Ebru Gündeşin əri gündə bir ton qızıl satırmış...
Oxunub: 4068
22 Dec 2013 | 10:58
Ebru Gündeşin əri gündə bir ton qızıl satırmış...


Türkiyə məhkəməsi ölkənin siyasi sistemini sarsıdan korrupsiya və rüşvət cinayəti üzrə həbs olunan 91 şübhəlidən 26-nın həbsi ilə bağlı qərar çıxarıb. İstanbul Mülki Məhkəməsinin qərarı ilə daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Kaan Çağlayan, “Halkbank”ın müdiri Süleyman Aslan, iş adamı Rza Zərrab və daha 22 nəfər həbs edilərək həbsxanaya göndərilib.

Saxlanan digər şəxslərin dindirməsi isə davam edir. Türkiyə mediası yazır ki, böyük ehtimalla məhkəmə saxlanan daha bir neçə şəxslə bağlı da həbs qərarı çıxaracaq.

Yada salaq ki, dekabrın 20-də axşam saatlarında iş adamı Əli Ağaoğlu haqqında həbs tədbiri dəyişdirilib və o, gecə saatlarında azadlığa buraxılıb. İstintaqa 3 gündə təxminən 30 saatdan artıq ifadə verən Əli Ağaoğlu korrupsiya və rüşvət cinayəti üzrə açılan cinayət işində bundan sonra yalnız şahid kimi ifadə verəcək. Dekabrın 21-də səhər saatlarında isə İstanbul Fateh bələdiyyə başçısı Mustafa Dəmir, ekologiya və şəhərsalma naziri Ərdoğan Bayrakdarın oğlu Abdullah Bayraktar məhkəmə qərarı ilə həbsdən azad ediliblər. Hər üç şəxs İstanbulu tərk etməmə iltizamı ilə sərbəst buraxılıb. Abdullah Bayraktar dindirmənin aparıldığı binanın çıxışındakı çoxsaylı qəzetçilərin suallarına cavab olaraq “hələ bizi təmizləmələri gərəkdir. Onlar da bilmir, kimsə bilmir, heç bir şey anlamadıq. Allah yardımçımız olsun. Biz hər şeyə hazır idik, bundan sonra da hazırıq” deyib.

Saxlanan şəxslərə artıq rəsmi ittiham da irəli sürülüb. Nazir övladları Barış Gülər və Kaan Çağlayan rüşvət almağa və veməyə vasitəçilikdə, iş adamı Rza Zərrab rüşvət vermək və cinayət məqsədi ilə dəstə yaratmaq, “Halkbank” müdiri Süleyman Arslan rüşvət almaq cinayətində ittiham edilir.

Dekabrın 17-nə keçən gecə İstanbul polisinin keçirdiyi əməliyyat zamanı saxlanan digər şəxslər isə cinayət törətmək məqsədilə yaradılan dəstəyə üzv olmaq, saxta sənədlər hazırlamaq, rəsmi sənədləri yox etmək, gizləmək, rüşvət almaq, rüşvət vermək suçlamaları ilə həbsdə saxlanaraq həbsxanaya göndərilib.

Yerli ekspertlərin verdiyi açıqlamalara görə, qarşıdakı mərhələdə həbs edilən şəxslərin yaxın qohumlarının dindirilməsi gözlənilir. İstintaqın bu dönəminin AKP iqtidarı üçün son dərəcə arzuolunmaz olacağı ehtimal edilir. Çünki Barış Gülərlə, Kaan Çağlayanın bu məsələdə nazir atalarının nüfuzundan yararlanmaları ilə bağlı ciddi şübhələr var. Bəzi qaynaqlar isə oğulların bu məsələdə atalarının sağ əli olduğu iddiasını irəli sürür.

Bu günlərdə Türkiyə bankları da xüsusi nəzarətə götürülüb. İstintaq orqanlarının Türkiyə mərkəzi bankına verdiyi sorğudan sonra həbs edilən və şübhəli şəxs qismində saxlanan şəxslərin, onların ailə üzvlərinin və yaxın çevrələrinin bank hesablarına ciddi nəzarət edilir. Banklardan gələn hesabatlarda son 3 gündə cinayət işində adı keçən şəxslərin və onların yaxınlarının hesablarından milyonlarla dollar çəkildiyi bəlli olub. Ancaq bəzi hesab sahibləri başarılı ola bilməyiblər - məhkəmə onların hesablarına, daşınar və daşınmaz əmlaklarına həbs qoyub. Bu sırada keçən ən ünlü isimlərdən biri Türkiyənin pop ulduzu Ebru Gündəşdir. Rza Zərrabla evli olan Ebru Gündəş 17 dekabrdan sonra bir neçə mülk, mənzil, maşın, uçaq, torpaq sahələri, nağd pul itirib. Son 3 ildə Rza Zərrabla evli olan Ebrunun həyat yoldaşı ilə ortaq aldığı əmlak da müsadirə edilib.

