Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistanın Azərbaycana qarşı müxtəıif ölkələrdən muzdlular və terrorçuları cəlb etdiyini vurğuladı.
Ermənistanın ölkəmizə
qarşı muzdlu və terrorçuları səfərbər etməsi, əslində işğaıçı ölkənin öz gücünə
inamsızlığının göstəricisi sayıla bilərmi? Bu faktın özü Ermənistanın insan
resursu çatışmazlığından ciddi əziyyət çəkdiyini göstərmirmi?
Moderator.az-a açıqlama
verən millət vəkili Nəsib Məhəməliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Prezident İlham Əliyev BMT
Baş Assambleyasının 75-sessiyasında iki statusda çıxış etdi. Çıxışın birinci
hissəsi Qoşulmama Hərəkatına daxil olan 120 ölkə adından, ikinci hissəsi isə Azərbaycanın
problemlərinə həsr olunmuşdu.
Məzmununa,
islahatların aparılması ilə bağlı irəli sürülən təklflərə görə cənab
Prezidentin çıxışı olduqca əhəmiyyətli və tarixi çıxışdır. BMT ən ali universal
təşkilat olaraq yarandığı vaxtdan bəri planetin qarşısında duran bir çox
problemlərin həllinə nail osa da, XXI əsrin qlobal çağırışlarına tam cavab
vermir. Buna görə də, Prezidentlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan BMT-nın
strukturlarında köklü islahatların aparılması zəruriliyindən çıxış etdilər. Təşkilat
gəncləşdirilməli, müasirləşməli, TŞ-nın tərkibi dünyanın bütün regionlarını, mədəniyyətlərini
proporsional şəkildə təmsil etməlidir. Qəbul olunan qətnamələrin dəqiq icra
mexanizmi işlənib hazırlanmalıdır. İstisnasız olaraq bütün qərarlar beynəlxalq
hüquq prinsiplərinə əsaslanmalıdır.
Aydın
məsələdir ki, ölkəmiz bütün dünyada bənzəri olmayan, üzdə özünü məzlum göstərərək
arxada insanlığa yaraşmayan ən çirkin oyunlarla məşğul olan olan mənfur düşmənlə
qarşı-qarşıyadır. O düşmən ki, fasiləsiz olaraq hər gün, hər saat dünyanın hər
tərəfində xalqımıza qarşı böhtan, şər kompaniyası aparır. Buna görə dövlət başçısının
belə bir yüksək tribunadan Azərbaycan həqiqətlərini səsləndirməsi düşmənə
vurulmuş zərbədir.
Ermənistanın
müxtəlif ölkələrdən muzdlu terrorçuları gətirməsi, yeni məsələ deyil. Birinci
Qarabağ müharibəsində də məşhur terrorçu Monte Melkonyanı, Yaxın Şərq ölkələrindən
gətirilmiş qaradərili muzdluları, 366-cı alayı, sonralar bizim tərəfimizdən əsir
götürülən çoxsaylı slavyan kökənli döyüşçüləri xatırlamaq kifayətdir. 2016-cı
ilin aprel döyüşlərində əsgərlərimiz cəmi 40 dəqiqə ərzində ,, Ohanyan səddi,,
mifini dağıtmaqla, erməni ordusunun Azərbaycan Ordusu ilə müqayisəyə gəlməyəcək
dərəcədə zəifliyini göstərdilər. İyul təxribatlarında da həmçinin. Ələlxüsus
qardaş Türk Silahlı Qüvvələrinin Ordumuzla keçirdiyi birgə təlimlər isə, düşməni
əməlli-başlı qorxuya salıb. Mənə elə gəlir ki, son dövürlər müttəfiqləri və
havadarları da erməniləri Azərbaycanın qətiyyətli mövqeyi ilə xəbərdarlıq
etmişlər. Artıq onları əvvəlki tək müdafiə etmək imkanlarının olmadığını başa
düşürlər. Ermənistanda ,, könüllü ordunun,, yaradılması, 70 yaşa qədər kişilərin
orduya cəlb olunması, terrorçu təşkilatlarla razılaşaraq muzdluları cəbhə bölgəsinə
yerləşdirməsi ilk növbədə insan resurslarının məhdud olması, ikincisi zəiflik əlamətidir
və düşməni məğlubiyyətdən qurtarmayacaqdır. Torpaqlarımızın azad olunması üçün
həm beynəlxalq, həm də hərbi şərait yetişmişdir”.
Seymur
ƏLİYEV