Tacikistan prezidenti İmoməli Rahmonun öz oğlunu gömrük xidmətinin rəisi təyin etməsi dünən sosial şəbəklərdə və cəmiyyətdə şıdırğı müzakirələrə səbəb olub və hamı təəccüblə tacik prezidentini qınayır ki, acgöz köpəyoğlu, heç hənanın yeriydi, nəyinə lazım idi 25 yaşlı ağzından süd iyi gələn bir uşağı o boyda məsuliyyətli işi altına soxub əzəsən? Bu hələ harasıdı, 25 yaşlı Rüstəmçik 2012-ci ildən Tacikistanın Futbol Federasiyasına da başçılı edir və hətta bir müddət Düşənbənin “İstiqlal” futbol klubunda top qovmağa da macal tapıbmış. Azərbyacan vətəndaşlarına bu cür şeylər çox qeyri-adi və qəbuledilməz bir əcaiblik kimi görünür. Çünki bizdə belə şeylərə heç də birmənalı baxılmır, əksinə,lətifə qoşanlar, dodaq büzənlər nə qədər desən tapılır. Amma Tacikistan prezidenti oğlunun toyunda mahnı da oxuyur, dizi yerə gəlincə rəqs də edir, sərxoş vəziyyətdə müxtəlif hoqqalardan çıxır, bu azmış kimi qızını xarici işlər nazirinin müavini, oğlunu gömrük xidmətinə rəis qoyacaq qədər düşüncəyə və ya düşüncəsizliyə sahib bir orta əsr təfəkkürlü keçəsaqqal tacikdən irəli gedə bilmədiyini əməliylə ortaya qoymuş olur.
Neçə
müddətdir ki, Özbəkistan prezidenti İslam Kərimovun qızlarının çıxardığı
hoqqaları bütün dünya ikrah hissiylə seyr etmirmi, olan-qalan ləyaqət hissini də
itirmiş bu gözəlçələr qarşısına çıxan hər gədəyə nəfs salan pozğun rus çariçası
İkinci Yekatirinanı kölgədə qoymadılarmı? Yaxud Qazaxıstan prezidentini qzı
Dariqanın sürgündəki əri Rahat Əiliyevin bu gen dünyada rahat yaşamağa
qoymaması nədən qaynaqlanır? Bütün bunlar Orta Asiya reallıqlarıdır və türk
toplumu adlandırılan insan sürüsünün hələ də müasirliklə ayaqlaşa bilmədiyini
sübuta yetirir.
Amma biz də türk toplumuyuq və şükrlər ki,
bizdə bəzi istisnalarla belə ürəkbulandıran nümunələr demək olar ki, yox dərəcəsindədir.
Heydər Əliyev prezident olduğu bütün 10 il ərzində İlham Əliyevi xüsusi statusu
olsa belə, ancaq SOKAR-da vitse prezidentlikdən irəli çəkmədi. Onun Olimpiya
Komitəsinə rəhbərliyi və AŞPA-dakı nümayəndə heyətinə başçılıq etməsi də
Tanrının və atasının deyil, sovetlər dönəmində diplomatiyanın sirlərini praktik
cəhətdən öyrənməsinin, idmana yad adam olmamasının mükafatı idi...
Nazirlərimizi
götürək. Cəmiyyət dörd gözlə izləyir ki, görəsən onların dəymədüşər və ərköyün
övladları hansı mühüm dövlət postunu zəbt edəcəklər?
Amma Kəmaləddin
Heydərovun oğlu Taleh ictimai fəaliyyətə üstünlük verərək Böyük Britaniyada,
Ziya Məmmədovun oğlu Anarsa ABŞ-da beynəlxalq aləmdə lobbiçiliyin Azərbaycan
nümunəsini yaxşı-pis sınaqdan keçirirlər. Yaxud Ramil Usubovun oğlu nazirlikdə
Təhqiqqat və İstintaq İdarəsində rəis müavini ikən hamı buna heyrətlə və
qısqanclıqla baxır, ifrata varıldığını söyləyir. Bütün bunlar bizim Orta Asiyadakı türk
qardaşlarımızdan fərqli olaraq Avropa mentallılığımızdan qaynaqlanır. Biz Xəzərin
o biri tayındakı türk etnosundan fərqli olaraq anadan avropalı doğuluruq və
dövlət başçılarımızın hansı qütbə inteqrasiya xəttini götürməsinə baxmayaraq
bizi kimsə avropalı olmaqdan sapındıra bilməz. Əslində biz bu gün avropalı
olmağa deyil, yüz əvvəl avropalıların məhz bizdən oğurlayıb özününküləşdirdiyi
dəyələrin arxasınaca həsəd, heyranlıq və
tamarzılıqla boylanırıq. Amma o gün məncə uzaqda deyil və biz bir gün
avropalılara bizdən oğurladıqları dəyərləri çərəz kimi yedizdirəcəyik...