“Biz Azərbaycandanıq, biz Azərbaycanlayıq!”
Əli Nasir
Bəli, Rusiyanın “ Ukraynaya” qarşı əzələ nümayişi və Krımın dünyanın gözü qarşısında işğalı, ağlı başında olan hər kəsi hiddətləndirdi. BMT- də , nüfüzlu Avropa təşkilatlarında gedən muzakirələr də göstərdi ki, XXI - əsrdə bu sayaq dövləti dərəbəylik yolverilməzdir. Heyif ki, bəzi qüvvələr merkantil maraqlardan çıxış edərək, FAKTI təhrif edir və qatığa qara, haqqa nahaq deyirlər.
Bu xüsusda , bu günlər bəzi dırnaqarası “Talış vətənsevərləri” Facebook səhifəsində paylaşdıqları FOTOŞOP olunan şəkili göstərmək olar.
Diqqət yetirin: şəkilin əsli “Talış dilim , ana dilim! “ olduğu halda onun forma və məzmununu fotoşop vasitəsilə dəyişərək, elədiklərinin məkrli mahiyyət daşımasının fərqində olmayıblar. Bu acı təəssüf hissi doğurur. Mən bütün bunlara ölkəsini, onun müstəqilliyini sevən bir Azərbaycan vətəndaşı , eləcə də öz xalqını , onun dilini, dinini və mənəviyyatını hər vaxt uca, müqəddəs tutan sadə bir Talış övladı kimi yanaşıram.
Ciddi beynəlxalq kataklizmdən xəbər verən hadisələr özünə böyük məsuliyyət hissi ilə yanaşmağı tələb edir. Çünki bu, göründüyündən daha həssas bir məsələdir!
Düzdür, mən, Azəri ”“ Talış İctimai Birliyinin sədri olaraq, mövcud Azərbaycan iqtidarının azad, demokratik və bərabərhüquqlu vətəndaş cəmiyyəti quruculuğu istiqamətində, eləcə də vətəndaşların fundamental konstitusion milli özünü ifadələri ilə bağlı hüquq və azadlıqlarının qorunması müstəvisində yürütdüyü daxili siyasi kursu bəyənmirəm və həmişə tənqid etmişəm.
Bütün bunlara baxmayaraq, biz Krım məsələsinə Azərbaycan Respublikasının dövlətçilik maraqları prizmasından yanaşır və onun Ukraynanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına tərəfdarıq.
Mehdibəy Səfərov