"Kəlbəcərdə itirdiklərimizi Allah bizə 100 il ömür versə də təzədən qazana bilmərik..."
Oxunub: 4147
05 Dec 2020 | 22:12
Uşaqlıq, gənclik illərinin xatirələri heç vaxt unudulmur. İllər ötdükcə həmin xatirələrə dönə-dönə qayıdırsan, ötənləri göz önünə gətirirsən. Müxtəlif hadisələrin yaddaşına hopan xatirəsi fonunda kövrəldiyin, ah çəkdiyin, eyni zamanda üzünün təbəssümə boyandığı xoş məqamlar olur. Uşaqlıq, gənclik illərinin dostu Vidadi Murtuzayevlə ötənlərə döndük, xatirələrimizi vərəqlədik, Kəlbəcərli günlərimizin xoşbəxt anlarına qayıtdıq, sonrakı illərin acı gündəliyini vərəqlədik. Vərəqlədikcə bir ömrün tarixə yazılası anlarını, bir ömrün acılı-şirinli yaşantılarını təkrar yaşadıq. Yaddaşımızda nələr varıymış, beynimiz, ürəyimiz yazıla biləcək neçə kitabın arxivinə çevrilib sən demə. Kəndimizi sonuncu biz tərk elədik - ikimiz. Və o gündən - 1 aprel 1993-cü ildən o kəndə dönmədik- uşaqlıq, gənclik illərimizi qoyub gəldiyimiz kəndə. Yurd, torpaq, Vətən sevgisi anlayışını ilk dərk etdiyimiz, torpaqsız var olmağın mümkünsüzlüyünü anladığımız yurd yerinə. İllərə sığmayan, ürək göynədən ağrılı xatirələrimizi, Kəlbəcər nisgilimizi, çiynimizi əyən dərd yükünü, öləziyən ümid közünü alovlandıran azadlıq sevincini, bundan sonra Kəlbəcərdə yaşamaq istədiklərimizi, çoxsaylı planlarımızı zamanın kiçik kəsiyinə sığdırmaq istədik əziz dostumla, doğma Kəlbəcərlimlə. Söhbətləşdik, dərdləşdik Vidadi Murtuzayevlə.

Tanıtma: Vidadi Tofiq oğlu Murtuzayev 1972-ci il sentyabrın 3-də Kəlbəcər rayonunun Çovdar kəndində anadan olub. 1979-89 - cu illərdə orta təhsil alıb. 1990-cı ildə hərbi xidmətə gedib. Xidmətə Petropovlovsk Kamçatkada yerləşən hərbi hissədə başlayıb. Qarabağda müharibə başlayanda onunla bərabər 120 nəfər azərbaycanlı əsgər Azərbaycana göndərilmələri üçün təşəbbüs göstəriblər. Ancaq cəmi iki nəfər ölkəmizə göndərilir ki, onlardan biri də Vidadi müəllim olub. Vətənə gəldikdən sonra V.Murtuzayev ordakı azərbaycanlı əsgərlərin öz ordu sıralarımızda döyüşmək istədiyini aidiyyəti qurumlara çatdırsa da, təşəbbüsü laqeyd qarşılanır, istəklərinin doğru olmadığı bildirilir. Azərbaycanda məlum proseslər getdiyi vaxt o daha geri dönmür, könüllü olaraq Kəlbəcər rayon hərbi komissarlığında qeydiyyatdan keçir. 1993-cü ildə rayonun işğalından sonra yaranan könüllülər batalyonuna qoşulur, Kəlbəcər uğrunda gedən döyüşlərdə, Murovda, bir neçə kəndin azad olunmsında iştirak edir və yaralanır. Hələ də bədənində qəlpə gəzdirir. 1994-cü ildə atəşkəs elan olunduqdan sonra Rusiyaya gedib, bir müddət Moskvada yaşayıb. 1999-2005 -ci illərdə Moskva Beynəlxalq İqtisadi Hüquq İnstitutunun hüquq fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra-2005-ci ildə Azərbaycana qayıdıb. Elə həmin ildən Yevlax şəhər İcra Hakimiyyəti aparatında hüquqşunas vəzifəsində çalışıb. İki aya yaxındır eyni aparatın hüquq şöbəsinin müdiri işləyir. Ailəlidir, 1 övladı var.
O

- Vidadi müəllim, illərin acı yurd həsrəti sona çatdı, vüsalın bir addımlığındayıq. Nə hislər keçirirsən?

