”Bizim məskunlaşdığımız yaşayış binasını damını qasırğa dağıdıb. Elektrik xətləri sıradan çıxdığından enerji təhcizatımız dayanıb. Qasırğanın törətmiş olduğu fəsadlar barəsində aidiyyatı üzrə Goranboy Rayon İcra Hakimiyyətinə və kənd icra nümayəndəsinə məlumat versəm də, heç bir tədbir görülməyib. Halbuki, yerli hakimiyyət orqanları baş vermiş olan təbii fəlakətlə bağlı rayon icra hakimiyyəti səviyyəsində komissiya təşkil etməli bizə dəyən maddi ziyanın miqdarını hesablamalıdırlar”.
Kəlbəcərli köçkünlər mətbuat vasitəsi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quluyev və Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovdan baş vermiş təbii hadisənin törətmiş olduğu ziyana görə onların ailəsinə kömək etməsini xahiş edir.