Deputatın oğlu 2 qadına 8 güllə atıb- VİDEO
Oxunub: 4590
06 Mar 2014 | 16:16
Deputatın oğlu 2 qadına 8 güllə atıb- VİDEO
Bir neçə gün əvvəl deputat Ayaz Orucovun oğlunun Bakıda bir maşını gülləyə tutması haqda xəbər yayıldı. Həmin xəbərdə deyilirdi ki, deputat oğlu bahalı “Mercedes” avtomobilindən yaxınlığından keçən bir şəxsin avtomobilinə tapançadan atəş açıb. Nəticədə maşının arxa şüşəsi sınsa da, sürücü xəsarət almayıb. Məlumatda bildirilirdi ki, onların arasında əvvəlcə mübahisə yaranıb, deputatın oğlu onu hövsələdən çıxaran şəxsi elə yolun ortasında cəzalandırmaq qərarına gəlib.

Sonradan isə olay 30 min manat kompensasiya müqabilində həll edilib. Maraqlıdır ki, bu xəbər yayılandan sonra deputat yazılanları yalana çıxarmağa çalışdı, xəbəri “müxalifyönlü mətbuatın növbəti uydurması” adlandırdı. Lakin “Yeni Müsavat”ın müxbiri məsələni araşdırıb və hadisənin təfərrüatlarını üzə çıxarıb.   

Məlum oldu ki, ötən il, noyabrın 13-dən 14-nə keçən gecə deputat Ayaz Orucovun oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, “Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, “Nissan Juke” markalı, Az 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açıb. 

Həmin vaxt “Nissan Juke”də iki qadın - sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərova olub. 

Ailəli olan xanımların güllə atəşinə tutmasının səbəbini sonradan deputat oğlu “kefinin köklüyü” ilə izah edib. 

A.Cəfərova olayın baş verməsini və sonrakı prosesləri “Yeni Müsavat”a danışmağa razı olub: “Həmin hadisədən əvvəl anam rəhmətə getmişdi. Evdə darıxırdım, ürəyim sıxılırdı. Rəfiqəm Ramiləyə zəng elədim ki, maşınla gəl, məni bir qədər havaya çıxar, sıxılıram. Sağ olsun, gəldi və biz buradan, ”Olimp" mağazasının yanından üzü Azadlıq prospektinə tərəf getdik. Prospektə az qalmış ağ rəngli, “Mercedes Galenvagen” bizim olduğumuz “Nissan Juke”un arxasınca düşdü. O maşından əcaib səslər çıxırdı, polis maşınlarında olduğu kimi işıqları vardı. Əvvəlcə elə bildik ki, “QAİ” maşınıdır. Sağımıza, solumuza keçirdi. Biz biləndə ki, polis deyil, onlara fikir verməməyə başladıq. Onlar bizdən əl çəkmədilər. Binəqədini bir neçə dəfə fırlandıq ki, bizdən əl çəksinlər. Özlərində deyildilər. Maşının şüşəsini aşağı salmışdılar, az qalırdılar maşından özlərini maşınımızın üstünə atsınlar. Gülürdülər, səslərini atmışdılar başlarına. Bu adamlar spirtli içkinin təsiri altında olana oxşamırdı. Gözləri hədəqədən çıxmışdı. Hərəkətləri də normal insanın etdiyi hərəkətlər deyildi. Ramilə 4-cü  mikrorayonda olur. O istədi ki, maşını evinin qabağına sürsün. Mən dedim ki, evin qabağında maşını saxlama, bunlar özlərində deyillər. Sür məhlələrin arasına, azdıraq onları. “Qızıltac” restoranının arxasında sanki bir tappıltı gəldi. Ramilədən soruşdum ki, bu nə səsdir? Dedi ki, deyəsən, maşına daş atırlar. Bizim heç ağlımıza gəlməzdi ki, maşına güllə atarlar. Sonradan bir də həmin səs gəldi. Onda mən dedim bizə silahdan atəş açırlar. Ramilə inanmırdı, istəyirdi maşını saxlasın. Ramiləyə dedim ki, o adamlar özlərində deyil, onlardan hər nə desən gözləmək olar, maşını saxlama. “Leyla” şadlıq evinin qarşısına çıxanda yenə iki atəş açıldı. Artıq mən dəqiq bilirdim ki, bizə güllə atırlar. Ramilə inanmırdı. Fikirləşirdik ki, yəni belə şey ola bilər? Belə qudurğanlıq olar? Bir az qabaqda svetofor qırmızı oldu. Ramilə ora yaxın yerdə yaşayır. İstəyirdi ki, məhləyə girsin. Mən qoymadım ki, bunlardan hər şey gözləmək olar. Adamın başına silah dirəyərlər. Svetoforda sonradan İsmayıl Orucov olduğunu bildiyimiz şəxs əlini pəncərədən çıxarıb bizim olduğumuz maşının şüşəsinə yumruq vurub tələb edirdi ki, şüşəni açaq. Qışqırırdı, deyirdi ki, pəncərəni aç. Yaşıl yananda Ramilə sürdü. Gəlib qoşa “Lukoyl” “zapravka”sınının yanına çatıb dönəndə arxadan maşına daha iki atəş açıldı. Ramilənin maşınının arxa şüşəsi dağılıb töküldü. Bundan sonra qaçıb getdilər".
A.Cəfərova deyir ki, maşını saxlayan R.Süleymanova polisə zəng vurub: “Düşüb ”102" xidmətinə zəng elədik. Ora Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsindən, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsindən gəldilər. Müəyyən elədilər ki, həmin maşın kimindir. Bizi səhəri gün Binəqədi polisinə çağırdılar. Orada çox cəhdlər oldu ki, biz şikayətimizi geri götürək. Deputatın oğlu və yanında olan da orada oturub gülürdülər. Açıq şəkildə dedilər ki, kefimiz əla olub eləmişik.  Yəni ki, kefimiz yaxşı olanda nə istəyirik onu da eləyə bilərik. Biz şikayətimizi geri götürməyəndə işi verdilər müstəntiqə".
A.Cəfərova hər iki şəxsin cəzalandırılmasını tələb edir: “Ramilə İsmayılova pul alıb çəkildi kənara. Mən pul istəmirəm. Bu cinayətin araşdırılmasını tələb edirəm. Bu adam bizim həyatımıza qəsd edib. Həmin məqamda Ramilə maşını divara vura bilərdi, aşırardı. Atılan güllə bizi öldürə bilərdi. Bu adamlar şəhərdə əli silahlı gəzirlər. Keflərinin kök vaxtında kimi istəsələr güllələyəcəklər. Bizi Allah qoruyub. Biz bu işin Binəqədidən alınıb Baş Prokurorluqda araşdırılmasını tələb edirik”.  