- Bəli, Namiq müəllim, çox düz buyurursan, biz elindən-obasından, yurdundan-yuvasından pərən-pərən düşmüş kəlbəcərlilər, qarabağlılar artıq vüsalın bir addımlığındayıq. Sözlə ifadə edilə bilməyəcək, izaholunmaz, qarışıq hislər keçirirəm. O hislər hələ də məni boğur. Hələ də mən o yurda, öz doğma elimizə-obamıza, Kəlbəcərimizə, ikimizin də doğulub boya-başa çatdığımız, uşaqlıq illərimizi, gənclik illərimizin bir mərhələsini keçirdiyimiz Çovdar kəndinə gedə biləcəyimizin inanılmaz sevincini yaşayıram. Oxucular üçün xatırladım ki, gözəl mənzərəli Çovdar kəndi Dəlidağın düz ətəyində, bütün kəndlərdən yuxarıda, bir zirvənin ayağında yerləşirdi.
Çox şükürlər olsun ki, biz bu vüsala, bu ana yetişdik. Müzəffər ordumuzun qüdrəti, Ali Baş Komandanımızın rəhbərliyi, səyi nəticəsində biz öz doğma yurdumuza, elimizə-obamıza dönmək ərəfəsindəyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun. Onların hər birinin ruhu qarşısında, valideynlərinin qarşısında baş əyirəm.
Biz o acı taleyi səninlə birlikdə yaşadıq. 1993-cü il aprel ayının 1-də günortadan sonra kəndi tərk etməyə məcbur olduq. Tanrı qismət eləsin o vüsalı da birlikdə dadaq kəndimizdə, Kəlbəcərimizdə, elimizdə, obamızda. Biz o vüsalı necə daddığımızı, o kəndə necə addımladığımızı birlikdə görəcəyik, birlikdə şahidi olacağıq gözəl günlərə. Buna çox inanıram.

- Kəlbəcəri-doğulduğun kəndi sonuncu tərk edənlərdənsən. Həmin günlər yaddaşında necə qalıb? Düzdür, xatırlamaq ağırdı, ağrılıdı. Ancaq hər şey geridə qaldı, yurdumuz azaddı...


