Prezident
seçkilərinin nəticələri saxtalaşdırılacağı təqdirdə müxalifət kütləvi
aksiyalara başlayacaq.
Bu aşıqlamanı Avropa.info-ya Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı verib.
Onun sözlərinə görə, seçkilərin nəticələri şübhə doğurarsa, Milli Şura bununla
barışmayacaq: "Aparılan reytinq sorğuları və bu günə qədər olan proseslər
Cəmil Həsənlinin yalnız Milli Şuranın deyil, bütün Azərbaycan xalqının namizədi
olduğunu göstərdi. Onun qalib gələcəyi şübhə doğurmur. Milli Şura olaraq onun
aldığı səslərin qorunması istiqamətində bütün səylərimizi göstərəcəyik.
Seçkidən də sonra seçki məntəqələrindən protokolların əldə olunması,
pozuntularla bağlı aktların əldə olunmasına dair aktları əldə etməklə onun
qələbəsini sübut etməyə çalışacağıq. Bu, mümkün olmadığı təqdirdə ayın 10-dan
kütləvi aksiyalara start veriləcək və seçki saxtakarlığına qarşı mübarizə
aparılacaq. Eyni zamanda, beynəlxalq birliyə də seçkinin nəticələrini
tanımamaqla bağlı müraciət ediləcək".
Fuad Qəhrəmanlı onu da bildirdi ki, aksiyaların icazəli və ya
icazəsiz keçirilməsi Milli Şurada aparılan müzakirələrdən sonra məlum olacaq.
Moderator.az