Ərəbin halına yandın, nə gözəl, biz də
varıq. Qəhr edir Türkü Yezid zülmü ərəbdən də
betər. Eşidilmir səsin, ağzın quruyub, bizmi
karıq? Bu qədər duyğusuz olmaq yaramaz, bəsdi,
yetər! Nə susubsan, qoca dünya? Gözünü aç, bizə
bax! Qana qəltan olunan Urmunu gör, Təbrizə bax!
*** Ərəbin haqqı çatır fikrini izhar eləyir. Yox bu cür məndə hüquq, dağ çəkilibdir
dilimə! Elimin çəkdiyi ah azca qalır ərşə dəyə, Su verilmir, susayıb, təşnəyə dönmüş gölümə! Din adından danışıb qan axıdan dinsizə bax! Nə susubsan, qoca dünya? Gözünü aç, bizə bax!
*** Suyu göldən ayırıb çöllüyə döndərdi yağı Yezidin ağlına gəlməzdi bu cür qanlı fikir. Quruyur Urmunun odlarda yanan dil dodağı Göl də dözmürsə müsibətlərə, millət nə çəkir?! Hardasan, torpağımın üstə çıxıb qan dizə,
bax! Nə susubsan, qoca
dünya?! Gözünü aç, bizə bax! *** Tanrı əlvan yaradıb aləmi, öz təqdiridir. Hər
yemin öz dadı, hər bir quşun öz nəğməsi var. Türkcəmin varlığı suçdursa,
kimin təqsiridir? Bəli, əlbəttə, bu
məntiqdə qüsur nöqtəsi var. Haqqa
meydan oxuyan məntiqəsığmaz sözə bax! Nə susubsan, qoca
dünya? Gözünü aç, bizə bax!
*** Eşit artıq bizi, Tehran! Ucalır ərşə bu səs, Toplanıb qəsrini viran edəcək qəlbdəki kin! Qalmayıb sənlə
bərabərliyə Türklərdə həvəs! Dilə qandalmı vururlar, bumu İslam, bumu din?! Bizə din öyrədən üzsüzdəki sən üzə
bax! Nə
susubsan, qoca dünya? Gözünü aç, bizə bax! |