Rusiyanın Sankt-Peterburq şəhərində 5 ildən çox yaşadığımı nəzərə alsaq, Yeqor adına siz deyən helə də tez-tez rast gəlməmişəm. Amma, hər dəfə Yeqorlardan biri ölən kimi rus faşistləri yaman əlbəyaxa düşürlər. Əgər yadınızdadırsa 2010-ci ilin 11- dekabrında Moskvanın “Manejnaya” adlanan meydanında baş verən iğtişaşlar, məhz Spartak klubunun azerkeşi Yeqor Sviridovun qafqazlı tərəfindən öldürülməsi səbəb olmuşdur. İndiki Brüleva hadisələridə digər Yeqorun, amma bu dəfə Şerbakovun azərbaycanlı Orxan Zeynalov tərəfindən öldürülməsindən sonra baş vermişdir. Allax qeyri-rusları üçüncü Yeqordan qorusun.
Sankt-Peterburq şəhərində qeyri-ruslara qarşı münasibət siz deyən helə də ürəkaçan deyildir. Şimal paytaxtında miqrantların sayı günü-gündən artmaqdadır. Təkcə azərbaycanlıların sayı bu şəhərdə rəsmi olaraq 280 mindən çox, qeyri-rəsmi isə 500 minə yaxındır. Qeyri-rusların bu şəhərdə təhqir olunması, alçaldılması, öldürülməsi adi bir hal alıb.
Sosial şəbəkələr: qeyri-rusların ən çox təhqir olunduğu yerdir.
Bildiyiniz kimi Rusiyada siz deyən facebook.com saytı helə də məşhur deyildir. Burada əhalinin ən çox istifadə etdiyi vkontakte.ru saytıdır. Həmin sosial şəbəkədə millətçilərin çoxlu qrupları vardır və məhz bu qrupların vasitəsilə lazım gəldikdə öz tərəfdarlarını toplaya bilirlər. Bundan əlavə adi qrupların millətçilik yönümündə çıxışlarıda heç kəsi təəccübləndirmir. Millətçilik, irqçilik mövzusu, rusların ən çoxu sevdiyi və əyləndiyi mövzulardan biridir.
Nümunə üçün:
.
Yuxarıda gördüyünüz bu şəkillər təkcə MDK adlı prupdan götürülmüşdür. Qeyd edim ki, qeyri-ruslara qarşı təhqiramiz şəkillər və statuslar, tez bir zamanda çoxlu istifadəçilər tərəfindən bəyənilir.
Müxtəlif iş sahələrində azərbaycanlılara qarşı təzyiq var.
İrqçiliklə bağlı çox ciddi problemlərin yaşandığını nəzərə alaraq bir çox azərbaycanlılarla bu mövzüda söhbət etməyi özümə borc bildim.
Adının çəkilməsini istəməyən əslən azərbaycanlı xanımın etirafları:
“Atam və anamın hər ikisi təmiz azərbaycanlıdırlar. Özüm Sankt-Peterburq şəhərində doğulmuşam. Son zamanlar milli mənsubiyyətimə görə iş tapmaqda çox çətinlik çəkirdim. Baxmayaraq ki, mən Rusiya vətəndaşıyam və rus dilini mükəmməl şəkildə bilirəm. Çox çətinliklədə olsa özümə artıq iş tapa bilmişəm. Siz təsəvvür edin ki, indiki iş yerimdə azərbaycanlı olduğuma görə mənə nə qədər təzyiqlər olur. Əsasən də, Brülevadakı son olaylardan sonra. İşimlə əlaqədər olaraq, tez-tez zənglər edirəm və hər dəfə zəng edəndə özümü ya “Anya”, ya “Nastya”, ya da ki, “Tanya” kimi təqdim edirəm. Bilirsiniz niyə?! Azərbaycanlı adımı eşidən kimi dəstəyi yerə qoyurlar. Mənə hərdən ruslar sual verirlər: Niyə vətəninə qayıtmırsan? Məndə cavab verirəm ki, mən burada doğulub boya-başa çatmışam və heç yana getməyə fikirim yoxdur.