A.Cəfərova bildirdi ki, hadisədən təxminən 15 gün sonra deputatın adından onlarla Miryaqub adlı şəxs danışığa gəlib: “Görüş Ramilənin evində oldu. Ramilə pul alıb onlarla  razılaşdı. Mən ora yoldaşımla getmişdim. Miryaqub bizi hədələdi ki, bilirsiz heç o adam kimdir, kimin oğludur?! Mən də dedim ki, o kimin oğludur, kimdir heç fərq eləmir. Biz cənab prezidentə arxayınıq. Kim olursa-olsun, qudurğanlıq edirsə, qanunsuzluq edirsə, dərhal cəzalandırılmalıdır. Nəyə görə deputatın oğlu küçənin ortasında tanımadığı, bilmədiyi bir  vətəndaşa güllə atmalıdır?  Bunu araşdırmaqdansa üstəlik mənə hədə-qorxu gəlirlər!!! Yəni ölkədə bu qədər özbaşınalıqdır? Mənə maraqlı deyil o kimin oğludur. Bu adamın cəzalandırılmasını tələb edirəm. Bu ölkədə hər məsələyə prezident qarışmalıdır ki, qudurğanlığın qarşısı alınsın?”

A.Cəfərovanın atası Novruz Cəfərov deyir ki, deputat belə bir hadisənin baş verməsini inkar etsə də, faktiki olay baş verib: “Ayaz Orucov düz demir. Faktiki olaraq belə bir hadisə olub. O deyir ki, oğlum cinayət edibsə, qoy onu həbs etsinlər. Mən də deyirəm ki, onun oğlu cinayət edib. Onun oğlu İsmayıl  4 ay əvvəl, 2 qadının olduğu maşına tapançadan 8 dəfə atəş açanda həbs edilməliydi. Biz ”102 xidməti"nə, Baş Prokurorluğa müraciət etmişik. Amma İsmayıl Orucova “gözün üstə qaşın var” deyən yoxdur. Deputat oğluna qudurğanlıq etməyə kim icazə verib? Prezident çıxış edir, deyir ki, qudurğanlıq edən məmur övladları həbs olunmalı, valideynləri barədə də ölçü götürülməlidir. Dörd  aydır ki, biz mətbuata açıqlama verməyərək gözləyirdik ki, bir ölçü götürülər. Mən bir ata kimi prezident İlham Əliyevə müraciət edirəm. Mənim qızıma atəş açıblar. Bu hadisə meşədə, dağda baş verməyib. Bakının ortasında olub. Deputatın oğlu bir maşını gülləbaran edib. Bu adam cəmiyyət üçün təhlükəlidir. Sabah o, başqalarının da qızına, gəlininə güllə atacaq. Bizim tək istəyimiz və tələbimiz bu adamın barəsində lazımi tədbirin görülməsidir. Bizim Ayaz Orucov və onun ətrafı ilə heç bir ədavətimiz yoxdur. Bu hadisə baş verməsəydi, biz heç onu tanımayacaqdıq da". 

N.Cəfərovdan bu hadisənin baş verməsinin səbəbini soruşduq. Cavabı belə oldu: “Sadəcə, qudurğanlıqdan, harınlıqdan, özbaşınalıqdan baş verib bu hadisə. Bizim ailəmizdə hər kəs başını aşağı salıb öz işi ilə məşğul olur. Bu adamlar o qədər qudurub ki, kimə istəyirlər atəş açırlar”.

N.Cəfərov prezidentdən kömək istədiklərini dedi və məsələnin araşdırılmasını öz nəzarətinə götürməsini xahiş etdi.

Onu da qeyd edək ki, gunxeber.com saytı bu hadisədən bir neçə gün sonra A.Orucovun oğlunu ölkədən çıxarması haqda məlumat yayıb.

Oxşar xəbərlər
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı