Söz altında qalmaq həvəsi olmayan Eldənizə...
Oxunub: 5200
12 Mar 2014 | 18:22
Söz altında qalmaq həvəsi olmayan Eldənizə...

Günlərin bir günü bir kasıb əlinin zəhməti, alnının təri ilə “Niva” markalı maşın alır. Maşını gətirib məhəllədə saxlayır. Qonşulardan biri səhər məhəlləyə çıxıb maşını görür. O tərəf, bu tərəfinə keçib “Niva”nı yaxşıca süzür, görür ki, maşının arxa tərəfində 4x4 yazılıb. Tez bir dəmir parçası tapıb həmin yazının qabağına bərabər işarəsi qoyur və 16 yazır. Maşının sahibi “Niva”nı rəngsaza aparıb, yeni yazını pozdurur. Bu hal bir neçə dəfə təkrarlanır. Yazıq kasıb qərara gəlir ki, səliqə ilə 16 yazdırsın. Qonşu görəndə ki, 16 yazılıb, yenə dəmir parçası ilə nivanın arxasına DÜZDÜR yazır.

İndi həmin qonşunun işini görən bir “ziyalı” peyda olub. Peşəsi siyasilərin arxasınca “su atmaqdır”. Hələ maşınlarına çatanda nömrələrini də qaralayır. Çünki onun hansısa partiya haqqında nəsə deməsi, gizlicə maşın nömrəsi qaralama kimi bir şeydir.

Yəqin nömrə qaralayanların aqibəti çoxlarına məlumdur. Bilməyənlərə də xatırladım, bilsinlər; bir gün qulağından tutub, yumşaq yerinə vura-vura aparırlar böyüyünün yanına. Böyüyü olmasa, onda yiyəsiz küçə uşağı kimi maşının arxasına bağlayırlar ... qabığı çıxana qədər sürüyürlər ki, bir də elə ... eləməsin.

Məni tanıyanlar yaxşı bilirlər ki, nə kiminsə haqqını yeyərəm, nə də haqqımı kimsəyə yedizdirərəm. Qələmim də batil yazmaz, həqiqət yazmaqdan da doymaz!

Bu mövzuda sayca ikinci yazımdı. “Adam kimi ölməyə çalış, cənab Quliyev” başlıqlı ilk yazım 5 fevral 2014-cü il tarixdə dərc olunandan təqribən 30 dəqiqə sonra telefonuma zəng gəldi. Eldəniz Quliyev salamlaşan kimi dərhal giley-güzar elədi ki, bu yazı ilə mənə çox böyük “udar” vurdun. Guya bu vaxta qədər mənim yazımdan aldığı zədəni heç kimdən almayıbmış.

Görünür, hörmətli “ziyalı”mızın etirafı, dil tökməkdən başqa bir şey deyilmiş. Yoxsa bir neçə gün əvvəl müşavirinin yazdığı cızma-qaralamada mənim adımı çəkdirməzdi. (Müəllif kimi Seyran Rəfiyevin imzası qoyulsa da, məqalənin Eldəniz Quliyev tərəfindən yazıldığı şübhə doğurmur).

Eldəniz Quliyevin yaşına, başına uyğun olmayan ifadələrinə sadə və elə özünün başa düşdüyü səviyyədə cavab verməyi zəruri hesab edirəm. Ancaq onun dediklərini qeyd edib cavablandıracam.

Yenə təkrar edirəm, Seyran Rəfiyevin imzası qoyulan yazıda deyilir: “Təəssüflər ki, VİP funksionerlərinin hər çıxışı , müsahibə və yazıları ölkənin tanınmış simalarına camur atmaq, onları küçə söyüşləri ilə təhqir etməklə müşayiət olunur və bu, az qala artıq onların adi davranış qaydalarına çevrilibdir”.

Cənab Quliyev özünə cavabdan başqa etik qaydalara sığmayan bir kəlmə göstərsin ki, VİP funksionerləri kiminsə haqqında deyib. Çəkinmədən deyə bilərəm ki, çamur atmaq məhz Eldəniz Quliyevin peşəsidir. Mən Eldənizdən fərqli olaraq yazdığım hər bir hərfi belə məntiq və fakt əsasında qələmə alıram. Eldənizin çamur atmasını mətbuatı az-çox izləmək imkanı olan istənilən şəxs aydın görə bilər. Bu faktların siyahısına “Xoca” filmindən tutmuş, bəzi jurnalist və siyasətçilərə qarşı təhqiredici ifadələr işlətməsinə qədər hərəkətlərini daxil etmək olar.

Məqalənin növbəti hissəsində isə qeyd olunur: “Ölkənin nadir aydınlarından biri olan, Azərbaycan Ziyalılar Birliyinin sədri, Ziyalılar Forumunun təsisçilərindən biri, Milli Şuranın rəhbərliyində təmsil olunan Eldəniz Quliyevə qarşı apardıqları qeyri-etik  kompaniya acı təəssüf hissi doğurur”.