- Bəli, biz ikimiz Kəlbəcəri, doğulduğumuz kəndi sonuncu tərk edənlərdənik. Kəndi tərk etməyə məcbur qaldığımız o günü, o acı həqiqətləri heç vaxt unuda, yaddan çıxarda bilmərik.
Bilirsən ki, kəndimiz elə böyük kənd olmasa da, təhsilli, dünyagörmüş insanları çox idi. Hər gün, hər an xatırlayıram. Çovdar kəndi 1993-cü ildən, daha doğrusu, 1988-ci ildən mühasirədə idi. 1993-il aprel ayının 1-də qonşu kəndlərdən məlumat gəldi ki, artıq hər tərəf erməni işğalçıları tərəfindən tutulub. O vaxtkı iqtidarın səriştəsizliyi nəticəsində bütün yollar, bənd-bərələr işğala məruz qaldı.
Hər kəs bilir ki, Kəlbəcər alınmaz qala idi. Ona görə də kəlbəcərlilər heç cür inanmırdı, dərk edə bilmirdi ki, düşmən Kəlbəcəri işğal edə bilər. O cümlədən də bizim kəndimiz. Bütün kəndlərdən sonda çıxan da demək olar ki, bizim kəndin camaatı oldu. Yəqin ki, sən də unutmamısn, ikimizin də qohumumuz rəhmətlik Əlizaman dayı, onun anası Fitat nənə sonuncu yola saldığımız kənd sakinləri oldu. Yaşlı, xəstə qadını səninlə birlikdə şalla atın tərkinə sarıdıq. Özümüz isə kəndi tərk etmədik. Atamın gəlib, bütün hər yerin boşaldığını, ermənilərin hər tərəfdən hücuma keçdyini, kəndi tərk etməli olduğumuzu bildirdiyi ana qədər kənddə qaldıq. O günləri də unutmuram ki, doğmam, əziz qohumum Namiq, səninlə birlikdə mal-heyvanı məhləyə yığdıq, mənim təklifimlə oturub çay içdik. Mürəbbə qabı pilləkənin üstündə qaldı. Biz o yerləri elə tərk etdik. Qapıları bağladıq, cibimizdə açarlarla gəldik, bu günə kimi də saxlayırıq o açarları. Amma ermənilər nə etdi?!! Onlar bizim ulu əcdadlarımızdan qalan dədə-baba yurdumuzu, ev-eşikləri, meşələri talan elədilər, viran qoydular, yandırdılar. Qəbristanlıqlarımızı dağıtdılar. Ermənilər bizə qarşı olmazın vandallıq etdilər. Yadımda qalan çox xatirələr var. Xatırlamaq nə qədər ağır olsa da, o günləri hər birimiz xatırlamalıyıq. Allaha şükürlər olsun ki, hər şey geridə qaldı, yurd-yuvamız artıq azaddı, biz qayıdırıq. Ordumuz Kəlbəcəri işğalçılardan təmizləyib, demək olar ki, yurdumuzun hər qarışına nəzarət edir. Çox güman ki, yaxın vaxtlarda, təmizləmə işləri bitdikdən sonra yurdumuza getmək imkanımız olacaq. Çox istəyirəm ki, tez bir zamanda gedib doğma yerlərimizi, qəbirlərimizi ziyarət edək, ruhları qarşısında baş əyək.

- Uşaqlıq xatirələrinin ayaq açdığı doğma yurd yerlərindən səni 28 illik zaman kəsiyi ayırır. Gənc yaşında ordan çıxmısan. İndi nə sən, o sən deyilsən, nə də qoyub gəldiyin yurd yeri yaddaşında qalan kimi. Görüşünüzü necə xəyal edirsən?

- Bu sual sarı simimə toxundu, kövrək telləri, şah damarımı tərpətdi. Bəli, mən həmən mən deyiləm. Bilirəm ki, torpaq həmən torpaqdı, yurd yeri də həmən yurd yeridi. Amma rəhmətlik Məmməd Aslan demiş, "yüz Kəlbəcər qayıtsa, qayıtmaz o Kəlbəcər." Şükürlər olsun, Kəlbəcər qayıdıbdı. Allah şairimizə də rəhmət eləsin. Amma biz adət-ənənələrimizdən, Kəlbəcərli xoş günlərimizdən, uşaqlıq illərimizdən çox aralı düşdük. Etiraf etməliyik ki, o hisləri yadırğayanlar da var aramızda. Amma yenə də çalışmalıyıq ki, o anları biz qaytara bilək.
Biz indən sonra daha məsuliyyətli olmalı, həm keçmişimizi xatırlamalı, yaşatmalıyıq, həm bu günümüzü yaşamalıyıq. Olanları öz gələcək nəsillərimizə, uşaqlara, bizi tanıyanlara, öz ətrafımıza çatdırmalıyıq, unutqan olmamalıyıq. Çünki unutqanlıq bizim başımıza çox bəlalar, çox müsibətlər gətirdi. 27-28 illik həsrət hər birimizin ürəyinə çalın-çrpaz dağ çəkdi. Nələr itirmədik... İtirdiklərimizi Allah bizə 100 il ömür versə də təzədən qazana bilmərik. Ancaq şükürlər olsun ki, biz Kəlbəcəri qazandıq. Kəlbəcər bizimdi! Qarabağ bizimdi! Qarabağ Azərbaycandı! Və sonda onu demək istəyirəm ki, düzdü mən həmənki mən deyiləm. Yəni fiziki olaraq gənc sayılmıram. Ancaq yenə də ürəyimdə təpər var. Biz dağlar oğluyuq. Və çalışacağıq ki, o cavanlıq hislərimizi, cavanlıq xatirələrimizi yenə öz doğma elimizdə-obamızda, Kəlbəcərimizdə, Çovdarımızda, bütün yaylaqlardan uca Hüt yaylağımızda yaşayaq. Biz yenə də alaçıqlar qurub, məclislər təşkil edib, xoş günlər keçirəcəyik. Orda bizim həddindən çox görüləsi işlərimiz olacaq. İnşallah birlikdə yaşayıb görəcəyik.

