“Polyaniçko da dedi ki,xa0Şuşa kimdədirsə,xa0 Qarabağ daxa0 onda olacaq...”
4236
12 Nov 2020 | 12:23

“Polyaniçko da dedi ki,xa0Şuşa kimdədirsə,xa0 Qarabağ daxa0 onda olacaq...”

1988-1989-cu  illərdə Şuşa Rayon Daxili İşlər Şöbəsinin rəisi, 1989-1991-ci illərdə isə  Xankəndində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti  Daxili İşlər İdarəsinin rəis müavini kimi çalışmış istefada olan polis polkovniki Sadir Məmmədov Moderator.az-a açıqlamasında Şuşanın azad olunmasının strateji əhəmiyyəti barədə diqqətəlayiq fikirlər səsləndirib.

“Öncə Azərbaycanın tarixi mədəniyyət, sənət, musiqi beşiyi, dilbər guşəsi Şuşanın azad olunması, ümumiyyətlə, 1-ci Qarabağ savaşı və son 44 günlük Vətən müharibəsi zamanı  həlak olmuş şəhidlərimizin ailələrinə, doğmalarına dərin hüznlə başsağlığı verir, eyni zamanda Ali Baş Komandan başda olmaqla ordumuzu,  bütün xalqımızı artıq tamamlanmaqda olan Qələbəmiz münasibətilə təbrik edirəm...

Onu deyim ki, Şuşanın, Şuşa qalasının  tarixindən, onun strateji əhəmiyyətindən çox danışılıb. Tarix boyu neçə fatehlər bu qalanı fəth edə bilməyib. 1992-ci ildə isə hiyləgər və məkrli ermənilər Rusiyanın və digər havadarlarının həm hərbi, həm də siyasi-diplomatik dəstəyi və öz içimizdəki hərbi-siyasi xəyanətlər sayəsində bu şəhərə yiyələnə biliblər. Eyni zamanda Şuşa öz qədim tikili və abidələriylə  açıq səma altında bir muzeydir. Odur ki, müzəffər, peşəkar və fədakar ordumuz bunu nəzərə alaraq, Şuşanın tarixi gözəlliyinə xələl gətirməmək, o qədim abidə və tikililəri zədələməmək məqsədilə  ağır artilleriya qurğularını işlətmədən, əsasən əlbəyaxa döyüş sayəsində, çox mükəmməl və ildırımsürətli bir əməliyyatla bu qədim şəhərimizi mənfur düşməndən azad etdilər...” 

Şuşanın keçmiş milis rəisi 1991-ci ilin yayında Azərbaycanın keçmiş rus rəhbərlərindən birinin Şuşa haqqında dediyi bir fikri də yada salıb.

“1991-ci ilin 20 Noyabrında, yenicə müstəqillik qazanmış  Azərbaycan dövlətinin görkəmli rəhbər xadimlərinin, ziyalılarının həlak olduğu  vertolyot teraktı zamanı Qarakənddə - faciə yerində rastlaşdığım  o vaxt Qarabağdakı Təşkilat Komitəsinin rəhbəri olan, buna qədər  Azərbaycan SSR Kommunist partiyası mərkəzi komitəsinin ikinci katibi işləmiş Viktor Polyaniçkonun bir cümləsi yaxşı yadımdadır. Ona yaxınlaşıb soruşdum ki, Viktor Petroviç, sizcə, bundan sonra nə olacaq. Sakitcə cavab verdi ki, heç nə, Şuşa kimdədirsə, Qarabağ da  onda olacaq... Deməli, bu gün Qarabağ bizdədir... Şuşanın azad olunmasını, bax, belə dəyərləndirirəm...  

Bir daha Ali Baş Komandan başda olmaqla ordumuza və  bütün xalqımıza yeni uğurlar, düşmən üzərində tam və qəti qələbə diləyirəm...”- deyə istefada olan polkovnik bildirib.

Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər