Türkiyədə həbs olunan Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidovla bağlı veteninfo.az saytında maraqlı informasiya yer alıb.
Sayta daxil olan məlumatda qeyd edilir ki, Mirməhəmməd Seyidov son günlər ölkə mətbuatının əsas xəbərinə çevrilmiş Elşad Abdullayevlə bağlı qalmaqallarda adı hallanan Mirələkbər Seyidovun (Binəqədi rayonunun keçmiş prokuroru) qardaşıdır.
Digər bir məlumatda isə qeyd edilir ki, Mirməhəmməd Seyidov Türkiyənin İğdır vilayətində həbs olunan zaman yanında ailə üzvləri də olub.
Məlumata görə, Mirməhəmməd Seyidov “İğdır turizm” firmasının sahibi Turqay Arasla kirvə olmaqla bərabər, eyni zamanda onlarla şirkətə sahibdir.
Məhz bu şirkətlər vasitəsilə Rza Zərrabın qızılları qeyri-qanuni Türkiyəyə daşınıb.
Qeyd edək ki, hazırda Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Mirələkbər Seyidovun Elşad Abdullayevin işi ilə bağlı məhkəməsi davam edir.