin gələcəyini elmin inkşafında, ziyalılarda görürdü. Bu üzdən hakimiyyətdə olduğu qısa müddətdə elmin, təhsilin inkşafına, müəllimlərin, həkimlərin, ziyalıların qayğısına, onların ehtiyaclarına xüsusi diqqət yetirirdi. Tez bir zamanda adı çəkilən zümrənin şagirdlərinin, tələbələrinin , xəstələrinin əlinə baxmasınlar, rüşvət almasınlar deyə əməkhaqlarını bir neçə dəfə artırdı. Təhsildə rüşvətin qrşısını almaq üçün qəbul imtahanlarını  testlə götürülməsi üçün fərman verdi.

Bu gün onun haqqında düşmənləri belə neqativ danışa bilmirlər. YAP-çılar belə onun böyük alim, təmiz insan, vətənpərvər, dövlətini, milətini sevən bir ziyalı olduğunu etiraf edirlər. Basqılara, məhrumiyyətlərə, təzyiqlərə, təqiblərə, həbslərə, rejimin sərtliyinə baxmayaraq gənc nəsil Ə. Elçibəyi öyrənir, onun ideyaları uğrunda mübarizəyə qoşulur. Bu bir daha Elçibəyin böyüklüyünü sübut edir.

           

Elman Abbasov


Oxşar xəbərlər
22:35, Bu gün
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
22:27, Bu gün
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
22:20, Bu gün
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub - FOTO
22:17, Bu gün
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
22:15, Bu gün
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
22:14, Bu gün
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
22:13, Bu gün
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
21:56, Bu gün
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
21:15, Bu gün
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
21:09, Bu gün
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
21:08, Bu gün
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
21:07, Bu gün
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
20:48, Bu gün
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
20:47, Bu gün
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
20:35, Bu gün
Səhər Günəş doğandan sonra açılır...
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
GÜNLÜK
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO