Ukraynada baş verənlərin Azərbaycana
5851
12 Dec 2013 | 16:40

Ukraynada baş verənlərin Azərbaycana "ixraci" barədə iddia



Son iki gündə bir neçə postsovet ölkəsinin mətbuatında Ukraynadakı xalq etirazlarının bəzi region ölkələrinə "ixracının" mümkün variantlarından danışırlar. Bu hec bir halda mümkün deyil. Ukraynada gedən proseslərin Azərbaycana, Qazağıstana və Özbəkistana "ixracı"nın mümkünlüyü barədəki iddialar, ehtimallar kökündən yanlışdır."
 Bunu Moderator.az-a açıqlamasında Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov bildirib:
"Ən azından onu bilmək lazımdır ki, Ukraynada demokratiya var,  insanlar öz fikirlərini azad surətdə açıqlamağı bacarırlar və bunu məhdulaşdırmağa adminstrativ cəhdlər yoxdur. Digər tərəfdən isə Maydanda baş verən hadisələr Ukrayna reallıqlarına uyğundur. Ancaq etiraf edilməlidir ki, Azərbaycan və Qazağıstanda siyasi reallıqlar bambaşqadır. Bir də mentalitetlərin fərqi mövcuddur. Ona görə də ordakı hadisələrin bizim regiona da sıçrayacağı barədəki təxminləri bölüşmürəm."

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər