Bir həftədir ki, “BT”-lərdə daxili qaydalar əhəmiyyətli dərəcədə sərtləşdirilib. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, bundan sonra adı şübhəli əlaqələrdə hallanan istənilən şəxs daşıdığı vəzifədən asılı olmayaraq dərhal işdən azad ediləcək: “Son bir neçə gündür ki, respublika ərazisində, xüsusilə də Bakı və Sumqayıt “BT”-lərində daxili qaydalar sərtləşdirilib. Belə ki, yeni qaydalara görə, adı hansısa şübhəli əlaqə və alqı-satqıda, rüşvət və s. kimi məsələlərdə hallanan istənilən kəs daşıdığı vəzifədən asılı olmayaraq dərhal işdən azad ediləcək. Daxili qaydaların hansı səbəbdən sərtləşdirildiyi isə dəqiq bəlli deyil. Ehtimala görə, məlum tendensiya Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun adının ölkə mətbuatında tənqidi aspektdən hallanması ilə bağlıdır. Deyilənlərə görə, qarşıdakı günlərdə ölkə mətbuatı ilə daha ciddi problemlər yaşayacağını istisna etməyən komitə sədri bu mübarizədən qalib ayrılmaq üçün medianın əlinə əlavə əsaslar vermək istəmir. Məhz bu səbəbdən də komitə sədrinin tabeçiliyindəki əməkdaşların fəaliyyətinə nəzarəti artırdığı güman olunur”.