Dünya şöhrətli alim Rafiq Əliyevin təklif etdiyi və yaratdığı elmi nəzəriyyələr, o cümlədən, mürəkkəb sistemlərdə koordinasiya nəzəriyyəsi, ümumiləşmiş dayanıqlıq nəzəriyyəsi, imperfekt (mükəmməl olmayan) informasiya şəraitində ümumi qərarqəbuletmə nəzəriyyəsi, 2”“ci tip qeyri-səlis məntiq nəzəriyyəsi dünya elmi ictimayyətinin böyük marağına səbəb olmuşdur. Bu nəzəriyyələr ABŞ”“da, Kanadada, Almaniyada, Fransada, Rusiyada və dünyanın müxtəlif ölkələrində keçirilmiş beynəlxalq konfranslarda müəllifin plenar məruzələrində müzakirə olunmuş, “İnformation sciences”, “İEEE Man, Machine, Cybernetics”, “Fuzzy sets and systems” və başqa özək elmi indeksli jurnallarda dərc olunmuşdur.
Bu günlərdə “Springer” nəşriyyatında Rafiq Əliyevin Kanada, ABŞ, İspaniya
alimləri ilə birlikdə çap olunmuş “Human”“Sentric
Decision Making Models for Social Sciences” kitabında bu elmi nəticələrin bəzilərinə
yer verilmişdir.
Bu ilin əvvəlində həmin nəşriyyat Rafiq Əliyevin binar məntiqə (Aristotel
məntiqinə) söykənən klassik qərarqəbuletmə nəzəriyyəsindən fərqli olaraq real həyata
daha adekvat olan qeyri”“səlis məntiqə əsaslanan yeni qərarqəbuletmə nəzəriyyəsini
ehtiva edən “Fundamentas of the Fuzzy Logic Based Generalized Theory of
Decisions” monoqrafiyanı çap etmişdir. Müəllifin bu nəzəriyyəsinin inkişafı
onun dünyanın mötəbər nəşriyyatlarından olan “World Scintific” də yaxın aylarda
dərc olunacaq “Decision Theory with
İmperfect İnformation” kitabında öz əksini tapmışdır.
Bir neçə gün öncə professor, New York, ABŞ,
Spinger”“dən yeni bir təklif almışdır:
“Hörmətli
doktor Rafiq Əliyev,
Lütfən
icazə verin özümü təqdim edim. Mənim adım Hector Nazariodur. Mən Springer elm və
biznes mediyasının redaktoruyam.
Mən Sizi təbrik
etmək istəyirəm və diqqətinizə çatdırmaq istəyirəm ki, Sizin “İnformation
Sciences” jurnalında dərc olunmuş elmi məqaləniz “Type”“2 fuzzy neural networks
with fuzzy clustering and differential evolution optimization” müvafiq elm sahəsində
ən çox istinad olunan məqalələrdən biridir. Biz sizin iş və elmi cəmiyyətə
verdiyiniz töhfəyə görə heyranlığımızı bildiririk. Bunu nəzərə alaraq mən və mənim
nəşriyyat direktorum Sizi dəvət edirik ki, bu işinizi və ona yaxın olan başqa
işlərinizi kitab kimi bizim nəşriyyatda çap edəsiz.
Lütfən bizə
mümkün qədər tez cavab verin ki, bu ideyanı reallaşdıra bilək.
Hörmətlə,
Hector Nazario, New York, ABŞ”.
Bir neçə ay öncə Rafiq Əliyev fundamental və sosial elmlər sahəsində genişləndirilmiş
elmi indeksli “İnternational Journal of İnformation Technology and Decision
Making” jurnalından belə bir məktub almışdır:
“Hörmətli
professor Rafiq Əliyev!
Biz
bu günlərdə Sizin “İnternational Journal of İnformation Technology and Decision
Making” jurnalında şap olunmuş “Decision Theory with İmprecise Probabilities” məqalənizin
ən çox istifadə olunan (downloaded) olduğunu gördük. Sizin növbəti məqalənizi
bizim nəşrdə çap etməyimizdən qürur duyarıq.
Dərin
hörmətlə, Winny Pratiwi, World Scientific Publishing Company”.
Onu da öyrəndik ki, Rafiq Əliyevin dərc etdirdiyi kitabların və elmi
məqalələrinin heç biri tərcümə deyil, o, bunları birbaşa ingilis dilində yazır.
Qeyd edək ki, professor Rafiq Əliyev dünya elmində nifuz sahibidir,
söz sahibidir. O, çoxlu sayda mötəbər beynəlxalq jurnalların ya redaktoru, ya
da redaksiya heyyətinin üzvüdür.
Professor Rafiq Əliyev öz kitabları, məqalələri, elmi diskusiyyalardakı
çıxışları ilə, öz elmi nüfuzu və şəxsiyyəti ilə Azərbaycanı dünyaya tanıdan alimdir.
Zəmanəmizin nəhəng elm dühası professor L. Zadə Rafiq Əliyevin nəzəriyyələrini
yüksək qiymətləndirir: “Rafiq Əliyevin nəzəriyyələrinin sadəcə böyük bir töhfə
adlandırılması çox azdır. Professor Rafiq Əliyevin qərarvermənin ümumi nəzəriyyəsinin
əhəmiyyəti danılmazdır. Onun nəzəriyyələri ənənəvi yanaşmalardan uzaqlaşaraq bir
çox yeni konsepsiya və fikir təqdim edir”.
Moderator.az