Gəncə Dövlət Universitetinin tarix müəllimi, yaxın dostum Yəhya müəllimlə səmimi söhbət edirdik. Bir qədər söhbətimizi məzarlığa yönəltdik və dünyasını dəyişənlərə dini baxımdan bir gözlə baxılmamanın söhbətini edirdik. Hansısa bir şəxsin dünyasını dəyişəndə onun yaxın qohumları məzarlığa üz tutub mərhumu dəfn etmək üçün məzar yeri danışırlar və qarşılığında məzarlığın müdiri bir qədər yaxın yerlərin baha, bir qədər uzaq və gözdən kənar yerlərin ucuz olmağını bildirir. Sıra çatır məzarın qiymətinə, qəbir daşı bahalı da var ucuzu da, mərhumun yaxınlarına məzar daşının qiymətini və qəbir qazanın pulunu, mərhumu dəfn etmək üçün torpağın pulunu deyəndə müsəlmançılıq və vicdanları yada düşmür. Yaşadığımız həyatda maddi durumu yaxşı olan şəxslərin evlərinin təmirli və maddi durumu yaxşı olmayanların evlərinin təmirsiz olmağının şahidi oluruq. Maddi durumu yaxşı olan şəxslərlə, kasıbların yaşadığımız həyatda və məzarlıqda da, seçilməsini görürük. İmkanlı şəxslərin qəbir daşları saray kimi çox uca, kasıbların qəbirləri balaca, hətta baş daşında yazıların bozarmasının şahidi oluruq. Mənim Yəhya müəllimlə səmimi söhbətim müəllimi “Məzarlığın özüdə bir bazardır” şeiri yazmağa ruhlandırıb.
MƏZARLIÄžIN
ÖZÜDƏ BİR BAZARDIR
Azər dostum hikmət gördüm sözündə
Nələr olmur bu
dünyanın özündə
Artıb yaman
dərəsində düzündə
Vallah iblis
özü burda azardı
Məzarlığın özü də
bir bazardı
Bu sözlərlə qoy
batmayım günaha
Yoxsa göydə
ağır gedər Allaha
Torpaq baha,
kəfən baha, daş baha
Qəbirqazan
müftə qəbir qazardı
Məzarlığın özü də
bir bazardı
Mat qalmışam
belə gedən hərraca
Varlı qəbir
saray kimi çox uca
Kasıbların
qəbirləri balaca
Baş daşında
yazılarda bozardı
Məzarlığın özü də
bir bazardı
Ürək yanır axıb
gedir göz yaşı
Hey incidir
dost, qohumu qardaşı
Bəzədilir qəbir
evi baş daşı
Bu da belə
mərəzədi, azardı
Məzarlığın özü də
bir bazardı
Məşəl kimi
yanıb sönər dünyamız
Məhvərindən
çıxıb ”“ dönər dünyamız
Belə getsə
qəbrə dönər dünyamız
Fikrə dalıb Yəhya
belə yazardı
Məzarlığın
özüdə bir bazardı
Məqaləni
hazırlayan: Allahverdiyev Azər