Qeyd edim ki, ən çox rus millətçiliyindən əziyyət çəkənlər ya aşağı təbəqə, ya da ki, yuxarı təbəqəyə aid olan azərbaycanlılardır. Əgər əvvəllər rusların çox bir hissəsi yalnız aşağı təbəqəyə (əsasən bazarlarda çalışanlar) aid olan azərbaycanlılalra qarşı nifrət edirdilərsə, indi isə hətta təbəqə onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Xarici görkəminə görə istənilən anda və yerdə təhqir oluna və fiziki təzyiqə məruz qala bilərsən.
Digər söhbət etdiyim insan isə , artıq 15 ildən çoxdur ki, Şimal paytaxtında orta məktəbdə rus dilindən dərs deyir. Təəccüblü deyil ki, o da öz adının açıqlamasını istəmədi.
Əvvəlllər siz deyən millətçiliklə bağlı helə də problemlər yaşanmırdı. Təəssüf edici hal ondan ibarətdir ki, biz həmişə məişət zəminində bir hadisə baş verəndə, uşaq kimi insanının milli mənsubiyyətini nəzərə alırıq. Amma bu belə deyildir. Cinayətkarın heç vaxt milləti olmur. Bu yaxınlarda şagirdlərimdən biri öz valideyininə mənim haqqımda şikayət edib ki, gua mənim rus diliylə bağlı aksentim var və mən dərs deyəndə, şagird məni başa düşə bilmir. Acınacaqlı hal ondan ibarətdi ki, həmin uşağın valideyni mənimlə görüşdə belə bir söz işlətdi: “Siz qeyri-russunuz və ona görə də sizin rus dilində bizim rus uşaqlara dərs deməyə haqqınız yoxdur”. Açığı desəm bu sözlər məni şoka vəziyyətinə saldı. Özümü gücbala ilə ələ ala bildim. Mən müəllimlik karyeramda belə bir hala birinci dəfədir ki, rast gəlirəm. Təbii ki, biz bu məsələni məktəb direktoru ilə birlikdə həll etdik. Qeyd edim ki, həmin uşağa mən dərsindən geri qaldığına görə 3 qiymətini qoymuşdum.
Azərbaycanlı tələbələr kirayə ev tutmaqda çətinlik çəkirlər.
Azərbaycandan Rusiyaya təhsil almağa çoxlu tələbələr gəlirlər. Əgər azərbaycanlı tələbələrin qəbul olduqları ali məktəbin yataqxanası varsa, bu onlar üçün çox böyük bayramdır. Ev axtarışında olan tələbəblər bu cür elanlara tez-tez rast gəlirlər: “Kirayə ev verilir yalnız ruslar üçün” və yaxud “qeyri-ruslar yazmasınlar”
Ortaya belə bir sual çıxır: Əgər həqiqətən də Rusiyada azərbaycanlılara və digər qeyri-ruslara qarşı münasibət pisdirsə, bəs onda onlar orada necə yaşayırlar? Məgər bizimkiləri Piterdə hərgün əzişdirmirlər?
Yerli əhalinin içərisində Qafqaz xalqlarına, ümümən şərq mədəniyyətinə böyük hörməti və məhəbbəti olan insanlar az deyildir. Bunun nəticəsi olaraq şərqyönümlü rusların qeyri-ruslarla münasibəti lap ürəkaçandır. Onlardan bəziləri hətta islam dinini qəbul etmişlər. Qeyd edim ki, millətlərarası münaqişə yaranan zaman bu cür rusların bizə dəstəyi gələcək işlərdə mühüm rol oynayır. Təbii ki, belə münasibətlərin yaranmasında ayrı-ayrı şəxslərin əməyini qeyd etmək lazımdır. Belə bir yerdə məşhur jurnalist Maksim Şevçenkonun sözlərini misal gətirmək olar: «Mən xalqlar arasındakı dostluğa inanmıram, dostluq yanlız
ayrı-ayrı şəxslər arasında olur”.