"H. Z. Tağıyevi yaddaşlarda yaşadan qazandığı milyonlar yox, payladığı milyonlardır..."
Oxunub: 3253
17 Jan 2021 | 12:00
“Dövlət kişilərinin” seçilməsi kamillikdən  keçir. 

Son illər çap olumuş kitablarımda (“Kamilləşən Düşüncə” B-2013 və “Путь к совершенству”  М-2016) ən çox güvəndiyim elmi yenilik - kamillik meyarı adlı yeni bir anlayışı elmə gətirməyimdir. Pedaqoqikada bu meyarı keyfiyyət faktoru adlandırmışdım və bildiyimizin bilmədiyimizə olan nisbətini göstərir.  Sosial sferada kamillik meyar olaraq insanın ictimai mənafeyinin şəxsi mənafeyə olan nisbətini göstərir:

Kamillik  = İctimai mənafe / Şəxsi mənafe 

Bu əmsalın qiyməti sıfır ilə sonsuzluq arasında dəyişir. Bilik kimi ölçülə bilən kəmiyyətdir. Təzə doğulan uşağın kamilliyi sıfır, cənab Haqqın kamilliyi isə sonsuzdur. Orta və ali məktəb məzunlarının öz bilik səviyyələrinə uyğun kamillik əmsalı var. Alimin, peyğəmbərin kamilliyi daha yüksəkdir.

Hər bir yeni anlayışın, o cümlədən də kamillik meyarının doğru olmasını (bu düsturun düzlüynü) subut edən bir neçə tarixi şəsiyyətin həyatına diqqət yetirək. Əvvəlcə Hacı Zeynalabdin Tağıyev kamilliyinə baxaq. Hacı uğurlu bir iş adamı kimi həyatında pul qazanmaqla bərabər, yüzlərlə gəncə xaricdə təhsil vermək, Bakıda qız məktəbi açmaq kimi şərəfli işləri də olubdur. Şəhərə Şollar suyunu da o, çəkdirib. Bu səbəbdən onun kamilliyi çox böyükdür. O, kəsrin məxrəcinə işləməklə bərabər, həm də kəsrin sürətinə işləyib. Digər neftxudalardan fərqli olaraq,  H.Z.Tağıyev ictimai şüurda da hal- hazırda yaşayır. Onu yaddaşlarda yaşadan qazandığı milyonlar yox, payladığı milyonlardır. İctimai şüurda yaşamaq, onun kamilliyinin ilahi mükafatıdır.  

İkinci misal olaraq, İosif Stalini yada salaq. O, bir siyasətçi kimi təpədən dırnağa qədər ictimai mənafe daşıyıcısı olub, sosialist dünyagörüşünü praktiki həyata tətbiq edib. O, kəsrin məxrəcinə yox, həmişə sürətinə işləyib. İ.Stalinin də kamillik əmsalı, ondan sonra gələnlərlə müqayisədə çox böyük olmuşdur. Qazandığı mükafatı isə ictimai şüurda yaşamasıdır. Onun əhalinin varlı təbəqəsini məhv etmək istəyi, kəsrin məxrəcini zəiflətmək, sürətini isə böyütmək istəyindən gəlirmiş. “Kadrlar hər şeyi həll edir” ifadəsi də İ.Stalinə məxsusdur.

İndi ABŞ-ın 45 –ci prezidenti Donald Trampdan söhbət edək.  

Donald Tramp ABŞ prezidentliyə başlayandan düz 10 gün sonra, yuxarıdakı düstürun işığında onun necə prezident olacağı ilə bağlı fikirlər söyləmişdim. Onun iş adamı olduğunu, gözəllik yarışmalarında təşkilatçılığını, kef əhli olduğunu nəzərə alaraq "Donald Trampın düşüncəsində pul, gözəl xanımlar əsas yer tutur" adlı yazıda onun gözlənilən fəaliyyətini belə təsvir etmişdim: 

“Kamillik meyarının işığında Donald Trampın həyatına baxsaq, sevindirici heç nə görünmür. ABŞ-da əhalinin kortəbii narahatçılığının səbəbi də burdadır. Bu insan ömrü boyu şəxsi mənafenin daşıyıcısı olub. Onun tərcümeyi-halında ictimai mənafe ilə bağlı nümünələr tapmaq çətindir. Xeyriyyə işləri və ya fondu məncə, yoxdur. Düşüncəsində pul, gözəl xanımlarla əylənmək əsas yer tutur. Amma uğurlu biznesmen kimi qeyri-standart düşüncəli insandır. Gələcəkdə qeyri-standart qərarlar çox ola bilər.”

Donald Tramp üçün kəsrin sürəti (ictimai mənafe) çox kiçik, məxrəci isə (şəxsi mənafe) çox boyükdür, yəni insanın kamillik əmsalı çox kiçikdir. 