İndi gəlin bu cümləyə aydınlıq gətirək. Əslində Eldənizin “nadir” varlıq olduğuna şübhəm yoxdur. Onun nadir olması özünəməxsusluğundan irəli gəlir. Nadir varlıqlar isə ancaq Qırmızı kitaba düşə bilirlər. Bu mənada Eldənizin hansısa nəsli və kökü kəsilmiş varlıqlarla birlikdə Qırmızı kitaba düşməsi müsbət haldır. Ziyalı məsələsinə gəldikdə, sakitcə və alqışla keçə bilməyəcəm. Çünki, ziyalı məsələsi mənim üçün tam fərqlidir. Ziya, aydın və işıq mənasında işlədilmiş ifadədir. Bu kəlmə cəmiyyətdə xüsusi şəxslərə aid edilir. Həmin şəxslər də məxsusi fərdlər hesab olunurlar. Kimsə yaxşı alim, yaxşı müəllim, yaxşı musiqiçi, yaxşı rejissor ola bilər. Ama bu hələ onun ziyalı olması anlamına gəlmir. Ziyalı cəmiyyətdə neqativ hal kimi dəyərləndirilən hərəkətlərdən tam uzaq olmalıdır və dövrünün nümunəvi şəxsinə çevrilməlidir. Spirtli içki qəbul edib, alkaşlıqdan başı ayılmayan şəxs necə ziyalı ola bilər? Hamıya məlumdur ki, spirtli içki beyin hüceyrələrini keyləşdirir və məhv edir. Bu da, onun sərsəmləməsinə və mənəviyyatdan uzaqlaşmasına gətirib çıxarır. Düşüncəsi donmuş şəxs başqasına necə işıqlı yol göstərə bilər? Yəqin Eldənizi tanıyanlar içki düşkünü olduğunu da yaxşı bilirlər. Buna görə də ziyalı sözünü Eldənizin adının qarşısında yazanda məcburam dırnağa alım.

Milli Şura barəsində bir cümlə ilə kifayətlənmək fikrindəyəm. El Hərəkatının sədri Eldar Namazov bu təşkilatdan istefa verdiyi halda, Eldənizin orada qalması mənim kimi yəqin çoxları üçün qaranlıqdır. Bunun bir izahı ola bilər, Eldar Namazov Eldənizi orda saxlamaqla quyruğunun göründüyündən xəbərsizdir...

Həmin yazıda Eldənizin tərcümyi-halı göstərilib. Onun getdiyi kursları, təhsil aldığı emalatxanaları oxuduqca yadıma Müqəddəs Qurani-Kərimdən bir ayə düşdü.

“Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər (Tövrata yükləndikdən sonra onu daşımayanlar, Tövrata iman gətirdikdən, onu oxuyub öyrəndikdən sonra hökmlərini lazımınca yerinə yetirməyənlər) belində çoxlu kitab daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər...” (Cümə surəsi ayə 5)

Eldəniz Quliyev kimliyini hansı emalatxanada oxuması ilə təsdiq edə bilməz, əksinə oxuduqlarını həyata keçirməklə cəmiyyətdə kim olduğunu isbat etməlidir, Artıq isbat edib!

 Sonra müəllif Eldəniz Quliyevin yazdıqları ilə fəxr edib, deyir: “Eldəniz Quliyevin yazdıqlarını  üst- üstə qoysan Əli, Ramil və üstəlik bir neçə Fərhad Məhərrəmov, Cavid Alışov kimi digər VİP funksionerlərinin boyundan çox-çox hündür olar!”

Bax, buna heç etirazım yoxdur. Eldənizin gecə-gündüz yazdığını zatən bilirəm. Hətta ömrünün ahıl çağında, qürub vaxtında da yazır. Burda isə Seyran Rəfiyevin buraxdığı səhvi düzəltmək zorundayam. Eldənizin son yazılarından birindən sitat gətirməklə, onun həm necə yazar olduğunu cəmiyyətə təqdim edirəm, həm də Quran ayəsinin düzgün yerdə qeyd etdiyimi bir daha təsdiqləyirəm.

 

 “Tanrım, yıxılmağa qanad ver mənə!..”  

 

...Ağdamın çıxacağında, maşın yolunun tən ortasında bir uzunqulaq dayanıb- durmuşdu. Yaxınlaşanda, hər ehtimala qarşı, maşının sürətini azaltdım. Arxadan gələn maşınlar da yavaşıdı. Oğlum Nəcəf (4 yaşına təzəcə keçmişdi o vaxt) əlini çiynimə qoyub-dikəldi və çox maraqla ilk dəfə gördüyü bu «əcaib» heyvana baxa-baxa soruşdu:

- Bu nədi, ata?..

Cavab verdim ki:

- Uzunqulaqdı, eşşək də deyirlər.