- Gələcək üçün hansı plan və istəklərin var? Kəlbəcədə bağlı nə işlər görmək istəyirsən? Fəaliyyətini orda davam etdirmək fikrin varmı?

- Əlbəttə, gələcəkdə hər bir kəlbəcərli kimi mənim də Kəlbəcərlə bağlı planlarım var. Bu mənim ən böyük arzumdu. Bu arzu nə dünənin, nə srağagünün arzusu deyil. Kəlbəcərdən çıxdığım gündən o arzular mənim ürəyimdədi. Mən həmişə ürəyimdə, qəlbimdə inanırdım ki, biz bir gün Kəlbəcərə dönəcəyik. Orda hər bir kəlbəcərli kimi mən də öz arzularımı gerçəkləşdirəcəm. Təbii ki, mənim də öz kəndim, elim-obamla bağlı böyük istək və arzularım, ideyalarım var. Çalışacam ki, düşündüklərimi, planlarımı qohumlarla, dostlarla birlikdə həyata keçirək, quraq-yaradaq. Bir vətəndaş, bir azərbaycanlı, bir kəlbəcərli olaraq bu hər birimizin müqəddəs borcudu, biz bunu etməliyik. Həm də gələcək nəslin qarşısında bizim deyəcək sözlərimiz, görəcək işlərimiz çoxdu. Biz bundan sonra daha çox çalışmalı, daha sıx-sıx bir yerə toplaşmalı, ətraflı fikir mübadilələri aparmalıyıq. Və biz öz elimizdə-obamızda, kəndimizdə quruculuq, abadlıq işləri aparmaqla bərabər, keçmişdə olanları unutmamalı, gələcək nəsilə xatırlatmalıyıq. Düşünürəm ki, orada kiçik də olsa bir muzey tikməliyik. Erməni faşistlərinin Kəlbəcərdə etdikləri zülümləri fotoşəkil, lent yazısı və digər eksponatlar vasitəsilə uşaqlara göstərməli, aşılamalıyıq. Onlar da bilməlidir ki, bizim belə bədnam qonşumuz, belə təcavüzkar, vəhşi, barbar xislətli, vicdansız düşmənimiz olub. Hansı ki, 28 il bizi yurdumuzdan-yuvamızdan didərgin salıblar. Təbii ki, bu onların öz gücləri, öz qüdrətləri deyildi. Onlar heç bir qüdrəti olmayan ən şərəfsiz tayfadı. Mən onlara xalq da demirəm, millət də demirəm. Onlar nə xalq kimi xalqdı, nə millət kimi millətdi.
Qeyd etdiyim kimi, bizim kənddə görəcəyimiz işlər çoxdu. Ümid edirəm ki, biz kəndimizlə, rayonumuzla bağlı böyük planlarımızı gerçəkləşdirə biləcəyik. Orda işlərimizi qurmaq, arzularımızı həyata keçirmək nəsibimiz olacaq.
Hərə bir ömür yaşayır. Hər bir ziyalı, düşüncəli insan fikirləşir ki, bu yaşadığımız ömrü mənalı yaşamalıyıq. Təkcə özümüz üçün yox, el-oba üçün, xalq üçün yaşamalıyıq. Və elə iz qoymalıyıq ki, gələcək nəsil bizim hardasa nədənsə ibrət dərsi götürdüyümüzü bilsin. Gördüyümüz işlərlə gələcək nəsilə onu aşılamalıyıq ki, heç zaman ayıq-sayıqlığı əldən verməsinlər.

- Kəlbəcər şairlər yurdudu həm də. Sən necə qələmlə dostlaşa bilmisənmi?

- Doğrudur, Kəlbəcər şairlər yurdudu, Kəlbəcərdə şeir yazmayan yoxdu. Kəlbəcərin işğaldan azad olunduğu gün Adil Cəmil dedi ki, bir verilişdə Kəlbəcərdə şeir yazmayana qız vermirdilər dedim. Təbii ki, bu bir zarafatdı. Kəlbəcərdə istər-istəməz yazan çox idi. Belə deyim də mənim kimi cızma-qara edənlər də vardı. Mənim Namiq Dəlidağlnın yanında şeir deməyim, şeirdən danışmağım yaxşı düşməz. Çünki mən şair deyiləm. Amma hərdən görürsən ki, insan öz duyğularının, hislərinin təsirinə düşür. 2-3 ilin söhbəti olar, yatmışdım yuxuda gördüm ki, kəndimizə səfər etmişəm. Yəqin xatırlayarsan, məhləmizdə böyük qarağat kolları vardı. Gördüm ki, tanımadığım adamlar həyətimizdə qarağat yeyirlər. Məhlənin baş tərəfindəki kəpək alma ağacı da yadına düşər, Namiq müəllim, gördüm o alma ağacı da quruyub. Əslində o gözəl, mənzərəli kəndimiz, qonaqlı-qaralı evimiz, mehriban, mülayim kənd camaatımız hər vaxt yuxuma girir, gözümün, xəyalımın qarşısından keçir. O yuxudan ayılandan sonra duyğularım misralandı və bu şeir yarandı:

Bu gecə evimizə qonaq getmişdim,
Yaman pərişanıydı halı dağların.
Bağçamız barından yaman dəymişdi,
Saralıb solmuşdu halı dağların.

Qarağat yeyirdi nadanlar bizdə,
Qonaq görünmürdü heç evimizdə.
Anamın bişmirdi qazanı üstə,
Yaman qaralmışdı qanı dağların.

Alma ağacını qurumuş gördüm,
Xəyalən 27 il əvvələ döndüm.
Babam deyəcək ki, Vidadi gəldin,
Əridi qalmadı qarı dağların.


Arada olur Kəlbəcərlə bağlı belə yüngülvari cızma-qaralar. Əsas odur ki, bizim hər birimizin ürəyi Kəlbəcərlə döyünür. Kəlbəcərsiz yaşamaq bizim üçün çox çətin və ölümə bərabər idi. Biz həmişə çıxış yolları axtarırdıq ki, hansı yolla, necə Kəlbəcərə gedib murdar, iyrənc düşmənlərlə mübarizə aparıb yurdumzu xilas edə bilərik. Çox şükürlər olsun bu günümüzə. Hər birimizi təbrik edirəm ki, bu sevincli günləri gördük, yaşadıq.

- O yerlərdə görüşmək ümidilə, bir daha gözün aydın, Kəlbəcər sevincin əbədi olsun, deyirəm.

- Ümid edirəm ki, o yerlərlə birlikdə görüşəcəyik, görüləsi işlərimizi birlikdə reallaşdıracağıq. Sevincli günlərimiz əbədi olacaq, bol olacaq. O günləri Allah bizə qismət edibdi, bundan sonra da edəcək. Mən bir daha bütün şəhidlərimizin ruhları qarşısında baş əyirəm. Ordumuza Allahdan güc-qüvvət diləyirəm. Allah taalanın nəsib etdiyi ömrümüzün qalan hissəsini Qarabağsız, Kəlbəcərsiz yaşamayaq. Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Qarabağsız Azərbaycan yoxdur, Kəlbəcərsiz Azərbaycan yoxdur. Bu gün Kəlbəcər var, Azərbaycan var. Bu gün Kəlbəcər var, kəlbəcərlilərin gözündə sevinc yaşı var. Sevincdən qəhərlənirlər. Tanrı xalqımızın sevincli günlərini bol eləsin. Burda söhbət Kəlbəcərlə bağlı olsa da, onu da deyim ki, Azərbaycanın hər bir güşəsi bizim üçün əzizdi. Şuşa işğaldan azad olunanda inanın mən Kəlbəcərə sevindiyim qədər sevindim. Amma ömrümdə bir dəfə Şuşada olmamışam. İnşallah, Şuşada da olacağıq. Şükür, bizim qonşu rayonumuz Laçın da işğaldan azad olunub. Kəlbəcərlə Laçın qardaş rayondu. Bizim kəndimiz Laçınla demək olar tam həmsərhəddi, çox yaxın bir məsafədə yerləşir. O sevinci də birlikdə yaşadıq. Çox sağ ol, təşəkkür edirəm. Səninlə təkrar ünsiyyətdə olmaq, o günləri xatırlamaq, xəyalən o illərə qayıtmaq çox xoş oldu. İnşallah səninlə söhbətlərimiz çox olacaq. Çox istərdim ki, birlikdə tərk etdiyimiz o yerə, o yurda, doğma kəndimizə elə birlikdə dönək. Çovdarı ən son tərk edənlər biz idik, ilk dönənlər də biz olaq, inşallah. O günlər uzaqda deyil. Sənə yaradıcılıq uğurları, can sağlığı arzu edirəm. Var ol!

Söhbətləşdi: Namiq Dəlidağlı
Manevr.az

KƏLBƏCƏR

Səndən ayrı düşən gündən,
Gülmədi bir dəfə üzüm, Kəlbəcər.
Gəzsəm də dünyanı mən qarış-qarış,
Görmədi sənə tay gözüm, Kəlbəcər.

Aciz qaldım, çatammadım dadına,
Görəsən heç düşürəmmi yadına.
Sənin həsrətinə, sənin oduna,
Sən söylə mən necə dözüm, Kəlbəcər?

Küsüb incimisən yəqin ki, məndən,
Mən də doymamışdım axı heç səndən.
İnan ki, biz ayrı düşən o gündən
Olmusan söhbətim, sözüm Kəlbəcər.

Ana yurdum, ata yurdum, Vətənim,
İllərdiki gözləri yol çəkənim.
Düşmən tapdağında qan-yaş tökənim,
Dərdinə qurbanam özüm, Kəlbəcər.

Şəmşirtək dahini yetirmisən sən,
Dərdinə dözmədi Sücaət, Bəhmən.
Çox da sinəsinə döyməsin düşmən,
Onsuz da bizimdi, bizim Kəlbəcər.
Onsuz da bizimdi, bizim Kəlbəcər.

Vidadi Murtuzayev
Oxşar xəbərlər
18:44, Bu gün
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
18:40, Bu gün
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
18:24, Bu gün
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
18:21, Bu gün
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
18:14, Bu gün
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
18:08, Bu gün
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
18:02, Bu gün
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
17:59, Bu gün
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:54, Bu gün
COP29 sülh prosesinin nəticəsidir
17:50, Bu gün
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
17:47, Bu gün
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
17:42, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
17:40, Bu gün
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
17:38, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
17:36, Bu gün
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
17:34, Bu gün
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
17:32, Bu gün
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
17:30, Bu gün
“Bakcell” ilə innovasiya dövrü başlayır!
17:29, Bu gün
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
17:25, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
17:24, Bu gün
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:45, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:39, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...