Donald Tramp barədə növbəti məqaləni onun prezidentliyinin bir ilində yazmağ planlaşdırmışdım. Ancaq onun Qüdslə bağlı 06.12.17 tarixli acıqlaması: “Mən qərar vermişəm ki, Yerusəlimi rəsmən İsrailin paytaxtı olaraq tanımağın vaxtı gəlib çatıb…” sözləri  məni fikrimdən çəkindirdi və növbəti yazını vaxtından qabaq yazmalı oldum. Məqalə "Köhnə qapı, həmən daban, mən deyən oldu, olmadı?" adlanırdı. Məqalədə deyilirdi: “D.Trampın ömrü boyi kəsrin məxrəcinə işləyib. Onun ictimai fəaliyyəti prezidentliyi ilə başlayır. Prezidentliyə qədər o, şəxsi mənafe daşıyıcısi olub. O biznes sahəsində  çox uğurlu insandır. Böyük təcrübəsi var, bu sahədə formalaşmış düşüncə tərzi var. Super varlı olub, kef içində yaşayıb. Biznesmen Tramp  bir ildir ki, ABŞ kimi nəhəng dövlətin siyasi lideridir.Yəni qlobal ictimai fiqurdur. Düstura görə belə insanların qəbul etdikləri siyasi qərarların xətalı olması gözləniləndir. Biznesmenin siyasi qərarı ilə siyasətçinin siyasi qərarı arasıda fərq  düşüncələr arasında fərqi qədərdir”.

D.Trampın prezidentliyinin bir ili tamam olanda, həm Moderator.az (21.01.18), //www.moderator.az/news/209228.html , həm də Manevr az.-da  (21.01.18)  (//manevr.az/karusel/25856-donald-tramp-qeyri-standart-duuncli-insandr) ahlar-sgrov.html   

"Donald Tramp qeyri-standart düşüncəli insandır” məqalələri çap olundu. Məqalələrdə yazmışdım:

“Qeyd edim ki, biznes sahəsində D.Trampın kamillik əmsalı çox böyük qiymətə malikdir. Çünki onun bu sahədə bildikləri bilmədiklərindən qat-qat çoxdur.  O, bu səbəbdən milyarderdi. Amma siyasət sahəsində onun kamillik əmsalının qiyməti arzu olunandan çox azdır. Ona görə ki, onun şəxsi mənafei ictimai mənafeindən qat-qat çox olub. Dövlət bir qurum olaraq ictimai mənafenin qoruyucusudur. Siyasətlə məşğul olan insanların fəaliyyətinin ana xətti ictimai (dövlət, partiya, cəmiyyət) mənafeni qorumaqdır. Məlumdur ki, D.Trampın iş adamı olub və onun arzu olunan ictimai və dövləti fəaliyyəti olmayıb. Onun kamilliyini ölçən  kəsirin sürəti çox kiçik, məxrəci isə çox böyükdür. Aydındır ki, bu deyilənlər münəciblik yolu ilə deyil, elmi yolla əldə edilmişdir.  
D.Trampın tərcümeyi halını dərindən bilmədən, araşdırma aparmadan onun haqqında bir sıra ciddi fikirləri (“sevindirici heç nə görünmür “ və ya “qeyri-standart düşüncəli insan”) kamillik əmsalından istifadə edərək söyləmişdim. Burada açar ifadə kamillik əmsalıdır”.  
Göründyü kimi D.Tramp haqda deyilən fikirlərin nəzəri əsası var. Buradan dübara çıxaracağımız nəticə bundan ibarətdir ki, o öz dogma sahəsində çox ağıllı insandır. Milyarderdi. Ancaq onun yaşam tərzi elə olub ki, o, ictimai mənafe daşıyıcısı yox, şəxsi mənafe daşıyıcısı olyb. Onun siyasi faliyyəti haqqında müsbət fikirlər söyləmək çətindir. Biznesmen düşüncəsi ilə siyasi problemləri həll etmək çətin məsələdir. Siyasətçi gələcəyə baxar, biznesmen isə gündəlik həyatın yaşayar. Bu düşüncələr arasında fərq böyükdür. Siyasətçi başını yox, sifətini qoruyur, çünki dövlət başçılarının davranışlarını tarix diqqətlə izləyir. Biznesmenin belə qorxusu olmadığından, o, sifətini yox, başını qoruyar. 
D.Trampın həm prezident fəaliyyəti, həm də davranışı zaman qəbul etdiyi çox saylı səhv qərarlar onun biznesmen keçmişi ilə bağlıdır. Çünki biznesmenlər şəxsi mənafe daşıyıcılarıdı.  O, «Известия» qəzetinə verdiyi müsahibədə (5.04.05) demişdi: “Biznesmenin prezident olmasında isə pis heç nə yoxdur”.  Bu fikir ABŞ –ın 32-ci prezidenti demokrat Franklin Ruzveltin məşhur kəlamı ilə: “Uğurlu biznesmen heç zaman yaxşı dövlət xadimi ola bilməz. Onun yeganə marağı- cibidir, xalq deyil” daban-dabana ziddir.

