"Təyyarəyə, yaxşı kı, bomba yüklənməmişdi, yoxsa Sumqayıta bomba da ata bilərdim..."
Oxunub: 20337
20 Jan 2021 | 19:42
1990-1991-ci illərdə Xızı rayon partiya komitəsinin 1-ci katibi, 1991-1992-ci illərdə həmin rayonun İcra Hakimiyyyəti başçısı vəzifələrində çalışmış tanınmış ictimai xadim, Milli Məclisin sabiq deputatı Maksim Musayev Moderator.az-a  31-ci ildönümü ərəfəsində olduğumuz 20 Yanvar qətliamından sonra ərazisində 7 hərbi hissə olduğu rayon əhalisinin sovet-rus ordusuna qarşı etirazları, həmin hərbi hissələrin komandir və zabitlərinin yerli rəhbərliyə qarşı münasibətindən və s. bəhs edən sənədli bir material təqdim edib. Aktuallığını nəzərə alaraq həmin məqaləni dəyərli oxucularımızın diqqətinə çatdırırıq:



“Unutmamalıyıq ki, Azərbaycandan Sovet-rus ordusunu çıxaran Azərbaycan xalqı oldu!..”

(Əvvəli burada: //www.moderator.az/news/361291.html)

"Başqa bir hərbi hissənin - Sitalçayda yerləşən qırıcı-reaktiv təyyarələrinin rayonun ərazisindən çıxması da yadda qalan oldu. Bu hərbi hissənin komandiri Qolovin rayon sovetinin deputatı olduğundan onunla görüşlərimiz tez-tez olur, çörək kəsir və səmimi söhbətlər edirdik. Bəzi məqamda ürəyini açır, problemlərdən də şikayətlənirdi: “...Aerodroma normadan artıq xeyli çox təyyarə və təyyarəçi göndərilib - Əfqanistandan; çətinliklər var, yeni gələn təyyarəçilər demaqoq-intriqantdırlar, artıq uçuş saatları tələb edirlər; kənd bombalamağa sinov gedirlər;...”. Danışığından belə başa düşmək olurdu ki, bu hərbi hissə Əfqanistandan çıxarılan təyyarələr hesabına gücləndirilir. Bir gün o zəng edib təcili görüşməyimizi istədi. Hərbi hissədə görüşərkən bildirdi ki,  bu gecə bir qrup vətəndaş (haradan gəldikləri məlum deyil) qarovulda olan əsgərlərin əl-qolunu bağlayıb və 8 ədəd avtomat silah aparıblar. Köməklik et, milis  məsələni araşdırmasalar, “yuxarıdan” məni ağır cəza gözləyir. Onun xahişini yerinə yetirməyə çalışsaq da, alınmadı. Bir neçə gündən sonra yenə təcili görüşməyimi xahiş elədi. Onun iş otağında görüşərkən bildirdi ki, bu gecə də silah oğurluğuna gələnlər var idi, onlardan ikisini əsgərlər güllələyiblər. Silahları qaytarmayana qədər onların meyitlərini saxlayacayıq. Bakiya gəlib faciəni və komandirin tələbini çatdırdım. Bakıdan cavab belə oldu: “...Axşama qədər meyitlər qaytarılmazsa, ölü yiyəsi, qohum-əğrabası hərbi hissəni mühasirəyə alıb, zabit ailələrini girov götürə bilər... Mümkündür ki atışma da ola bilər...”. Deyilənləri gəlib Qolovinə çatdıranda rəngi qaçdı və Qərargaha zəng elədi. Az sonra cənazələr Sumqayıt tərəfə göndərildi. Onunla xudafizləşərkən mənə dedi: “Bizim burada xidmət etməyimiz qeyri-mümkün vəziyyətə gəlibdir, nə qədər tez getsək, yaxşı olar”. 

Həmin hərbi hissə və onun komandiri Qolovinlə əlaqədar bir məsələni də qeyd etmək istərdim. Bir dəfə reaktiv təyyarələrdən biri çox aşağıdan, yüksək sürətlə uçaraq Sumqayıt şəhərinin üzərində bir neçə dəfə dövr edib, Altıağacdan dönüb qayıdırdı. Aşağıdan olan uçuş o qədər yaxın idi ki, evlər titrəyir, gurultudan qulaq tutulurdu. Bu cür uçuş yarım saata qədər davam elədi, hamımız narahatlıq keçirirdik (Sumqayıtlılar bu yazını oxusalar, bəlkə də daha ətraflı fikir söyləyə bilərlər). Bir neçə saatdan sonra Sumqayıtdan mənə zəng etdilər ki, aydınlaşdırmışıq ki, həmin təyyarə  Xızı rayonunun Sıtalçaydakı aerodromundan havaya qalxıb. Təyyarəçinin etdiyi xuliqanlıq hərəkətindən xəstəxanalarda və uşaq bağçalarında halı pis olanlar var; komandirlə-Qolovinlə danış, təyyarəçini cəzalandırsın... Qolovinlə görüşdüm. Bildirdi ki, dedikləri təyyarəçi də mənəm, xuliqanlıq edən də mənəm. Təyyarəyə, yaxşı kı, bomba yüklənməmişdi, bəlkə də Sumqayıta bomba da ata bilərdim... Səhər tezdən Sumqayıta bazarlığa getmişdim, bazardan çıxarkən xidməti maşınımı yerində görmədim-oğurlanmışdı, taksiyə oturub birbaşa gəldim aerodroma, uçuşa hazır olan təyyarəni götürüb, uçdum Sumqayıta. Bir neçə dövrə vurub hirsimi soyutdum və əli boş evə getdim.... Söhbətimizin sonunda yenə də əvvəlki fikrinə qayıtdı: “...Bizim Azərbaycandakı xidmətimizin sonu yetişib... Əmrimizi nə qədər tezləşdirsələr, sizə də, bizə də sərfəli olar...”. “UAZ” markalı xidməti maşının oğurlanmasının təşkilatçısı kimi Sumqayıtın Xalq Cəbhəsini günahkar bilirdi... 

Bu hərbi hissə ilə əlaqədar – bir reaktiv təyyarənin qaçırılması barədə bəzi məqamlardan da danışacağam. Bu işdə təkilatçılardan olmasam da, iştirakçı kimi bəzi epizodları yaza bilərəm (bunu oxuyub ətraflı məlumat verə bilənlər olsa, tarix üçün savab iş görmüş olarlar). Bir gün Qolovin yalvararaq görüş istədi. Yanına gedərkən bildirdi ki, işçilərimizin köməyi ilə (milliyyətcə rus idi) təyyarəmiz qaçırılıb, hazırda Yevlaxdadır. Xahiş etdi ki, kömək elə, təyyarəni qaytarsınlar, əks halda məni hərbi tribunal gözləyir. Bakıya gəlib təyyarələrin yerini dedim, ancaq qaytarmaq söhbətini etmədim. Bir gündən sonra Qolovin yenə yalvararaq məni öz iş otağına dəvət elədi və monitorda təyyarənin Şəkidə olduğunu göstərdi. Xahiş elədi ki, təyyarəni geriyə qaytarsınlar, hər cür əlimdən gələn köməklikər də edə bilərəm...Yenə getdim Müdafiə Nazirliyinə təyyarənin Şəkiyə aparıldığını dedikdə əsəbiləşdilər...Axı biz təyyarənin üzərində yekə bir ot tayası qurmuşuq. Sonra bizə məlum oldu ki, bu tipli təyyarələrdə elə cihaz quraşdırılıb, göstərə bilir ki, “mən buradayam”. Onu da deyim ki, təyyarəni qaçıran azəbaycanlı gənc təyyarəçi idi. Onunla deputat görüşüm zamanı söhbət edərək fəxr etmişdim. Gərək ki, onun soyadı Hüseynov. Adı Vaqif idi. Kim onun haqqında bildiklərini yazarsa, xeyirxaqlıq etmiş olar. Biz belə oğullarımızı tanımalı və tanıtmalıyıq... 

(Söhbət Müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi Qarabağ müharibəsi şəhidi  Vaqif Qurbanovdan gedir. 13 iyun 1992-ci ildə uçduğu - sovet hərbi hissəsindən qaçırdığı həmin “Su-25” təyyarəsi Əsgəran istiqamətində ermənilər tərəfindən vurulub. Bu günədək meyiti tapılmasa da, məhkəmə Nizami rayon məhkəməsinin qərarı ilə  şəhid hesab olunub –S.L.)

Keçək Sitalçaydakı bəhs edilən hərbi hissənin Azərbaycandan  getməsinə... 
Bir gün səhər tezdən polis rəisi və müavini yanıma gəlib bildirdilər ki, Sitalçaydakı aerodromda bir dənə də olsun təyyarə qalmayıb, əsgər, zabitlər də görünmürlər- bu barədə nazirliyimizə məruzə eləmişik. Dərhal mən də “yuxarılara” və Müdafiə Nazirliyinə bildirdim və onların səlahiyyətli nümayəndəsinin gəlişini istədim. Məlum oldu ki, bu hərbi hissə respublika orqanlarına məlumat vermədən, avadanlıqları təhvil vermədən gediblər. Mənə dedilər ki, rayondaki qüvvələrin köməyi ilə, vəziyyətlə tanış olub, yerində müvafiq qərar qəbul edin. Mühafizəsini bizimkilər gələnə qədər təşkil edin. Birbaşa hərbi hissəyə getdik və gördüklərimizə inanmadıq. Hər şey dağıdılmışdı, divarlar, tavan, pəncərələrlərdə yüzlərlə güllə yeri var idi. Zabit mənzilləri pis günə qoyulmuşdu, elektrik və rabitə xətləri sökülüb atılmışdı. Təyyarələrə gedən yeraltı keçid patron və gilzlərlə o qədər doldurulmuşdu ki, yeriyib axıra kimi gedə bilmədik, ehtiyatlandıq ki, mina qoyula bilər. Yeməkxana antisanitar vəziyyətə salınmışdı. Bir sözlə, vəhşilik-qəddarlıq-düşmənçiliyin şahidi olduq. Sovet ordusunun xarabalığa çevirdiyi bu hərbi hissə, deyilənə görə, hazırda çox nümunəvidir... 

Bu işlərin şahidi və iştirakçısı olduğum üçün deməliyəm ki, sovet ordusunu torpağımızdan çıxarmaq ağır, mürəkkəb və təhlükəli məsələ idi. Ölkədəki hərbi bazaları bərpa edib müasir tələblər səviyyəsinə qaldırmaq da xeyli əziyyətli idi...

Rayon ərazisində olan daha bir hərbi hissənin hərbdən və qanundan kənar fəaliyyəti barədə danışmaq lazım gəlir. Bu hərbi hissə də Sitalçay ərazisində idi və SSRİ-nin Qafqaz bölgəsində arsenalı kimi (bəlkə də başqa sahələri də olubdur) ən böyüyü hesab edilirdi. Zabit heyyəti də SSRİ Müdafiyə Nazirliyində hörməti olan, sözü keçənlər idi. Burada xidmət edən zabitlər, hər bazar Altıağac meşələrinə gedərək ov edir, bizim xəbərdarlıqlarımıza məhəl qoymurdular. Əhali isə bundan şikayətlənir, ov etmənin adət halı aldığından və meşədəki heyvanların kökünün kəsildiyindən gileylənirdilər. Flora-faunanı qorumaq üçün fikirləşib çıxış yolu tapdıq. Çətin də olsa, Altıağac Dövlət Qoruğu yaratdıq və həmin hərbi hissənin rəhbərliyinə məktub göndərdik ki, Dövlət Qoruğunda ov etmək qadağandır. Lakin zabitlər yenə də, əsgərləri meşədə “nökər” kimi işlədərək ov adətlərindən əl çəkmədilər. Hərbi hissənin yola salınması ərəfəsində yuxarı rütbəli zabitləri ilə görüşüm oldu. Onlar gizlətmədən və razılıq hissi ilə qeyd etdilər ki, Azərbaycan bizim üçün hərbi xidmətdən daha çox istirahət və kef çəkmək məkanı idi. Bu sözlərdən sonra Sovet ordusunnun bu və ya başqa yolla ölkədən çıxarılmasını gecikmiş olsa da düz hesab elədim...

Sovet hərbçilərinin Azərbaycanda kef çəkmələrinə aid daha bir faktı qeyd etməli olacağam. Xızı rayonunun Giləzi kəndindəki dənizkənarı səfalı bir ərazidə suni göl yaradılaraq koteclər tikilmişdi. Bu “hərbi qoruq” sahəsi idi və 50 ildən çox xüsusi olaraq qorunurdu. Burada yalnız sovet generalları istirahət edə bilərdilər. Əsasən SSRİ-nin iqlimi ağır olan zonasında xidmət edənlər. Sovet hərbçiləri kiçik tipli reaktiv  hərbi təyyarələr ilə Sitalçay hərbi aerodromuna enib Giləzi istirahət zonasına gələrək bir müddət dincəlirdilər. Onlar göldə tilovla balıq tutmaqla bərabər, xüsusi katerlə Xəzərdəki qiymətli balıqları tutmaqla da məşğul olurdular. Sonra isə ölkəmizdəki meşələrdən ceyran, qaban, quş ovu edirdilər və çalışırdılar ki bizlərlə qətiyyən görüşməsinlər. Geriyə qayıdanda da təyyarələrini ovladıqları balıq və quş əti, kürü, əsasən də hər növ spirtli içkilərlə yükləyirdilər. Rayondaki SSRİ hərbi hissələrinin son köçünü yola salandan bir neçə gün sonra həmin “hərbi qoruğu” Giləzi kəndinin əliqabarlı sakinlərinə verdik. Sovet generallarının kef elədiyi torpaq, nəhayət ki, öz halal sahibinə qayıtdı... 

Onu demək vacibdir ki, sovet ordu hissələri Bakı və Gəncəni möhkəm qucaqlamışdı. Yuxarıda yazılanlar xırda bir rayonun timsalında çox qısa bir şərhlə verilmişdir və bu yazının müəllifi hərb sahəsində mütəxəssis deyildir. “Sovet-rus ordusunun Azərbaycandaki həyatı” mövzusu dərindən öyrənilib tariximizə yazılmalıdır.  Və onu da unutmamalıyıq ki, Azərbaycandan Sovet-rus ordusunu çıxaran Azərbaycan xalqı oldu!..”

Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA