Xəbər verdiyimiz kimi İraqın şimalında kompakt şəkildə
yaşayan kürdlərin lideri Məsut Bərzaninin Ərdoğanın dəvəti ilə Türkiyənin Diyarbəkir şəhərinə səfərə gəlməsi qardaş ölkədə ciddi əks-səda doğurub. Kürd liderinin Diyarbəkirə səfəri və onun
Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan tərəfindən sıcaq qarşılanması isə Türkiyə müxalifətinin əlinə dəstəvüz verib, siyasi analitiklər, təhlilçilər arasında ciddi mübahisələrə səbəb olub. Bəziləri bu addımın Türkiyənin ziyanına
olacağını bildirsə də bir qrup politoloqlar isə bir- birinə qarşı soyuq
münasibətdə olan türk və kürd xalqının münasibətlərinin istiləşəcəyinə ümid edirlər. Qeyd edək ki, Bərzani ilə görüşən şəxslər sırasında Azərbaycanda
nəşr olunan “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleymanov da olub və o, Bərzanini
Bakıya dəvət edib. Görəsən kürd liderinin AZərbaycana gəlməsi nə dərcdə realdır?
Politoloq Cümşüd Nuriyev Moderator.az-a açıqlama verərək Türkiyədəki
mürəkkəb duruma və Bərzaninin Bakıya dəvət olunmasına şərh verib:
“Türkiyədə bu gün baş verən hadisələr “Kürd açılımı”
siysətinin davamıdır. Bu siyasət Türkiyənin federallaşmasına gətirib
çıxarmayacaqsa, o halda Türkiyə respublika kimi daha da güclənəcək. Ona görə, hesab edirəm ki, Türkiyə bu məsələyə çox ehtiyyatla yanaşmalıdır. Ərdoğan Bərzanini
Türkiyəyə dəvət etməklə dünyaya, Avropa Birliyinə ondan gözlədikləri addımları
atdığı mesajını da verdi. Hətta "Kürdüstan" kəlməsini işlətməsi də bununla bağlı
idi. Hesab edirəm ki, Ərdoğan hakimiyyətini qorumaq üçün hətta Türkiyəni qurban verməyə də hazırdır.
Amma Ərdoğan bilməlidir ki, Türkiyənin qurban verilməsi elə onun özünü də
qurban edəcək.”
Politoloq daha sonra Bərzaninin Bakıya dəvət
olunmasına da münasibət bildirdi:
“Tahir Süleymanovun tanınmayan bir qurumun nümayəndəsini
Bakıya dəvət etmək haqqı yoxdur. O, prokurorluğa çağrılmalı və cəzasını almalıdır. Azərbaycanın ciddi
Qarabağ problemi var. Bizə kürd problemi lazım deyil. Tahir Süleymanovun bu addımı ölkəmizdə
qarşıdurma yaratmağa hesablanmış bir addımdır. Onu öz yerinə otuzdurmaq
lazımdır. Bu şəxs bəyanatı ilə erməni dəyirmanına su tökür və ona
verilməyən səlahiyyətlərə yiyələnmək istəyir.”
Xəyal Əzizov