Tarixə nəzər salsaq görərik ki, böyük Azərbaycan parçalana-parçalana böyük TÜRK dünyasının kiçik hissəsinə dönüb. Cənubi Azərbaycanla 1989-cu ildə sərhədlər açılanda Türk dünyası sevinirdi, Təbrizimizə, Məhəmmədhüseyn Şəhriyara qovuşurduq. Azərbaycan bütövləşirdi sovet dövrü dağılandan sonra. Müstəqilliyimizi əldə etdik, Əbülfəz Elçibəy müstəqil Azərbaycan adını 70 ildən sonra əbədi olaraq Azərbaycana qaytardı və üç rəngli bayrağımızı ən uca zirvələrdə dalğalandırdı. Azərbaycanın səkkiz rayonu, üç şəhəri işğal olunub, Azərbaycan bütövlüyü uğrunda hələ də mübarizə aparır. Böyük Türk dünyasının türk oğlu Xəlil Rza Ulutürkün “ İSTƏMİRƏM AZADLIÄžI QRAM-QRAM, QOLUMDAKI ZƏNCİRLƏRİ QıRAM-QıRAM” hayqırıb nərə çəkib zəncirləri qırmağa, İşıqlı sabah kimi zülmətləri yarmağa,
Bu
şeiri bu millətin qanına hopdurmağa, Qəbirdənmi dirildim indi Xəlil Rzanı ?
Azərbaycanımın, Şimalda Dərbəndimin, Cənubda i Təbrizimin sərhəddini
mən də Xəlil Rza Ulutürk kimi qırmaq istiyirəm.
Şair dostum Səxafət Kəlbəcərlinin
BÜTÖV GÖRMƏK ARZUM, AZƏRBAYCANI
şerinə hörmətlə yanaşaraq mən də AZərbaycanı bütöv görmək üçün yandığımı
hayqırıram!
Bütöv görməkdi arzum,butöv Azərbaycanı
Bir olaq
yumruq kimi, xilas yolu bax budu,
Bu nisgil
bu millətin, taleyidi, baxtıdı?
Sıralan, vətən
oğlu, artıq qeyrət vaxtıdı,
Gərək yerdə
qalmasın şəhidlərin al qanı,
Bütöv görməkdi arzum, bütöv Azərbaycanı.
Daha bu
uydurmalar bizi səbirdən etdi,
Yad ölkənin
köməyi vaxtı keçmiş biletdi.
Sülh elə gəldi getdi, sülh belə gəldi getdi,
Ömür üçün
yarandın vətən üçün qıy canı,
Bütöv görməkdi
arzum, bütöv Azərbaycanı.
Hayqırıb nərə
çəkib zəncirləri qırmağa,
İşıqlı sabah kimi zülmətləri yarmağa,
Bu şeiri bu millətin qanına hopdurmağa,
Qəbirdənmi
dirildim indi Xəlil Rzanı ?
Bütöv görməkdi
arzum bütöv Azərbaycanı.
Şəhid olmaqdı
arzum , arzulardan başdadı,
Əbədi heç nə
yoxdu ,şəhidlərsə yaşadı.
Şəhid adı
Allahın bir adıyla qoşadı,
Şəhid üçün
qaynayır bir Allahın qazanı,
Bütöv görməkdi arzum bütöv Azərbaycanı.
Silahlar da
pas atıb, dəmir “ Qarabağ” deyir,
Körpə ana
döşünü əmmir,”Qarabağ” deyir.
Səxavət ürək
vətən, ömür Qarabağ deyir,
Qarabağsız
yurdumda bahar hanı ,yaz hanı ?
Bütöv görməkdi arzum bütöv Azərbaycanı.
Məqaləni
hazırladı Azər Allahverdiyev