Qərb mediasının “Türkiyədə hökumətə qarşı əməliyyat” kimi dəyərləndirdiyi əməliyyatın üzdə görünən hissələri daxildə çarpışan qüvvələr arasında mübarizənin daha da dərinləşdiyindən xəbər verir. Hökumət əməliyyatın daxili işlər orqanlarının əli ilə həyata keçirilməsindən narahatlığını bu sistemdə rəhbər şəxslərin işdən çıxarılması ilə azaltmağa çalışır. Son 3 gündə İstanbulun bütün polis bölmələrinin rəhbərləri, maliyyə və mütəşəkkil cinayətkarlıqla mübarizə şöbələrinin müdirləri vəzifələrindən azad edilib. Bundan başqa, hökumət mütəşəkkil iqtisadi cinayətkarlıqla mübarizə idarəsinin rəhbərliyini də “təmizləyib”. AKP-nin təmizləmə əməliyyatının yaxın günlərdə davam edəcəyi, komandaya xəyanətdə şübhəli bilinən bir sıra şəxslərin görəvdən alınacağı gözlənilir.

İstanbulda başlayan əməliyyatın izləri artıq Ankaraya da keçib. Dekabrın 21-də Ankara terrorla mübarizə idarəsinin müdir müavini Lokman Kılıçlı, mütəşəkkil və kiber cinayətlərə qarşı mübarizə idarəsinin müdir müavini İbrahim Pala, maliyyə cinayətləri və qaçaqmalçılıqla mübarizə idarəsi müdirinin müavini İsmayıl Öztürk vəzifələrindən azad edilib.

Qardaş ölkədə yaşananlar hökumətin əməliyyatdan həbslərdən sonra xəbər tutmalarını sindirə bilmədiyini göstərir. Qarşıda bu tip “sürprizlər”lə üzləşməmək üçün dekabrın 21-də hüquq sistemində bəzi dəyişiklik edilib. Bəlli olduğu kimi, prokurorluğun apardığı əməliyyat zamanı əməliyyatı həyata keçirən polislərin tabe olduqları şəxslərə bu haqda bilgi verməmək hüququ verilmişdi. Artıq Türkiyədə bu sistemin tətbiqi qadağandır. Bundan sonra prokurorluq orqanları Daxili İşlər Nazirliyinə xəbər vermədən heç bir əməliyyat gerçəkləşdirə bilməyəcək.

Bu günlər Türkiyə Böyük Millət Məclisi də gərgin rejimdə çalışır. 2014-cü ilin dövlət büdcəsinin müzakirələrinin gedişində müxalifət təmsilçiləri dəfələrlə hakimiyyəti sərt tənqid ediblər. Ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasından, eləcə də ölkənin ikinci böyük müxalif partiyası olan Milliyətçi Hərəkat Partiyasından olan millət vəkilləri AKP iqtidarını korrupsioner üzvlərini qorumaqda, bununla da xalqı heçə saymaqda ittiham edib. Müxalifət təmsilçilərinin fikrincə, daxili işlər və iqtisadiyyat nazirlərinin övladlarının bunca böyük miqyaslı cinayət işində həbs edilməsi bu şəxslərin dərhal istefaya göndərilməsi ilə sonuclanmalı idi. AKP-li millət vəkillərinin bu ittihamlara cavablarını müxalif düşərgə təmsilçiləri masaları döyəcləməklə eşidilməz edib.

Rza Zərrabdan 1,5 milyon dollar rüşvət aldığı iddia edilən Avropa Birliyi naziri və hökumətin baş məsləhətçisi Egemen Bağış isə müxaliflərin basqısı ilə TBMM kürsüsündən enməli olub. “Üzümüz ağ, alnımız açıq” ifadələri ilə haqqında söylənənlərin iftira olduğunu deyən Egemen Bağışa millət vəkilləri sərt təpki verib. Cümhuriyyət Xalq Partiyası İstanbul millət vəkili Mahmud Tanal Egemen Bağışın salonu tərk etməsini istəyib: “Bu nazir buradan çıxardılmalıdır. Geyindiyi paltarın hesabını verməlidir. Adı rüşvət qalmaqalına qarışan şəxsin bir millətin ali kürsüsündə nə işi var?”

Vəziyyətin gərginləşdiyini görən iqtidardan olan millət vəkilləri və nazirlər Bağışın Məclisi tərk etməsi üçün onu razı salmağa çalışıblar. Egemen Bağış təzyiqlərdən sonra salonu tərk edib.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə ötən gün xarici ölkə səfirlərini hədələyən bəyanatlar verib. “Anadolu” agentliyinin yaydığı xəbərdə bildirilir ki, baş nazir Samsundakı çıxışında bildirib ki, son günlər bəzi səfirlər təxribatçı proseslərdə iştirak edirlər: “Mən onlara səslənirəm: işinizi görün! Əgər səlahiyyət dairənizdən kənara çıxsanız, bu, hökumətlərimizin səlahiyyəti sahəsində olan bir yerə qədər gedər. Biz sizi ölkəmizdə saxlamağa məcbur deyilik. Əgər sizin ölkələrinizdə də bizim səfirlərimiz belə oyunların içərisinə girirsə, bizə xəbər verin, sizin göndərməyinizə ehtiyac yoxdur, özümüz geri çağırarıq”.

ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikardo dünən “Star” , “Yeni Şafak” və Akşam" qəzetlərinin başlıqlarına çıxan xəbərləri təkzib edib.

Səfir adıçəkilən qəzetlərdə çıxan “korrupsiya və rüşvət əməliyyatının arxasında ABŞ var” məzmunlu iddialara cavab verərkən deyib ki, rüşvət əməliyyatları ilə ABŞ-ın heç bir əlaqəsi yoxdur: “Xəbərlərin hamısı yalan və böhtandır. Heç kim əsassız iddialarla Türkiyə-ABŞ əlaqələrini təhlükəyə atmamalıdır”.

Xatırladaq ki, sözügedən qəzetlər ABŞ səfirinə analoji iddialarla hücum ediblər, hətta “Yeni Şafak” qəzeti səfirə müraciətlə “Çıx get bu ölkədən” manşeti verib.
Həmçinin Türkiyənin ictimai televiziyası TRT-də də “camaat”ın kadrlarının kütləvi şəkildə işdən çıxarılması prosesi başlayıb. TRT-nin xəbər direktoru, Gülənə bağlı olan Ahmet Böken və müavini Ahmet Çavuşoğlu işdən çıxarılıb. Ahmet Böken TRT-nin xəbər direktorluğuna Fətullah Gülənin “Samanyolu” telekanalından gətirilmişdi. İşdən çıxarılmaların TRT-nin digər kanallarında da başlayacağı bildirilir. Yaxın günlərdə TRT-nin rəhbərliyinə Ərdoğana bağlı media qurumundan birinin rəhbərinin gətiriləcəyi gözlənilir.
Dünən axşam saatlarında isə həbs edilən şəxslərdən “Halkbank”ın baş direktoru Süleyman Arslanın və Rza Zərrabın istintaqa verdiyi ifadələrin bir hissəsi haqqında mediaya informasiya ötürülüb. Türkiyə mediası yazır ki, evindəki ayaqqabı qutularından çıxan 4,5 milyon dollarla bağlı müstəntiqin suallarına cavab verən Süleyman Arslan pulun ianə olduğunu deyib. Onun sözlərinə görə, ianə bir sıra şəxslərdən Makedoniyada Balkan Universiteti və Osmancıkda İmam Hatip Litseyinin tikintisi üçün toplanıb. Arslanın vəkili də bildirib ki, toplanan vəsaitlə bağlı bütün sənədlər istintaqa təqdim edilib.
Rza Zərrab ifadəsində isə hər gün 1 ton qızıl satdığını deyib. O, bildirib ki, bunun üçün dostlarının rəsmilərlə münasibətlərindən istifadə edib. Ancaq Rza Zərrab bu məsələdə hansısa qanunsuz məqamlar olması iddialarını rədd edir. Onun sözlərinə görə, əldə edilən pullar banklar vasitəsilə heç bir qaranlıq əməliyyat olmadan ölkəyə gətirilib və çıxarılıb.

R.Zərrab ifadəsində bir sıra polis rəhbərlərinin və qəzetçilərin ondan rüşvət istədiyini də dilə gətirib. Onun sözlərinə görə, bəzən əməliyyatlar zamanı sənədlər qaydasında olsa da gecikmələr olub. R.Zərrab iddia edib ki, bu zaman polis qəzetçilərə xəbər sızdırır və o saxta dövriyyə ilə məşğul olması xəbərləri ilə təhdid edilirmiş. Zərrab “biz saxtakarlıq etmədik” deyərək ona qarşı yönələn ittihamları rədd edib.

musavat.com

Oxşar xəbərlər
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:54
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 10:05
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:54
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 10:05
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir