Dünən 21-ci əsrin kontraktı adlandırılan “Şahdəniz-
Moderator.az-a Bakı və Sumqayıt şəhərlərindən daxil olan məlumatlara görə, artıq bəzi işbazlar özlərini məlum layihə ilə bağlı yetkili şəxs kimi təqdim edərək vətəndaşlardan işə düzəltmək adı ilə pul qoparmaq istəyirlər. KİV-də məlum layihə ilə əlaqədar olaraq 30 min yeni iş yerinin açılacağı ilə bağlı yayılan informasiyalardan öz çirkin məqsədləri üçün istifadə edən dələduzlar vətəndaşlara böyük əməkhaqqı, komfortlu iş şəraiti və s. vəd edərək onları aldatmağa çalışır. Məlum tendensiyanın qısa müddətdə kifayət qədər yayıldığını nəzərə alaraq Moderator.az saytı vətəndaşlara xəbərdarlıq edir.
“Şahdəniz-2”layihəsi ilə bağlı müxtəlif şəxslər tərəfindən sizə ünvanlanan iş təkliflərinə ehtiyatla yanaşın. Unutmayın, “Şahdəniz-