Onun şəxsi marağı çox, ictimai mənafesi isə az olduğundan gözlənilməz, narahatlıq döğuran, vaxtı çatmayan qərarlar qəbul edir. Hiss olunur ki, D.Trampın siyasi qərarları biznes mahiyyətlidir. Bu səbəbdən də o,  çox vaxt problemləri həll etmir, əksinə,  problemlər yaradır. 

D.Trampın biznes sahəsində kamilliyi çox böyük, siyasət sahəsində isə az olduğundan birinci məqalədə belə bir fikirlər söyləmişdim ki, onun qəbul edəcəyi qərarların çox qeyri standat olacaqdır. Biznesdə uğurlu hesab edilən qərar, siyasətdə qeyri standart kimi qəbul ola bilər. 
Əvvəlcə, onu qeyd edim ki, heç zaman dövlət işində işləməyən birisinin dövlət başçısı postuna iddealı olmasının özü qeyri standat düşüncənin məhsuludur. 
Cənab Donald Trampın ikinci qeyri standart qərarı, öz mobil nömrəsini beynəlxalq siyasəti müəyyənləşdirən şəxslərə verməsi oldu. Bu addım sadə biznesmen vərdişinin nəticəsi idi. O, öz mobil nömrəsini bir neçə prezidentə (Kanada, Meksika və Fransa) verdi.  Bu addımı atan ilk prezident kimi tarixə düşdü. 
D.Trampın üçüncü qeyri standart qərarı Qüdslə bağlı acıqlaması oldu. Onun Qüdslə bağlı verdiyi qərar qeyri- standart düşüncənin məhsuludur, siyasi səriştəsizlikdən və biznesmen düşüncəsindən qidalanır.  
Onun prezidentliyi dövründə qəbul etdiyi səriştəsiz və qeyri standart qərarların saymaqla qutarmaz. Ancaq bizim məqsədimiz onun səhvərini saymaq yox, səhvərin yaranma səbəblərini araşırmaqdır. 
Qərb mətbuatı da ABŞ-ın 45-ci prezidentini sərt tənqid edib. Britaniyanın məşhur nəşri "The Guardian" (14.02.18) redaksiya məqaləsidə: “Donald Tramp Amerikanın üzqarası”  və ya ABŞ-ın – antiamerika prezidenti adlandırıb. 

Bu sərt ifadələrin arxasında nə qədər qüsurlu qərarlar olduğunu təsəvvür etmək çətin deyil.

Sonda qeyd edim ki, kamillik meyarında siyasətçinin arzuları kəsrin sürərətində, biznesmenin arzuları isə kəsrin məxrəcində yer alır. Burada harmoniyaya ehtiyac zəruridir və ziddiyyət təşkil etməməlidir. Sovetlərin ilk dövrlərində (V.Lenin və İ.Stalin) kəsrin məxrəci yox, sürəti diqqət mərkəzində idi. Ortada harmoniya yox idi. Çox şəxsi maraq daşıyıcıları (varlı insanlar) ortadan götrüldü. Nəticədə də dövlət dağıldı. Bugünkü Cində idarəetmədə kamillik var və kəsrin sürət və məxrəci arasında harmoniya hökm sürür. Bu səbəbdən dövlət sürətlə inkişaf edir. 

Kamillik düsturunun işığında ABŞ dövlət quruluşu çox maraqlı görünür. ABŞ-da seçkidən seçkiyə gah kəsrin sürəti, gah məxrəci diqqət mərkəzinə çəkilir. Demokratlar hakimiyyətə olanda sosial sfera, mədəniyyət inkişaf edir. Respublikaçılar hakimiyyətə gələndə iqtisadiyyat, xüsusi kapital, sənaye dirçəlir. Başqa sözlə, birinci halda sosial sfera, ikinci halda fərdlər daha çox bəhrələnirlər. Beə bir mexanizmin zaman zaman təkrarlanması səbəbindən ABŞ lider dövlətə şevrilib.

Hesab edirəm ki, şəxsi marağı, ictimai marağından qat-qa çox olan birisinin ABŞ  preziden seçilməsi böyük dövət üçün bağışlanmaz səhvdir. Kadr təyinatı və seçkilər zamanı seçilən fərdin hansı düşüncə sahibi olduğu diqqət mərkəzinə çəklməlidir. Şəxsi marağı ictimi mənafedən qat-qat çox olan insanları idarəetməyə buraxmaq olmaz. Hansı ölkədə buna fikir verilməzsə, orada dövlət inkişaf edə bilməz. “Dövlət kişilərinin” seilməsi kamillikdən  keçir. Dövlətin sevən adam şəxsi mənafe güdməz.

Prof. Şahlar Əsgərov
əməkdar elm xadimi, 
TN yanında İctimai Şuranın sədri
Oxşar xəbərlər
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19 Apr 2024 | 14:09
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 01:18
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 01:18
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