“İşğaldakı torpaqlarımızın ard-arda azad edilməsi heç şübhəsiz ki, Ermənistan üçün həm də böyük psixoloji zərbədir”.
Bunu Moderator.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə bildirib. Ekspertin sözlərinə görə, Ermənistanı narahat edən digər məsələlər də var:
“Biz Azərbaycan-İran sərhəddini tam bərpa eləmişik. Bu da Ermənistan üçün böyük zərbədir. İndi qalır Azərbaycan-Ermənistan sərhəddini bərpa etmək.
Azərbaycanın nəzarət etdiyi ərazilərlə Naxçıvan arasında məsafə əhəmiyyətli dərəcədə azalıb. Horadizdən Naxçıvana qədər əraziyə ermənilər nəzarət edirdi. Bu məsafə Naxçıvanı coğrafi baxımdan Azərbaycandan uzaqlaşdırmışdı. Onlar Naxçıvana qarşı da iddialar irəli sürürdü. Biz bu məsafəni minimuma çatdırdıq. Hazırda həm Türkiyə, həm də Azərbaycan mediasıdna Naxçıvanı Azərbaycanla birləşdirməklə bağlı fikirlər səslənir. Bu təklifin özü də erməniləri yəqin ki, çox narahat edir”.
Seymur ƏLİYEV