- Essək?

- Hə.

Arxa maşını idarə eləyən dostum siqnal verib gülə-gülə:

- Ə, qağa, bəlkə, bu «QAİ»-nin qulağına bir üçlük basaq?! ”“ dedi. Elə bu zaman uzunqulaq başını tərpətdi və elə alındı ki, guya o, bu «xeyirli təklif»ə razılığını bildirir. Hamımız gülüşdük. Nəcəf çevrilib sonuncu dəfə zəndlə uzunqulağı süzəndən sonra boynumu qucaqladı və yəqin ki məni bu an daha çox istədiyini göstərməkçün dedi:

 - Ata, bu essək toçnı sənə oxsayır ey!

Eldəniz Quliyev 4 yaşlı oğlunun illər sonra haqlı olduğunu həmin yazıda etiraf edir:

 ”¦Ã–lüm! Ölüm - qorxunun bitdiyi, tükəndiyi yerdi, İlahi!.. Ölümdən qorxmaq - qorxudan ölməkdən nəylə fərqlənir görən?... Və ölümü öldürmək niyə belə çətindi görən?! Qorxu!.. Qorxu”¦

Güzgüyə baxdım. Güzgüdə öz-özümə, öz gözümə, gözümün içinə baxdım.

Baxa bilmədim.

Utandım. Gözümü yumdum.  Dörd  yaşlı Nəcəfin  sesi gəldi qulağıma: «Ata, toçnı essəyə oxsayırsan ey!»

Bədənimdən gizilti keçdi. Ətim ürpəşdi. Ürəyimin döyüntüsünü eşitdim ”“ «tup-tup!», «tup-tup!!!». Öz-özümə:

- Uzunqulaq! ”“ dedim.

Sonra:

- Qorxaq!! ”“ dedim.

Sonra:

- Kül başıma!!! ”“ dedim. 

Sonra, sonra gözümü açıb yenə güzgüyə baxdım. 

Qəribəydi. Əvvəl mənə elə gəldi ki, doğrudan da, başıma kül  tökülüb. Qeyri-ixtiyari əlimin dalıyla saçımı təmizləmək istədim. Alınmadı...

 Bu, Eldəniz Quliyevin yazdıqlarından, özü də ahıl çağında yazdıqlarından bir parça idi.

İndi isə məhkəmə məsələsinə aydınlıq gətirmək istəyirəm. Yenə həmin yazıda göstərilir ki,  VİP eyni ilə, doğrunun üstünə bağıran oğrunu yamsılayaraq, bu yaxınlarda Eldəniz Quliyevi məhkəməyə də verdi. Xüsusi ittiham qaydasında təqdim etdikləri şikayət ərizəsi məhkəmə tərəfindən birmənalı şəkildə rədd edildi. Rədd edilməliydi də! İşverənlik  və şər- şəbədə ilə adam həbs etdirmək göründüyü qədər də asan məsələ deyil.

Unutmaq lazım deyil ki, biz hüquqi dövlətdə yaşayırıq. Hüquqlarımızı da qanun çərçivəsində qorumağı üstün tuturuq və bu yoldan dönməyəcəyik. Əslində məhkəmənin şikayəti icraata götürməməsi, bir daha sübut etdi ki, El Hərəkatının sədri və Məclis sədri hakimiyyətin “desant”ı olaraq müxalifətə atılıblar. Digər tərəfdən hesab edirik ki, bu məhkəmə siyasi sifarişlə icra olundu. Məhkəmə qərar verən günə qədər Eldəniz bir neçə “elçi” göndərib bağışlanmasını istədi. Çünki, ipinin əlində olduğu şəxslərə o qədər də etibar eləmirdi. Ən azı hər şeyi öz arşını ilə ölçürdü. Nəyi təkzib eləsə də “elçi” məsələsini inkar edə bilməz. Kimlərin və hansı formada gəldiyini açıq deyə bilərəm.

Kimin tərbiyyəsiz davrandığı da Seyran Rəfiyevin imzası ilə hazırlanan yazıda açıq göstərilir. “VİP və onun sədri, eləcə də sədr müavinləri həqiqətən də BİR DƏFƏ YEYİLMİŞLƏRDİR”.  “Ulduza hürənləri öz-özləri ilə tək ”“tənha buraxırıq!..”

VİP bir dəfə yeyilmiş olsa, Eldəniz bəlkə də ömrünün bu yaşına qədər yüz dəfə yeyilib.

Sonda mən də xalq şairi Sabir Rüstəmxanlının bir fikri ilə sözümü tamamlayıram.

“Taleyim Bakı küləyidir, mənə doğru tüpürmək istəyənlərin tüpürcəyini öz üzünə yaxır”. 

Eldəniz Quliyev, sizə isə bircə iş qalır, üzünüzü təmizləyin!

 

 

Cavid Cabbarlı, 

Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin müavini

 


Oxşar xəbərlər
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO