Moderator.az xəbər verir ki, dekabrın 23-də Bütöv Azərbaycan
Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. BAXCP mətbuat
xidmətinin məlumatına görə, iclasda qərarların icra vəziyyəti və ölkədəki
ictimai-siyasi vəziyyət müzakirə olunub. Eyni zamanda, bildirilib ki, 2013-cü
il Azərbaycan üçün bir sıra əhəmiyyətli hadisələrlə yadda qalıb. Bunlar
sırasında Vilnüsdə keçirilən 3-cü "Şərq tərəfdaşlığı" sammitində Azərbaycanla
Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş və
Bakıda "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya
sizişi xüsusi olaraq qeyd olunub.