Prezidentliyə
namizəd Zahid Oruc daxili işlər naziri Ramil Usubova minnətdarlıq edib.
Prezidentliyə namizəd Z.Oruc bildirib ki, cəmi bir neçə gündən sonra başa
çatacaq 9 oktyabr prezident seçkiləri ilə bağlı ölkədə ictimai asayişin,
təhlükəsizliyin təmin olunmasında, həmçinin, prezidentliyə namizədlərin
tədbirlərinin heç bir insident yaşanmadan baş tutmasında Daxili İşlər
Nazirliyinin (DİN), hüquq-mühafizə orqanlarının xidmətləri danılmazdır.
Onun
sözlərinə görə, eyni zamanda, özünün dünən “Məhsul” stadionunda keçirdiyi
izdihamlı mitinq-görüşün bütün proseslərinə yüksək səviyyəli nəzarət olunması
hüquq-mühafizə orqanları əməkdaşlarının öz işlərinə peşəkar yanaşmalarının
nəticəsidir:
“Prezidentliyə
namizədlərin bütün ölkə boyu keçirdiyi görüşlərdə olduğu kimi, dünənki tədbirdə
də polis orqanları əməkdaşları hər vasitə ilə çalışırdılar ki, vətəndaşlar bu
tədbirdə normal şəkildə iştirak etsin, hər hansı bir insident, qarşıdurma
yaranmasın, eyni zamanda, ictimai nəqliyyatın hərəkəti normal təmin olunsun”- deyən
prezidentliyə namizəd bununla bağlı daxili işlər naziri R.Usubova xüsusi
təşəkkürünü və minnətdarlığını ifadə edib.
Z.
Oruc həmçinin bildirib ki, ötən təbliğat-təşviqat kampaniyası dövründə
keçirilən görüşlərdə, o cümlədən, özünün dünənki tədbirində ictimai
təhlükəsizlik qaydaları da tam təmin olunub. Bu baxımdan, prezidentliyə namizəd
eyni zamanda, DİN-nin müvafiq qurumunun rəhbəri Cavanşir Məmmədova və
mitinqlərin keçirildiyi rayonun -Yasamal rayonunun İcra Hakimiyyətinə öz
minnətdarlığını bildirib.
“Bütün
bu addımlar azad və ədalətli seçkilərin keçirilməsi üçün xüsusi mənaya
malikdir. Bu yerdə qeyd edim ki, mitinqimizdə iştirak edən bir çox müşahidəçilər
də bunu qeyd edirdilər və müşahidə etdiklərini öz hesabatlarına daxil
edəcəklərini bildirirdilər.
Bir
sözlə, əminliyimi ifadə etmək istəyirəm ki, seçkilər Azərbaycan xalqının azad
iradəsi ilə yüksək fəallıq şəraitində baş tutacaq və millətimizin gələcəyinin
təminatında mühüm mərhələ olacaq”- deyə, Z. Oruc sözlərinə əlavə edib.
Moderator.az