“Arzu edirik ki, onlar gördüklərini dilə gətirib, erməni terrorurunun ifşasına öz töhfələrini versinlər”
Bu gün ölkəmizdəki diplomatik korpus nümayəndələrinin Bərdə şəhəreinə səfəri təşkil edilib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Baş prokuror Kamran Əliyev müşayiəti ilə keçirilən görüşdə məqsəd, xarici diplomatların erməni vəhşiliyi ilə tanış etmək, düşmənin dinc vətəndaşlara qarşı həyata keçirdiyi terror faktını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Moderator.az-a
açıqlamasında baş verənlərə münasibət bildirən millət vəkili Məşhur Məmmədov,
bu cür səfərlərin bir çox baxımdan mühüm əhəmiyyətə malik olduğunu vurğuladı:
“Təbii ki, xarici
diplomatların, beynəlxalq təşkilatların və QHT nümayəndələrinin Bərdəyə səfəri,
baş verənləri bilavasitə müşahidə etmələri olduqca önəmlidir. Çünki məhz bu cür
səfərlər sayəsində onlar erməni terrorunun
nəticələrini görür, buna bilavasitə şahid olurlar. Bu, məsələnin birinci
tərəfidir. Biz həm də arzu edirik ki, onlar gördüklərini, izlədiklərini dilə gətirsinlər,
Ermçənistanın terror siyasətinin beynəlxalq miqyasda ifşa edilməsinə öz töhfələrini
versinlər. Yəni onlar Azərbaycan həqiqətlərini dünyaya çatdırsınlar, Ermənistanın
terror siyasətinin qarşısını almaq, onun cəzalandırılmasına nail olmaq üçün çağırışlar səsləndirsinlər. Onlar
öz missiyalarına uyğun olaraq haqqı, ədaləti dilə gətirsinlər, haqqın, ədalətin
yanında yer alsınlar. Bu, hər bir azərbaycanlının arzusudur.
Ermənistanın yaşayış məntəqlərini
raket zərbələrinə məruz qoyması, mülki insanları qətlə yetirmələri sadəcə Azərbaycana
deyil, bütün bəşəriyyətə, insanlığa, dünya dövlətlərinə və xalqlarına qarşı bir
cinayətdir. Bu terror aktları beynəlxalq hüquq və konvensiyaalrın heçə
sayılması, ümumbəşəri dəyərlərə meydan oxumaq deməkdir. Bu, həm də işğalçı dövlətin
özünün cəzasızlığına olan əminliyindən xəbər verir. Buna görə də bizim istəyimiz
erməni terroruna, bu terrorun dəhşətli nəticələrinə şahid olan diplomatların
bunu öz dövlətlərinin, öz xalqlarının diqqətinə çatdırmalarıdır. Inanırıq ki,
onlar şahidi olduqları həqiqətləri öz xalqlarına, dünya ictimaiyyətinin diqqətinə
çatdıracaq, Ermənistanın terror siyasətinin ifşasında yaxından iştirak edəcəklər.
Bunu da qeyd edim ki, Ermənistanın
mülki insanlara qarşı həyata keçirdiyi hərbi cinayətlər cavabsız qalmır, düşmənin
cavabı şanlı Azərbaycan ordusu tərəfindən döyüş meydanında layiqincə verilir və
bundan sonra da veriləcəkdir. Buna kimsənin şübhəsi olmasın!”.
Seymur ƏLİYEV








